/ / Berlində keçirilən görüşlərdə Azərbaycan-Almaniya əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb
Berlində keçirilən görüşlərdə Azərbaycan-Almaniya əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb
20.03.2019 [11:03]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyaya səfəri çərçivəsində Federal Kanslerin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Yan Heker, Federal Prezident Administrasiyasının Xarici Siyasət İdarəsinin rəisi Tomas Baqqer və Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibert ilə görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, Hikmət Hacıyev, eyni zamanda, Almaniyanın xarici siyasət üzrə akademik dairələri ilə keçirilən dəyirmi masada iştirak edib, həmçinin Bundestaqın nəzdindəki Alman Parlament Cəmiyyətində Xocalı soyqırımının ildönümü ilə bağlı təşkil olunan 7-ci “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” simpoziumuna qatılıb.
Görüşlərdə Azərbaycanın xarici siyasəti, Almaniya və Avropa İttifaqı ilə münasibətləri, regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş fikir mübadiləsi aparılıb.
Prezident Administrasiyasının rəsmisi ölkəmizin mürəkkəb geosiyasi regionda yerləşməsinə baxmayaraq, müstəqil və milli maraqlara söykənən siyasət yürütdüyünü, işğalçı Ermənistan istisna olmaqla, öz qonşuları ilə mehriban qonşuluq münasibətləri yaratdığını, regionda beynəlxalq əməkdaşlığın əsasını qoyduğunu vurğulayıb. O, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyində rolu, həyata keçirdiyi nəhəng regional layihələr, o cümlədən Cənub Qaz Dəhlizinin icrası, Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlərinin inkişafına xidmət edən layihələr, eləcə də bu layihələrin və Azərbaycanın çoxvektorlu xarici siyasətinin regionda sülh, sabitlik, inkişaf və əməkdaşlığa verdiyi töhfələr barədə məlumat verib. Şöbə müdiri, həmçinin Ermənistanın hərbi təcavüzünün nəticələri, münaqişənin sülh yolu ilə həlli prosesinin gedişi, eləcə də Ermənistanın yeni rəhbərliyindən olan gözləntilərimizi həmsöhbətlərinin diqqətinə çatdırıb.
Görüşlərdə Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə qarşılıqlı maraqlara söykənən konstruktiv əməkdaşlıq məsələləri, Almaniyanın Federal Kansleri Angela Merkelin ötən ilin avqustunda Azərbaycana səfərinin ikitərəfli münasibətlərdə yaratdığı yeni dinamika, rəsmi Berlinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair tutduğu ədalətli mövqe və münaqişənin həlli prosesinə dəstək imkanları, eləcə də ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün potensial imkanlar barədə ətraflı söhbət aparılıb. Almaniya rəsmiləri Azərbaycanı Almaniyanın regiondakı etibarlı tərəfdaşı, o cümlədən əsas iqtisadi tərəfdaşı adlandırıb, ölkəmizdə hökm sürən multikulturalizm və dini tolerantlıq mühitini yüksək qiymətləndirib, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları alqışlayıblar.
Hikmət Hacıyevin Berlində keçirdiyi görüşlərdə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov və səfirliyin əməkdaşı Vüqar Qafarov da iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00

