Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: YAP-ın bütün fəaliyyəti xalqın maraqlarına istiqamətlənib

Siyavuş Novruzov: YAP-ın bütün fəaliyyəti xalqın maraqlarına istiqamətlənib

13.03.2010 [12:25]

“Dünyanın müxtəlif ölkələrinin iqtidar partiyaları Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq haqqında protokollar imzalayır, YAP-la birbaşa əməkdaşlıq edirlər”. Bu sözləri YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov söyləyib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının aparıcı dünya ölkələrinin siyasi partiyaları ilə dostluq əlaqələri var: “Bunun həm dövlətimizin beynəlxalq aləmdə təmsil olunmasında, həm də ölkəmizin problemlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında böyük rolu vardır”.
Siyavuş Novruzov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının bütün fəaliyyəti xalqın maraqlarına istiqamətlənib: “YAP istər iqtisadi məsələlərdə, istər sosial problemlərin həllində, istər “Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsində, istərsə də digər sahələrdə həyata keçirilən dövlət siyasətində aktiv iştirak edib, bu proseslərdə öndə gedən qüvvə olub. çünki, bizim partiyamızın nümayəndələri belə məsələlərdə ikiqat məsuliyyət daşıyırlar”.

Paylaş:
Baxılıb: 1052 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30