Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Beynəlxalq tibb simpoziumunun iştirakçıları Heydər Əliyev Fondunda olublar

Beynəlxalq tibb simpoziumunun iştirakçıları Heydər Əliyev Fondunda olublar

24.11.2009 [11:53]

Bakıda keçirilən Beynəlxalq tibb simpoziumunun iştirakçıları noyabrın 22-də Heydər Əliyev Fondunda olublar. Qonaqlara Fondun fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, əsas məqsədi Ulu öndərin zəngin irsinin öyrənilməsi və təbliği olan Fond, həmçinin uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir. Qonaqlar ümummilli liderin şəxsi arxivindən götürülmüş eksponatlara, təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlara, təltif olunduğu müxtəlif orden və medallara baxıblar. Qeyd edilib ki, Azərbaycanın ən yeni tarixinin yaradıcısı və qurucusu ümummilli liderin rəhbərliyi dövründə ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə olunub. ümummilli liderin ölkəyə rəhbərlik etdiyi dövr tariximizə sabitlik və inkişaf dövrü kimi daxil olub. Ulu öndərin səhiyyə, mədəniyyət, incəsənət, idmana göstərdiyi qayğıdan danışılıb. Simpoziumun iştirakçıları Fonddan zəngin təəssüratlarla ayrılıblar.

Paylaş:
Baxılıb: 1031 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30