/ / Etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasəti xüsusi əhəmiyyət kəsb edir
Etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasəti xüsusi əhəmiyyət kəsb edir
04.05.2019 [10:27]
Mayın 3-də Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti” mövzusunda növbəti sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən təşkil edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü Leyla Əliyeva sessiyada iştirak edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov tədbirə moderatorluq edib. O, Azərbaycandakı multikultural mühit barədə məlumat verib.
Şöbə müdiri bildirib ki, etnik və mədəni müxtəliflik öz-özlüyündə müsbət fenomendir. Çünki bu, etnik və mədəni dəyərlərə söykənir. Yəni, insanın davranışına, onun vərdişlərinə bağlanır və bunlar bütövlükdə bizim bugünkü fəaliyyətimizi istiqamətləndirir. Lakin bu məsələlər dövlət tərəfindən tənzimlənməlidir. Belə olmasa müxtəlif münaqişələr dini və etnik əsaslarla meydana gələ bilər. Azərbaycan multikulturalizm, tolerantlıq məkanıdır. Azərbaycan öz multikulturalizm siyasəti ilə tanınan ölkədir. Multikulturalizm ölkəmizdə dövlət siyasətinin bir hissəsidir. Bu siyasətin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Hazırda həmin siyasət Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə çıxış edən BBMM-in Himayəçilik Şurasının sədri Kamal Abdullayev multikulturalizmin Azərbaycanın dövlət siyasəti olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri mövcuddur. Əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanlar qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanda tarixən mövcud olan bu ənənələrin qorunması və inkişafı, eləcə də multikultural dəyərlərin təbliği ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, multikulturalizmin təbliği dini dəyərlərin, Azərbaycanda yaşayan müxtəlif etnik qruplardan ibarət xalqımızın tarixinin, mədəniyyətinin təbliği olmaqla yanaşı, xalqımızın bütün dünyaya verdiyi sevgi, mərhəmət mesajıdır. M.Qurbanlı tədbir iştirakçılarını Azərbaycanın multikulturalizm ənənələri barədə məlumatlandırıb, ölkəmizdə mövcud olan müxtəlif dini icmalar, dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası və bu sahədə dövlət siyasətindən danışıb.
ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Los-Anceles Xristian Dini Mərkəzinin rəhbəri, yepiskop Xuan Karlos Mendez, Kolumbiya ştatının Vaşinqton Hüquq Assosiasiyasının məsləhətçisi Janna Skot və başqaları çıxış edərək ölkəmizdəki multikulturalizm mühitinin bütün dünyaya nümunə olduğunu bildiriblər. Qeyd edilib ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə etnik mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Bu, olduqca təqdirəlayiq haldır.
Tədbir müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxMEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57

