12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
09.11.2018 [11:27]
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabr ayının 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin və milli inkişafımızın başlıca hüquqi - siyasi əsasıdır
Müasir müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan 23 il ötür. 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi (referendum) yolu ilə Konstitusiyanın qəbul edilməsi ölkəmizdə təkmil siyasi sistemin yaranmasını təmin etməklə vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin bərqərar olunmasını şərtləndirdi. Qeyd edək ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikamızın tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci il aprelin 21-də qəbul edilmiş Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.
Müasir, müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş Əsas Qanunu, eyni zamanda, milli inkişafın möhkəm siyasi-hüquqi əsaslarını formalaşdırdı. Bu isə həm də o deməkdir ki, Konstitusiyanın Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasındakı rolu olduqca böyükdür. Yeri gəlmişkən, xatırladaq ki, dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Qeyd edək ki, ilk milli Konstitusiyanın qəbul olunmasını şərtləndirən zəruri strateji faktorlar sırasında suverenlik, müstəqillik və ərazi bütövlüyünün qorunmasının hüquqi əsaslarının formalaşdırılması, Konstitusiya çərçivəsində demokratik siyasi sistemin inkişafı və demokratik transformasiya, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu vəzifəsi, milli inkişafın konstitusion əsaslarının yaradılması zərurəti kimi mühüm amillər yer alırdı. 1995-ci il noyabr ayının 12-də Konstitusiyamızın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi (Konstitusiyanın 48 maddəsi, yəni üçdəbiri insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilmişdir) ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Azərbaycan Respublikasının Konstitusiyanın qəbul olunması həmçinin ölkəmizdə hakimiyyət bölgüsünü təmin etməklə yanaşı, siyasi partiyalar başda olmaqla subyektlərin fəaliyyətinə hüquqi zəmində əlverişli şərait yaratdı. Bütün bunların fonunda isə həyata keçirilən islahatların davamlılığını təmin etmək mümkün oldu. Qısa zaman kəsiyində dövlət tənzimləməsinin metodlarında ciddi, kardinal reformativ dəyişikliklər edildi, plüralizm şəraitində rəqabət mühiti təmin olundu, icra hakimiyyəti orqanları və bütövlükdə dövlət sektorunun işinin səmərəliliyi artırıldı, dövlət idarəçiliyinin qanunvericilik və normativ-hüquqi bazası inkişaf etdirildi, dövlət hakimiyyəti orqanları üzərində nəzarət, onların işinin dəyərləndirilməsi metodları sistemi təkmilləşdirildi.
Sonrakı dönəmdə də konstitusion əsaslarla siyasi-hüquqi islahatların ardıcıllıqla davam etdirilməsi ilə həm hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, həm də siyasi sistemin struktur elementlərinin təkmilləşdirilməsi nöqteyi-nəzərindən əhəmiyyətli işlər görüldü. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası çərçivəsində siyasi sistemin struktur elementlərinin təkmilləşdirilməsi məqsədilə reallaşdırılan siyasi-hüquqi islahatlar hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması işinə fundamental töhfələr verdi. Belə ki, həyata keçirilən tədbirlər nəticəsində ictimai-siyasi institutlaşmanın sürətləndirilməsi, təsisatların leqal və legitim fəaliyyətinə əlverişli şəraitin yaradılması, hakimiyyətin hər üç müstəqil qolunun suveren və leqal əsaslarla təsbit olunmuş fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması yönündə hüquqi mexanizmlərin formalaşdırılması, dövlətlə vətəndaşların qarşılıqlı məsuliyyətinə əsaslanan hüquqi münasibətlər sisteminin yaradılması kimi bir çox uğurlar əldə edildi.
Beləliklə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli lideri Heydər Əliyev olmuşdur”.
Milli inkişafın konstitusion əsaslarından bəhs edərkən bir məqama xüsusilə diqqət yetirmək lazımdır ki, 24 avqust 2002-ci il və 18 mart 2009-cu ildə keçirilən ümumxalq səsverməsi - referendumlar da bu prosesə xüsusi töhfələr bəxş edib. Belə ki, bəhs olunan ümumxalq səsvermələri qanunvericilik bazasının zənginləşməsi, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsi, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması istiqamətlərində müstəsna əhəmiyyət kəsb edib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının xarakterik cəhətlərindən biri onun sabit olmasıdır: “Bununla belə, cəmiyyətimizin sürətli inkişafı ölkənin əsas qanununun da təkmilləşdirilməsini şərtləndirmişdir... Referendumlar, habelə qəbul edilmiş bir sıra konstitusiya qanunları vasitəsilə Konstitusiyaya insan hüquqlarının qorunmasının və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına yönəlmiş mühüm dəyişiklik və əlavələr edilmişdir”.
Bu mənada 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi - referendum vasitəsilə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər xüsusilə qeyd edilməlidir. Bu dəyişikliklər ölkəmizin gələcək inkişafı, dövlətimizin daha da gücləndirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, əhalinin rifah halının daha da yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanda prezident üsul-idarəsinin daha da təkmilləşdirilməsinə, onun funksionallığının artırılmasına xidmət edən vitse-prezidentlik institutunun yaradılması, həmçinin, seçkili vəzifələrə yaşla bağlı məhdudiyyətlərin aradan qaldırılması, ölkəmizdə həyata keçirilən sosial məzmunlu siyasətin, eləcə də bu sahəyə aid islahatların dəstəklənməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına xidmət edən mexanizmlərin təkmilləşdirilməsi, ayrı-ayrı vəzifəli şəxslərin və dövlət orqanlarının vətəndaşlar qarşısında məsuliyyətinin artırılması kimi məsələlər referendum yolu ilə həyata keçirilən Konstitusiya islahatlarının başlıca istiqamətlərini təşkil etdi.
Beləliklə, sadalanan faktlar bir daha sübut edir ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabr ayının 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin və milli inkişafımızın başlıca hüquqi - siyasi əsasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30

