/ / Radikal ünsürlərin növbəti fiaskosu: 10-dan artıq siyasi qurumun iştirak etdiyi aksiyada “Məhsul” stadionu dolmadı
Radikal ünsürlərin növbəti fiaskosu: 10-dan artıq siyasi qurumun iştirak etdiyi aksiyada “Məhsul” stadionu dolmadı
22.01.2019 [09:59]
Bu amil bir daha Azərbaycan xalqının radikal qrupların çağırışlarına biganə qaldığını, bu qrupların heç bir sosial dayağının olmadığını açıq nümayiş etdirir
Milli maraqlarımıza və xalqımızın mənafeyinə xəyanət etməyi özünə peşə seçmiş AXCP sədri Əli Kərimlinin təşkilatçılığı ilə “Milli şura” adlanan qondarma, antimilli qurumun yanvarın 19-da keçirdiyi “mitinq şousu” radikal düşərgənin bitkin durumda olduğunu növbəti dəfə təsdiqlədi. Sosial şəbəkələrdə “on minlərlə tərəfdar”dan dəm vuran, mitinqin keçirildiyi ərazini “kiçik” sayan Ə.Kərimlinin dəstəsinin üzvləri nəticədə fərqli mənzərə ilə üz-üzə qalmış oldular. Belə ki, “Məhsul” stadionunda bütün radikal müxalifət partiyalarının, onların ətrafında olan müxtəlif təşkilatların birgə keçirdiyi mitinqdə cəmi 2800 nəfər iştirak edib. İlk olaraq vurğulanmalıdır ki, 10-dan artıq siyasi qurumun iştirak etdiyi aksiyada “Məhsul” stadionu dolmadı. Bu amil bir daha vətəndaşların radikal qrupların çağırışlarına biganə qaldığını, bu qrupların heç bir sosial dayağının olmadığını açıq nümayiş etdirdi. Yəni Azərbaycan xalqı bu dəfə də xəyanətkar radikal düşərgənin çağırışlarını etinasızlıqla qarşıladı və ölkəmizin inkişafını istəməyən, ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirən azsaylı kəsimə münasibətini ortaya qoydu.
Qeyd etmək lazımdır ki, Əli Kərimlinin bu vaxta kimi “Milli şura” adlanan qondarma qurumun adı ilə keçirdiyi mitinqlərin hamısı fiasko ilə nəticələnib. Bu dəfə analoji halın yaşanacağını Ə.Kərimli özü də bilirdi. Bu səbəbdəndir ki, Ə.Kərimli son dövrlərdə istər çıxışlarında, istərsə də KİV-ə müsahibələrində digər radikal ünsürlərlə “dil tapmağa” çalışır, onların “dəstəyini” qazanmaq üçün min bir yola baş vururdu.
O da vurğulanmalıdır ki, “mitinq şousu” öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkib. Yəni 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaqyorucu səs tembrləri yenidən təkrarlanıb. Bəli, Əli Kərimli, Gültəkin Hacıyeva, Cəmil Həsənov kimi uğursuz “teatr truppası”nın (“Milli şura”) oynadığı bu “qısametrajlı” komediyanın da yalnız maddi gəlir üçün hesablandığı və “reallaşdırıldığı” ortadadır.
Bu səbəbdəndir ki, 10-a yaxın adamın çıxış etməsinə baxmayaraq, bu aksiyada heç bir real təklif səslənməyib, konstruktiv ideya irəli sürülməyib. Hər zaman olduğu kimi, pafosa üstünlük verən, özünü gözə soxmağa çalışan, ağılasığmaz yalanlar danışan Əli Kərimli və onun ətrafındakılar bununla da özünüifşanı ortaya qoyublar.
Eləcə də aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmayıb. Belə ki, partiya sədrləri, hətta tanınmış radikal düşərgə üzvləri belə Ə.Kərimlinin bu aksiyasına “təşrif buyurmayıblar”. “Mitinq şousu”nda çıxış edənlərin siyasi kimliyi isə, sadəcə, ironiya yaradıb. Çünki bu “aksiya”nın tribunasında da yenə gündə min bir rəngə düşən, öz siyasi əqidəsini dəyişən və siyasi hazırlığı olmayanlar boy-boya verərək, yalanlar danışıblar.
Bunun nəticəsidir ki, “meydan” elə Əli Kərimliyə qalıb. Belə ki, Əli Kərimli digər partiyaların rəhbərlərinin aksiyaya qatılmamasından istifadə edərək özünü müxalifətin lideri kimi qələmə verməyə çalışıb, mitinqi təkbaşına təşkil etdiyini iddia edib və kütləyə inanılmaz vədlər verib. Bu hal isə radikal düşərgədə “birincilik marafonu” uğrunda gedən gülünc “mübarizə”nin hələ də davam etdiyini göstərir. Və kimsəyə sirr deyil ki, mövsümi birliklərdə birləşən, fərqli xarici mərkəzlərin sifarişləri ilə hərəkət edən radikal ünsürlərin “birincilik” savaşı sadəcə xaricdən gələn ianələr uğrundadır. Məhz bu səbəbdəndir ki, Ə.Kərimli yuxarıda bəhs edilən “aksiya”nın “vahid təşkilatçısı” kimi tanınmaq niyyətindədir. Amma bu zaman ortaya maraqlı sual çıxır: Özünü “mitinqin təşkilatçısı” adlandıran Ə.Kərimli niyə bu “aksiya”nı öz təşkilatının adı ilə keçirmir, qondarma “Milli şura”nın arxasında gizlənir?
Yuxarıda qeyd edildiyi kimi, radikal müxalifətin “mitinq”i bir daha göstərdi ki, ölkəmizdə dağıdıcı qrupların heç bir sosial bazası yoxdur və yanvarın 19-da Azərbaycan xalqı növbəti dəfə inkişafı dəstəklədiyini, dövlətinin, hakimiyyətinin arxasında olduğunu nümayiş etdirdi. Radikal müxalifətin anti-Azərbaycan siyasəti, onları maliyyələşdirən maraqlı xarici dairələrin ölkəmizdə sabitliyi pozmaq cəhdi isə növbəti dəfə iflasa uğradı...
Pərviz
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34

