BDU-nun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans işə başlayıb
31.10.2009 [11:29]
Konfransı giriş sözü ilə açan BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov deyib ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı bu ali təhsil müəssisəsi mənəvi bütövlüyümüzün simvolu, elm, təhsil və mədəniyyətimizin möhtəşəm məbədidir.
Rektor bildirib ki, 1919-cu il sentyabrın 1-də Azərbaycan Demokratik Cümhuriyyəti Bakıda universitetin təsis edilməsi ilə bağlı qərar qəbul edib, təhsil müəssisəsinin nizamnaməsi təsdiq olunub. Bununla da Avropa və Asiyanın qovuşuğunda yeni ali təhsil ocağı yaradılıb. İlk tədris ilinə iki fakültə ilə başlayan universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub. 1919-cu ilin noyabrında universitetdə ilk mühazirə oxunub. Universitet yaradılanda 42 müəllimlə fəaliyyətə başlayıb ki, onların da 11 nəfəri azərbaycanlı, digərləri isə qeyri-millətlərin nümayəndələri olub.
Universitetin 1920-30-cu illərdə aparıcı müəllimləri böyük Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar - professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər alimlər olub. Şərəfli tarixi yol keçmiş universitetin pedaqoji kadrları Azərbaycan təhsilinin, elminin inkişafı, tərəqqisi naminə yorulmadan çalışıblar. Universitet alimlərinin 1945-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkil edilməsində xüsusi xidmətləri olub. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti universitetimizin bazasında yaradılıb. Azərbaycanda tədris müəssisələrinin flaqmanı olan, zəngin tarixi keçmişə malik universitet hazırda tanınmış elm və təhsil mərkəzidir. Universitet hər zaman Azərbaycanda mütərəqqi fikrin, milli düşüncənin mərkəzi olub. Burada Azərbaycanın dünya şöhrətli siyasətçisi Heydər Əliyev, yüzlərlə tanınmış alim, ziyalı, görkəmli diplomatlar təhsil alıblar. A.Məhərrəmov vurğulayıb ki, Prezident İlham Əliyev elmi ictimaiyyət qarşısında tarixi vəzifələr qoyub. Bu da ondan ibarətdir ki, iqtisadi potensialı insan kapitalına çevirmək lazımdır. Bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilməkdədir. Son beş ildə Azərbaycanda təhsilin inkişafı istiqamətində 26 Dövlət Proqramı təsdiqlənib. Təkcə onu demək kifayətdir ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuş tələbələrin sayı cari ildə 300 nəfərə çatdırılıb. Hazırda Azərbaycan gəncləri 20-dən çox ölkənin tanınmış ali məktəblərində təhsillərini davam etdirirlər. Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası üçün mütəmadi işlər görülür, Bolonya prosesinə keçid davam edir. Hazırda BDU-da Bolonya prosesinin tələbləri çərçivəsində islahatlar həyata keçirilib. Rektor deyib ki, Prezident İlham Əliyevin universitetin 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı müvafiq Sərəncamda bu təhsil ocağının tarixi xidmətləri xüsusi dəyərləndirilib. Artıq universitetin yubileyi ilə bağlı müxtəlif kitablar, eləcə də bütün fakültələrin bukletləri nəşr edilib. Noyabrın 2-də isə BDU-nun 90 illik yubileyi təntənəli şəkildə qeyd ediləcək. Bildirilib ki, BDU-nun beynəlxalq əlaqələri gündən-günə genişlənir. Hazırda universitet Avrasiya, Xəzəryanı ölkələr, Qara dəniz universitetləri (QDU) assosiasiyalarının üzvüdür. Universitet 2002-2004-ci illərdə QDU Assosiasiyasına çox uğurla rəhbərlik edib. Bundan əlavə, BDU hazırda dünyanın tanınmış ali təhsil ocaqları ilə ikitərəfli müqavilələr əsasında elmi-texniki, müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlıq edir. BDU-da 18 mindən çox tələbənin təlim-tərbiyəsi ilə məşğul olan 1500-dən çox müəllim çalışır. Universitetdə təhsil alan tələbələr hərtərəfli qayğı ilə əhatə olunub, onların ixtiyarına zəruri maddi-texniki baza ilə təchiz olunmuş laboratoriya və auditoriyalar, kitabxanalar, idman kompleksləri verilib. Universitetdə təhsil prosesi demokratik prinsiplərə əsaslanan sərbəst düşüncəli, yaradıcı insanların hazırlanmasına yönəlib. Təhsildə əsas ixtisas fənləri ilə yanaşı, xarici dillərin öyrənilməsinə də diqqət verilir. Bu məqsədlə, universitetdə yeni təhsil texnologiyalarına əsaslanan 10-dan artıq linqafon kabineti tələbələrin ixtiyarındadır. Sonra AMEA-nın müxbir üzvü Vasif Babazadə “BDU və Azərbaycanda təbiət və dəqiq elmlərin inkişaf perspektivləri”, professor İzzət Rüstəmov “BDU və Azərbaycanda milli ideologiyanın formalaşmasında humanitar elmlərin rolu” mövzularında məruzələrlə çıxış ediblər.
Konfrans işini bölmə iclaslarında davam etdirib.
Bu gün başa çatacaq beynəlxalq konfransda ümumilikdə 800-ədək elmi məruzə dinləniləcək.
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

