Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Dünənə qədər bələdiyyə seçkilərini boykot edən qüvvələr seçkilərdə təmsil olunmaq arzusundadırlar"

"Dünənə qədər bələdiyyə seçkilərini boykot edən qüvvələr seçkilərdə təmsil olunmaq arzusundadırlar"

10.10.2009 [09:51]

Azərbaycanda bələdiyyə anlayışı kifayət qədər ictimaiyyətdə oturuşub, ictimaiyyətdə bələdiyyələrə maraq var. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, Azərbaycanda bələdiyyələrin nüfüzunun artmasına, bələdiyyə fəaliyyətinin güclənməsinə böyük bir ehtiyac var. Millət vəkilinin sözlərinə görə, ölkəmizdə 3-cü dəfədir ki, bələdiyyə seçkiləri keçirilir və hər seçkidə də bu prosses daha da təkmilləşir. ümumilikdə Azərbaycanda seçki mədəniyyətinin formalaşdığını deyən millət vəkili ölkəmizdə seçkilərə inamın artdığını da vurğulayıb. “Azərbaycanda seçki sistemi, ona inam var. Azərbaycan bələdiyyəsi birinci, yəni, təşkilatı mərhələsini artıq keçib. Hal-hazırda ikinci, yəni, bələdiyyələrə səlahiyyətlərin verilməsi mərhələsi başlayır”, - deyə o qeyd edib.
A.Mirzəzadənin fikrincə, bələdiyyə seçkilərinin demokratik keçirələcəyinə heç bir şübhə yoxdur. O, söyləyib ki, hətta dünənə qədər bələdiyyə seçkilərini boykot edən qüvvələr seçkilərdə təmsil olunmaq arzusundadırlar. Millət vəkili bələdiyyələrin yerlərdə bir çox problemləri həll etmək gücünə malik olduğunu da deyib.
Paylaş:
Baxılıb: 1049 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30