Azərbaycan MDB-də ən inkişaf etmiş ölkədir
05.11.2009 [10:06]
Müstəqil Dövlətlər Birliyinin (MDB) Statistika Komitəsi quruma üzv olan dövlətlərin 2009-cu ilin ötən 9 aylıq makroiqtisadi göstəriciləri barədə hesabatını açıqlayıb. Təşkilatın məlumatına əsasən, MDB dövlətlərinin əksəriyyətində yanvar-sentyabr ayları üzrə iqtisadi geriləmə tendensiyası müşahidə olunur. Yalnız Azərbaycan və özbəkistan sosial-iqtisadi göstəricilərin inkişaf dinamikasına görə fərqlənir. Digər dövlətlərin demək olar ki, bütün makroiqtisadi parametrlər üzrə ilin əvvəllərindən başlayaraq geriləməyə məruz qaldığı nəzərə çarpır. Dünya böhranı ilə bağlı MDB ölkələrinin əksəriyyətində iqtisadi fəallıq və istehsal 2-3 dəfə aşağı düşüb.
Qeyd etdiyimiz kimi, respublikamız MDB Statistika Komitəsinin hesabatında bütün makroiqtisadi göstəricilərə görə fərqləndiyindən ümumilikdə sosial-iqtisadi vəziyyətə görə ilk yerdə qərarlaşıb. Doğrudur, özbəkistanda milli məhsulun və sənayenin artım tempi Azərbaycanla nisbətdə təxminən 1,9-2 faiz yüksək olsa da, bu ölkənin digər göstəricilərdə, məsələn, inflyasiya, orta aylıq əməkhaqqı, əhalinin pul gəlirləri, banklara əmanət qoyuluşları və digər parametrlərdə geridə qalması respublikamızın MDB-də ən inkişaf edən dövlət olmasını səciyyələndirir. Hesabat dövründə Azərbaycanda üDM 6,1 faiz artıb. Sənaye məhsulu 5 faiz yüksəlib. Kənd təsərrüfatında artım 3 faiz təşkil edib. İnflyasiya 2 faizə bərabər olub. Əhalinin pul gəlirləri 15 faiz, orta aylıq əməkhaqqı 10 faiz yüksəlib. Eləcə də, iqtisadiyyata kredit qoyuluşları, banklarda əhalinin əmanətlərin çəkisinin artımı və digər sahələrdə inkişaf meyilləri qeydə alınıb.
MDB dövlətləri içərisində son 9 ayda ən pis iqtisadi duruma düşən ölkə işğalçı Ermənistan olub. Bədnam qonşumuzun iqtisadi vəziyyətinin pisləşməsini əsas makroiqtisadi indikator olan üDM-in azalmasında görmək olar. Ermənistanda üDM 19 faiz azalıb, sənaye istehsalı18 faiz aşağı düşüb. Kənd təsərrüfatında 3 faizlik geriləmə hiss olunur. İnflyasiya 3 faiz təşkil edib. Ermənistanın xarici ticarət dövriyyəsi də kəskin şəkildə azalmağa doğru gedir və dünya ölkələri ilə mal mübadiləsi 40 faizdən çox azalıb. Bu ölkənin ticarət partnyorları əsasən Rusiya və İrandan ibarətdir ki, onlarla da ticarət dövriyyəsi 50 faizə yaxın aşağı düşüb. ölkədə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi və yoxsulluğun artması xaricdən gətirilən malların da həcminin azalması ilə nəticələnib.
Digər MDB ölkəsi - Belarusda isə üDM 0,3 faiz azalmaya məruz qalıb. Sənaye 4,5 faiz azalıb. Kənd təsərrüffatında 5 faizə yaxın artım qeydə alınıb. İnvestisiya qoyuluşları 14 faiz artıb. İnflyasiya 13,9 faiz təşkil edib. Rusiyada isə üDM 11,8 faiz azalıb. Sənaye istehsalı 13 faiz aşağı düşüb. Kənd təsərrüfatında 0,1 faiz artım qeydə alınıb. İnvestisiya qoyuluşları 19 faiz azalıb. İnflyasiya 12,5 faizə bərabər olub.
İqtisadiyyatının əsasını zəngin neft və qaz resurslarının satışından daxil olan valyuta təşkil edən Qazaxıstanda da ötən 9 ayda geriləmə müşayiət olunub. Bu ölkədə üDM 3,2 faiz azalıb. Eyni zamanda, sənaye istehsalında 1 faiz geriləmə qeydə alınıb. İnflyasiya 7,8 faiz təşkil edib. Buna baxmayaraq ilin əvvəllərindən etibarən Qazaxıstan iqtisadiyyatına sərmayə qoyuluşları 2,2 faiz yüksəlib. Qırğızıstanda milli məhsul 2,9 faiz artsa da, sənayedə (1,2 faiz) və real sektorun bir sıra bölmələrində geriləmə tendensiyası, eyni zamanda, əhalinin gəlirlərinin azalması, inflyasiyanın isə 10 faizə yüksəlməsi bu ölkənin ümumi inkişafını səngidib. Eləcə də, Tacikistanda üDM-in 2,7 faiz artmasının müqabilində sənaye istehsalının 10 faiz, investisiya qoyuluşlarının 11 faiz, kənd təsərrüfatının isə 15 faiz azalmaya məruz qalması, inflyasiyanın 7,2 faizi ötməsi ölkə iqtisadiyyatının pozitivliyini əngəlləyib. Sənaye ölkələri kimi tanınan Moldova və Ukraynada iqtisadi geriləmə birinci yarımillikdə olduğu kimi, son 3 ayda da dərinləşib. Moldovada üDM 8 faiz, sənaye məhsulu isə 24 faiz azalıb. Kapital qoyuluşları 38 faiz aşağı düşüb. İnflyasiya 1 faiz olub. Ukraynada ötən aylar ərzində milli məhsul istehsalı 18 faizə yaxın aşağı düşüb. Bu ölkənin iqtisadiyyatının “onurğa sütunu” olan sənaye isə 28, 4 faiz azalmaqla iqtisadi fəallığın aşağı düşməsində əsas rol oynayıb. Yalnız kənd təsərrüfatında artım qeydə alınıb ki, bu da 0,9 faizi keçməyib. İnvestisiya qoyuluşunda geriləmə 45 faizə bərabər olub. Eləcə də, tədiyyə balansı və xarici ticarət dövriyyəsi mənfi notlarla müşayiət olunub. Ukraynada inflyasiya ötən 9 ayda 16,8 faiz təşkil edib ki, bu, MDB ölkələri içərisində ən yüksək göstəricilərdən biridir. ümumiyyətlə, Ukraynada ötən 9 ayın makroiqtisadi göstəricilərinin əksəriyyətində bədbin ssenariləri görmək olar. Bu ölkədə 2009-cu ilin əvvəlllərindən başlayaraq böhran meyilləri bütün sahələri, real sektorun əsas bölməsi olan sənayenin fəallığına mənfi təsir göstərib.
MDB ölkələri içərisində Azərbaycanla yanaşı, özbəkistanda da dinamik inkişaf meyilləri nəzərə çarpıb. Bu ölkədə üDM-in artımı 8 faiz təşkil edib. Eyni zamanda, sənaye istehsalı 9 faiz olub. Kənd təsərrüfatında isə 4.5 faizlik inkişaf qeydə alınıb. Bu ölkədə sərmayə qoyuluşları 20 faiz artıb. Qiymət indeksi isə təxminən 5 faiz təşkil edib. Orta aylıq əməkhaqqı, pul gəlirləri, bank aktivlərinin həcmi 2 faizi ötməyib. özbəkistan bu və digər parametrlərə görə də Azərbaycandan geridə qalır.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

