/ / Elşad Musayev: Siyasi dialoqun daha da dərinləşdirilməsi cəmiyyətdə milli həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verib
Elşad Musayev: Siyasi dialoqun daha da dərinləşdirilməsi cəmiyyətdə milli həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verib
01.10.2020 [09:19]
“İşğalçı Ermənistanın növbəti təxribatı qarşısında Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması ölkə vətəndaşları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Biz bunu uzun müddət idi ki, gözləyirdik. İndiki halda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çox düzgün qərar qəbul etdi. Biz də Böyük Azərbaycan Partiyası olaraq dərhal Azərbaycanın haqlı mübarizəsində ordumuzun və dövlətimizin yanında olduğumuzu bəyan etdik. Bütün xalqımızı düşmənə qarşı səfərbər olmağa dəvət elədik, Ali Baş Komandanın apardığı siyasətə birmənalı olaraq dəstək verdik”.
Bu fikirləri qəzetimizə açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib.
E.Musayev deyib ki, cəbhədə ağır döyüşlərin getdiyi indiki vaxtda Azərbaycan cəmiyyətində mənəvi-psixoloji cəhətdən böyük ruh yüksəkliyi var: “Ona görə ki, ordumuz həm canlı qüvvə, həm də texniki təchizat baxımından düşməndən qat-qat üstündür. Hazırkı dövrdə beynəlxalq aləmdə də Azərbaycanın mövqeyi daha güclüdür. Eyni zamanda, qardaş Türkiyənin rəhbərliyinin açıq dəstəyini hiss edirik. Bu da çox ciddi amildir. Bütün bunlar bizə deməyə əsas verir ki, Azərbaycan Ordusu tərəfindən ermənilərin “burnu ovulacaq”. Onlar başa düşəcəklər ki, Azərbaycan xalqının qüruru ilə oynamaq olmaz”.
Partiya sədrinin sözlərinə görə, əhali arasında böyük ruh yüksəkliyi yarandığı, milli həmrəyliyin əldə edildiyi indiki məqamda fərqli mövqedən çıxış etmək olmaz: “Xalqımız üçün belə bir taleyüklü məqamda ölkənin 50 partiyası birgə bəyanat yayaraq dövlətə, Ali Baş Komandana dəstək verib. İndiki məqamda milli həmrəyliyə dəstək verməyənlər, əks-mövqedən çıxış edənlər səhv yoldadırlar. Bundan əvvəl də Tovuz istiqamətində gedən döyüşlər zamanı bəziləri söz oyunu ilə məşğul olurdular. Belə bir kritik dönəmdə söz oyunu ilə məşğul olmaq düzgün deyil. İndi müharibə gedir, hakimiyyətdə olan qüvvələr bu prosesi aparmalıdır, müxalifət partiyaları da dövlətə, hakimiyyətə dəstək verməlidir. Burada başqa fikir ola bilməz. İndiki halda cəmiyyətin vahid mövqeyə ehtiyacı var. Bununla belə, istər sosial şəbəkələrdə, istərsə media sahəsində olsun, kimlər təxribatla məşğul olsa, dərhal cəzalandırılmalıdır. İndiki halda düşmən də təxribatlara əl ata bilər. Ona görə də ayıq-sayıq olmaq lazımdır”.
E.Musayev deyib ki, son dövrlər hakimiyyət tərəfindən siyasi dialoqun daha da dərinləşdirilməsi cəmiyyətdə milli həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verib: “Milli həmrəliyin təmin edilməsində siyasi dialoqun rolunu çox böyük qiymətləndirirəm. Bu ilin əvvəlində Prezident Administrasiyasının müvafiq şöbəsinin təşəbbüsü ilə siyasi partiyalarla dialoq prosesinə başlandı. Bu prosesdə iştirak edən partiyalar tərəfindən də bu addım təqdir olundu. Lakin onu da nəzərə almaq lazımdır ki, pandemiya siyasi dialoqun dərinləşdirilməsinə öz təsirini göstərdi. İndiki müharibə dövründə isə yalnız dövlətçilik mövqeyindən çıxış etmək lazımdır. Siyasi partiyalar fəaliyyətlərini məhdudlaşdırıb, hətta dayandırıb dövlətə və orduya dəstək verməlidir”.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

