/ / AŞPA-nın komitə iclasında gender əsaslı zorakılığın qarşısını almaq üçün Azərbaycanda görülən tədbirlərdən danışılıb
AŞPA-nın komitə iclasında gender əsaslı zorakılığın qarşısını almaq üçün Azərbaycanda görülən tədbirlərdən danışılıb
04.12.2018 [10:29]
Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bərabərlik və qeyri-diskriminasiya üzrə komitəsinin iclası keçirilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova iclasda iştirak edib.
AZƏRTAC xəbər verir ki, komitə iclasında “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” adlı beynəlxalq kampaniya çərçivəsində parlamentarilər ölkələrində bu istiqamətdə həyata keçirilən işlərlə bağlı məlumat veriblər.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova Azərbaycanın həmin kampaniyaya verdiyi dəstək, bu istiqamətdə görülən işlər haqqında ətraflı danışıb. Bildirib ki, gender bərabərliyinin təmin olunmasının insan hüquqlarının tərkib hissəsi olmasının təbliği məqsədilə yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmə aparılmalıdır. S.Qafarova bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlərdən də söz açıb. Kampaniya çərçivəsində “Heç kim kənarda qalmasın: qadınlara və qızlara qarşı zorakılığa son!” mövzusunda konfransa start verildiyini vurğulayıb.
Qeyd edib ki, hökumət təmsilçilərinin, Milli Məclisin deputatlarının, bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin nümayəndələrinin, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən konfransda gender bərabərliyinin təmin olunması, qadınlara və qızlara münasibətdə zorakılığın aradan qaldırılması ilə bağlı tədbirlərin əhəmiyyəti, bu sahədə vəziyyət, görülməli işlər geniş müzakirə edilib. Kampaniya çərçivəsində Azərbaycanın bir sıra regionlarında təlimlər keçirildiyi, yerli idarəetmə orqanları ilə birgə təşkil olunan “Ailə akademiyası” adlı layihənin icra olunduğu diqqətə çatdırılıb.
AŞPA-dakı nümayəndə heyətimizin üzvü “Azərbaycan ailəsi” film festivalından, “Həyatdan şəkilə” foto müsabiqəsindən də bəhs edib. Vurğulayıb ki, kampaniya çərçivəsində Azərbaycanda təşkil olunan tədbirlər gender əsaslı zorakılıq hallarının aradan qaldırılması, maarifləndirmə işinin daha da genişləndirilməsi, həmçinin gender sahəsində həyata keçirilən dövlət siyasətinin dəstəklənməsi baxımından böyük əhəmiyyət daşıyır.
“Ölkəmizdə yaradılan əlverişli şəraitin nəticəsidir ki, bu gün müstəqil Azərbaycanın qadınları parlamentdə, icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsil, səhiyyə sahələrində, biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, hüquq-mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər vəzifələrdə təmsil olunurlar”, - deyə S.Qafarova əlavə edib. Qeyd edib ki, məişət zorakılığı, erkən nikah hallarının qarşısının alınması, qadınların sosial və iqtisadi həyatda fəal iştirakının təbliği sahələrində müvafiq dövlət orqanları, vətəndaş cəmiyyəti, bir sıra beynəlxalq təşkilatlarla, eləcə də BMT-nin bir çox qurumları ilə birgə layihələr həyata keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34

