Qondarma “Milli şura”nın yanvarın 19-na planlaşdırdığı “mitinq şousu” fiaskoya məhkumdur
17.01.2019 [10:06]
Radikal ünsürlər anlamalıdırlar ki, xalq onları qəbul etmir və bu antimilli düşərgənin heç bir aksiyasını dəstəkləmir
Ölkəmizdəki radikal müxalifətinin, o cümlədən anti-azərbaycançı qüvvələrin sifarişləri ilə yaradılan qondarma “Milli şura” kimi “təşkilatlar”ın fəaliyyətlərinin hər bir epizodu Azərbaycan cəmiyyətinə bəllidir. Azərbaycan dövlətinin və xalqının milli maraqlarına əks mövqe tutmaq və ölkə mənafeyinə zidd hərəkət etmək bu qüvvələrin “konsepsiya”sına çevrilib. Yeri gəlmişkən qeyd edək ki, qondarma “Milli şura” yanvarın 19-da yenidən öz “ənənəvi mübarizə metoduna” əl ataraq mitinq şousu təqdim etməyə çalışacaq. Budəfəki “mitinq şousu”nun da əvvəlkilərinin acı təkrarına çevriləcəyi isə indidən bəllidir. Əli Kərimli-Cəmil Həsənli tandeminin bu dəfə də mitinq adı altında növbəti fiaskolarını yaşayacaqları şübhə doğurmur.
Qondarma “Milli şura” siyasi manipulyasiya ilə məşğuldur...
İlk olaraq onu vurğulamaq yerinə düşər ki, adını “Milli şura” qoyan bu “təşkilat”ın hansı səbəbdən məhz bu adı seçməsi hər kəsə bəllidir. 100 il öncə, XX əsrin əvvəlində milli azadlıq ruhunun yüksəlməsində, milli dövlətçilik ənənələrimizin yaşadılmasında mühüm rola malik olan Milli Şuranın adını mənimsəməklə Cəmil Həsənli-Əli Kərimli dueti siyasi manipulyasiya ilə məşğul olduqlarını açıq şəkildə ortaya qoyurlar. Özləri haqqında Azərbaycan xalqında konkret təsəvvür formalaşdıra bilməyən, illərdir ki, bəlli “konspekt”dən kənara çıxmağı bacarmayan, hətta yeni siyasi innovasiyaları belə mənimsəməyən bu antimilli ünsürlər “Milli şura” adını özlərinə pərdə etməklə 100 il öncəki eyniadlı qurumun kölgəsinə sığınmaq, bu adı siyasi istismara məruz qoymaq istəyirlər. Milli şura adının çətirinin altında gizlənməyə çalışan radikallar deuti bununla həm də öz gücsüzlüklərini ört-basdır etmək, xalq tərəfindən dəstəklənmədiklərini gizlətmək niyyətindədirlər. Hətta “qurum sədri” kimi təqdim edilən Cəmil Həsənlini belə dindirsələr, “Milli şura” adlanan bu qondarma qurumun üzvlərinin adını və ya sayını düz-əməlli bilmir. Nəinki aylardır, hətta illərdir adi bir toplantı keçirmək iqtidarında olmayan bu “şura”, sözün əsl mənasında, “syasi meyit”dir. Bunu elə vaxtilə həmin təşkilata üzv olan, oranı tərk edən şəxslər də təsdiqləyirlər. Nəticə etibarı ilə, “Milli şura” adının altında gizlənərək manipulyasiya ilə məşğul olan bu qondarma qurumun hansısa bir aksiya keçirə bilmək gücü yoxdur və radikal ünsürlər fiaskoya məhkumdurlar...
Xalq dağıdıcı müxalifətin anti-Azərbaycan fəaliyyətini pisləyir
Qeyd edildiyi kimi, bu “mitinq şousu”nun da əvvəlkilərdən fərqlənməyəcəyi, uğursuzluğa düçar olacağı indidən bəllidir. Necə deyərlər, görünən dağa bələdçi lazım deyil. Birmənalı şəkildə vurğulanmalıdır ki, həmin insanlar özlərinin “siyasi çəkilərini” hər kəsdən yaxşı bilirlər. Onlara bəllidir ki, Azərbaycan xalqı radikal ünsürləri nəinki dəstəkləmir, hətta birmənalı şəkildə onların anti-Azərbaycan fəaliyyətini pisləyir. Çünki bu ünsürlərin hər zaman nümayiş etdirdikləri dağıdıcı, milli maraqlara zidd fəaliyyət ermənipərəst, islamofob, anti-azərbaycançı dairələrin tapşırıqlarını yerinə yetirməyə hesablanıb.
Azərbaycanın siyasi palitrasında yoxluqlarını hamıdan qabaq özləri görən, amma bunu həzm edə bilməyən radikal müxalifət partiyaları yalnız sosial şəbəkədəki “fake” simalardan ibarətdir ki, onlar da Əli Kərimlinin gülünc statuslarını “like” etməkdən başqa bir işə yaramırlar.
Ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən sərbəst toplaşma azadlığı qorunur, təmin edilir
Onu da qeyd edək ki, Azərbaycan hər zaman insan hüquq və azadlıqlarını qoruyan, demokratik prinsiplərə, fikir plüralizminə hörmətlə yanaşan, fərqli fikirlərə dözümlülük nümayiş etdirən bir dövlət kimi tanınır. Azərbaycanın Konstitusiyası dünyanın ən mütərəqqi əsas qanunlarından biridir və Konstitusiyamızın böyük bir hissəsi məhz insan hüquq və azadlıqlarının qorunmasna yönəlib. Ölkəmizdə sərbəst toplaşma azadlığı tam təmin olunur və fərqli siyasi fikirlərə malik insanların aksiya keçirməsinə qanun çərçivəsində şərait yaradılır. O cümlədən müxalifət mövqeyində olan partiya və təşkilatlara mitinq keçirməyə, öz fikirlərini ifadə etməyə imkan yaradılır, müvafiq dövlət qanunları bu mitinqlərin təhlükəsizliyini təmin edir.
Vurğulanmalıdır ki, istər 2018-ci ildə, istərsə də ondan əvvəlki illərdə radikal müxalifət düşərgəsi də ölkəmizdəki bu demokratik mühitdən kifayət qədər yararlanıb, bir sıra mitinqlər təşkil edib, aksiyalar keçiriblər. Lakin keçirilən bu aksiyalar radikal düşərgənin biabırçı ifşasından başqa heç nə ifadə edə bilməyib. Özlərini “siyasi palitra”nın mühüm bir hissəsi kimi qələmə verməyə, bu yolla da xarici antimilli mərkəzlərdən pul mənimsəməyə çalışan radikal ünsürlər həmin aksiyalara on minlərlə adamın qatılacağını “vəd etsələr də”, nəticədə həmin mitinqlərə min nəfərdən artıq adam toplaya bilməyiblər. Bu isə onların xalq tərəfindən dəstəklənmədiyinin sübutudur. Azərbaycan xalqı hər zaman bu cür xəyanətkarların layiqli cavabını verib və yanvarın 19-da da onların eyni aqibətə məruz qalacağını indidən proqnozlaşdırmaq mümkündür...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34

