/ / Rauf Əliyev: Əhalinin sosial rifah halının davamlı olaraq yaxşılaşdırılması Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasi kursun mühüm tərkib hissəsidir
Rauf Əliyev: Əhalinin sosial rifah halının davamlı olaraq yaxşılaşdırılması Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasi kursun mühüm tərkib hissəsidir
20.02.2019 [10:05]
“Əhalinin sosial rifah halının davamlı olaraq yaxşılaşdırılması Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasi kursun mühüm tərkib hissəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində son illərdə Azərbaycan sürətlə inkişaf edərək böyük iqtisadi uğurlar əldə edib”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, əldə olunan iqtisadi uğurlar ölkədə geniş sosial islahatlar aparılmasına, əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə şərait yaradıb. Onun sözlərinə görə, son 15 ildə ölkədə 2 milyon yeni iş yeri açılıb, əməkhaqqı 7 dəfə, pensiyalar 9 dəfə artıb. İşsizlik səviyyəsi 5 faizə, yoxsulluq səviyyəsi 49 faizdən 5,4 faizə endirilib. Son 15 ildə 3 min 200-dən çox məktəb tikilib və ya əsaslı təmir edilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 Olimpiya mərkəzi inşa olunub.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə xüsusi diqqət və qayğı göstərilir. “2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra cənab Prezident tərəfindən imzalanan ilk Fərman da buna bariz nümunədir. Şəhid hərbi qulluqçuların ailələrinə 11000 manat birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan Fərman bu ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində atılan ən mühüm addımlardan biridir”, - deyən millət vəkili əlavə edib ki, 12779 şəhid ailəsi, 119 nəfər 20 Yanvar şəhid ailəsi, 11994 nəfər Qarabağ əlili, 327 nəfər 20 Yanvar hadisələri zamanı əlil olanlar Prezident təqaüdü, 49692 nəfər Qarabağ müharibəsi veteranı müavinəti ilə təmin olunur. Onun sözlərinə görə, dövlət başçısının şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi xüsusi qayğı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən bu kateqoriyadan olan ailələrə 3 dəfə çox - 626 mənzil təqdim olunub. İndiyədək bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil verilib. Şəhid ailələrinə, müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi olaraq artırılıb. Azərbaycan Prezidentinin 30 yanvar 2019-cu il tarixli Fərmanı ilə şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği artırılaraq 300 manat müəyyən edilib.
“Dövlət başçısının 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə bu ilin mart ayının 1-dən minimum əməkhaqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatlarda, eləcə də özəl sektorda çalışan azı 600 min işçinin əmək haqqının artırılmasına imkan verəcək. Minimum əməkhaqqının artırılması üçün dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin 10 ayı üçün 335 milyon manatadək əlavə vəsait ayrılacaq. Azərbaycan Prezidentinin “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” 14 fevral 2019-cu il tarixli Sərəncamı, “Azərbaycan Respublikasının ali məktəbləri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli Fərmanında dəyişiklik edilməsi ilə bağlı 14 fevral 2019-cu il tarixli Fərmanı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri orta hesabla 20 faiz artırılır. Bu da 600-ə yaxın doktorantı və 110 mindən artıq tələbəni əhatə edir. Bu yaxınlarda əmək pensiyalarının minimum məbləğinin 116 manatdan 160 manatadək artırılması da nəzərdə tutulur. Bu da təxminən 38 faiz artım deməkdir. Bu artımdan 233 min əmək pensiyaçısı yararlanacaq. Bu artımın maliyyələşməsi üçün ildə dövlət büdcəsindən 49 milyon manat vəsait ayrılacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyevin əhalinin müxtəlif təbəqələrinin sosial rifah halının daha da yaxşılaşdırılmasını təmin edən son Fərman və sərəncamları bir daha göstərir ki, dövlət başçısının rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən siyasi kursun mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifah halının davamlı olaraq yüksəldilməsi dayanır və bu siyasət bundan sonra da uğurla davam etdiriləcək”, - deyə komitə sədrinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

