/ / ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvləri Azərbaycandakı multikultural mühit barədə məlumatlandırılıb
ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvləri Azərbaycandakı multikultural mühit barədə məlumatlandırılıb
05.03.2019 [09:57]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı martın 4-də ölkəmizdə səfərdə olan ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsinin sədri ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri, tolerantlıq mühiti, DQİDK-nın fəaliyyət istiqamətləri barədə danışıb. Bildirib ki, bu gün dinlər və sivilizasiyalararası dialoqun baş tutması üçün əsas şərtə çevrilən və mütərəqqi dünya tərəfindən başlıca demokratik dəyərlərdən biri kimi təbliğ olunan tolerantlıq və multikulturalizm Azərbaycan xalqının əsrlərboyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir. Müstəqilliyimizin bərpasından sonra ölkəmizdəki dini dözümlülük, tolerantlıq mühiti və mədəniyyəti Ümummilli Liderimiz Heydər Əliyevin müdrikcəsinə formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq daha da möhkəmlənib, bu sahədə dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. Azərbaycanda dini etiqad azadlığının qanunla təsbit edildiyini diqqətə çatdıran Mübariz Qurbanlı ölkəmizdə 32-si qeyri-islam təmayüllü olmaqla 908 dini qurumun dövlət qeydiyyatından keçdiyini deyib. O, formalaşmış dini tolerantlıq mühitinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər sayəsində respublikamızda 14 kilsə, 7 sinaqoqun fəaliyyət göstərdiyini qeyd edib. Mütəmadi olaraq müxtəlif dinlərə məxsus ibadətgahların inşa və bərpa edildiyini, dini icmalara maliyyə yardımları ayrıldığını deyib.
Prezident İlham Əliyevin Azərbaycanda 2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etdiyini bildirən komitə sədri Qafqaz Müsəlmanları İdarəsi ilə birgə müxtəlif yerli və beynəlxalq tədbirlər təşkil olunduğunu qeyd edib. Bu istiqamətdəki işin davamı olaraq sabah Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda keçiriləcək beynəlxalq konfransın əhəmiyyətinə toxunan komitə sədri Azərbaycanın hazırda dinlər və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrildiyini bildirib.
Görüş zamanı Azərbaycan həqiqətləri barədə danışan Mübariz Qurbanlı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş torpaqlarımızda dini-tarixi abidələrin məhv edildiyini, bir qisminin isə erməniləşdirildiyini diqqətə çatdırıb.
ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer vurğulayıb ki, Azərbaycan nümunəvi dinlərarası dialoq, birgəyaşayış modeli sərgiləyir və bu, təqdirəlayiq haldır. O, bu fikirləri Prezident İlham Əliyevlə görüşdə məmnuniyyətlə dilə gətirdiyini qeyd edib. M.Şnayer bu mühitin qorunması, təbliğ və təşviq edilməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xüsusi rolu olduğunu deyib.
İqls Vinqs yevangelik təşkilatının icraçı direktoru, yepiskop Robert Störns Azərbaycanda mövcud olan dinlərarası harmoniyanın, qarşılıqlı etimad mühitinin, bu sahədə əldə edilən nailiyyətlərin artıq bütün dünyada etiraf edilən həqiqət olduğunu bildirib.
Sonda qonaqlara DQİDK-nın nəşr etdirdiyi, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrindən, eləcə də işğal olunmuş ərazilərimizdə vandalizm hərəkətlərinə məruz qalan tarixi-dini abidələrdən bəhs edən kitablar təqdim olunub.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

