/ / Azərbaycan nümayəndə heyəti Çində qardaş şəhərlərin merlərinin beynəlxalq konfransında iştirak edib
Azərbaycan nümayəndə heyəti Çində qardaş şəhərlərin merlərinin beynəlxalq konfransında iştirak edib
07.09.2019 [09:43]
Sentyabrın 4-6-da Çinin Cıcian vilayətinin inzibati mərkəzi olan Xancou şəhərində “Rəqəmsal iqtisadiyyat və ağıllı şəhər” mövzusunda qardaş şəhərlərin merlərinin beynəlxalq konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, xarici ölkələrdən 22 şəhər rəhbərinin, Çindəki diplomatik nümayəndəliklərin təmsilçilərinin iştirak etdikləri tədbirə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini Fidumə Hüseynovanın rəhbərliyi ilə nümayəndə heyəti qatılıb.
Tədbirin rəqəmsal “İqtisadiyyat, innovasiyalar və sahibkarlıq”, “Gələcək 5G dövründə ağıllı şəhər” və “Süni zəka tətbiqi” mövzularında bölmə iclasları keçirilib.
Çin Kommunist Partiyasının (ÇKP) Cıcian vilayət daimi komitəsinin üzvü, partiyanın Xancou şəhər komitəsinin sədri Cou Cianyon konfrans iştirakçıları ilə görüşüb. Görüş zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri İpək Yolu vasitəsi ilə təməli qoyulan münasibətlərimizin tarixindən söz açıb. Qeyd olunub ki, son zamanlar dinamik şəkildə inkişaf edən və müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələrimizin daha da möhkəmlənməsi hər iki tərəf üçün faydalıdır.
Azərbaycanın səmimi dost kimi Çinin inkişafına sevindiyini bildirən F.Hüseynova tarixi köklərə söykənən xalqlarımızın dostluq münasibətlərinin daha da inkişafına inamını ifadə edib.
ÇKP Xancou şəhər komitəsinin sədrinə dahi Azərbaycan şairi Nizami Gəncəvinin Çin gözəlini də vəsf etdiyi “Yeddi gözəl” əsəri təqdim olunub.
Cou Cianyon cari ilin iyulunda ölkəmizə səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, ölkəmizdə və Bakı şəhərində gördüyü inkişafın onda dərin təəssürat yaratdığını deyib.
Tədbir çərçivəsində “Xancou beynəlxalq günü” adlı mərasim keçirilib, “Dostluq parkı”nda birgə ağac əkilib. Azərbaycan nümayəndə heyətinin əkdiyi ağacın qarşısında “Azərbaycan Respublikası Bakı şəhəri” sözləri yazılmış lövhəsi yerləşdirilib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri “Hangzou1” TV kanalına və “Hangznou Daily” qəzetinə müsahibə verib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

