“Prezident İlham Əliyevin çıxışı xarici sərmayədarlar üçün bir çağırış idi”
30.04.2019 [10:26]
“Pekində 2-ci “Bir kəmər, bir yol” Forumu keçirildi. Bu Forumda 37 dövlət və hökumət başçısı iştirak edirdi. Forumda dünyanın gələcək iqtisadi perspektivləri, eyni zamanda, “Bir kəmər, bir yol” layihəsi ətrafında yaranan yeni tərəfdaşlıq məsələləri və onların perspektivləri, bu nəqliyyat dəhlizinin daha da inkişaf etdirilməsi üçün müəyyən addımların atılması məsələləri müzakirə olundu”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, “Bir kəmər, bir yol” layihəsi 150-dən çox ölkə tərəfindən dəstəklənir və təqribən bir o qədər də bu layihə ətrafında iştirakçı dövlətin olması proqnozlaşdırılır: “Bu isə o deməkdir ki, bu yol gələcəkdə yükdaşıma sahəsində dünya iqtisadiyyatının əsas arterial qan damarlarından biri olacaqdır. Şübhəsiz ki, eyni zamanda, bu yol ətrafında özünəməxsus bir iqtisadiyyat formalaşacaq, ayrı-ayrı məntəqələrdə yeni mərkəzlər yaranacaqdır. Bu isə Asiyadan Avropaya uzanan ən qısa və ən səmərəli yol olmaqla yükdaşımalarında və iqtisadi inteqrasiyada XXI əsrin ən böyük layihələrindən birinə çevriləcəkdir.
Azərbaycan Prezidenti forum çərçivəsində keçirilən yüksək səviyyəli görüşdə çıxış etdi və ölkəmizin mövqeyindən, eyni zamanda, Azərbaycanın bu nəqliyyat qovşağının reallaşmasında oynadığı roldan danışdı. Bununla belə, dövlət başçısı bu proses çərçivəsində Azərbaycanda həyata keçirilən işlərdən geniş bəhs edib. Əvvəlcədən qeyd etmək lazımdır ki, “Bir kəmər, bir yol” layihəsinə Azərbaycan çox böyük dəstək nümayiş etdirir. Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi və burada yüklərin fasiləsiz olaraq daşınmasının təmin olunması Böyük İpək Yolunun bərpa olunmasında yeni bir tarixi hadisədir. Çünki yüklərin dəniz yolu ilə daşınması gəmilərdən qatarlara, eləcə də qatarlardan gəmilərə yüklənmədə böyük vaxt itkisinə səbəb olur və həddindən artıq uzun müddətə başa gəlirdi. Ancaq Azərbaycanın təmin etdiyi nəqliyyat kommunikasiya vasitəsi fasiləsiz olaraq yüklərin daşınmasını təmin edəcək. Yəni yüklər bir nəqliyyat vasitəsindən digərinə boşaldılıb-doldurulmadan birbaşa təyinat nöqtəsinə yönləndiriləcəkdir ki, bu da mühüm bir keyfiyyət dəyişikliyidir. Şübhəsiz ki, Azərbaycan Prezidenti bu cür beynəlxalq Forumda əldə etdiyimiz nəticələrdən də danışdı.
Ölkə başçısı ötən illər ərzində həm yol-nəqliyyat kommunikasiyası sahəsində, həm də bütövlükdə ölkəmizdə ən müxtəlif sahələrdə həyata keçirilən islahatlardan söhbət açdı. Təsadüfi deyil ki, cənab Prezident qeyd etdi ki, beynəlxalq təşkilatların hesablamalarına görə, Azərbaycan on ən islahatçı ölkədən birinə çevrilib. Biz bilirik ki, bura ölkədaxili siyasətlə bağlı həyata keçirilən islahatlar, sosial islahatlar, idarəetmədəki islahatlar, hüquqi islahatlar daxildir və s. Amma təbii ki, bunun beynəlxalq tərəfləri də var. Bu islahatlar nədən ibarətdir? Məsələn, Azərbaycanın həyata keçirdiyi islahatlar nəticəsində “Bir kəmər, bir yol” layihəsi çərçivəsində daşınan yüklərin yükdaşıma tariflərinin birgə müəyyənləşdirilməsi də var. Eyni zamanda, biz bura Ələtdə Azad ticarət zonasının yaranmasını da əlavə edə bilərik. Bütövlükdə, düşünürəm ki, Azərbaycan Prezidenti tərəfindən qeyd olunan bu fikir əslində həm də xarici sərmayədarlar üçün bir çağırış idi. Çünki viza rejiminin sadələşdirilməsi, iqtisadi qanunların optimallaşdırılması, Azərbaycanın sərmayə qoyuluşu üçün ən münbit ölkələrdən birinə çevrilməsi islahatlar paketinə daxil olan məsələlərdir və çoxsaylı investorlar üçün Azərbaycanın cəzbedici bir məkana çevrilməsidir”.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

