/ / Əsli Kazımova: Bu gün hər birimiz ölkə Prezidentinin, Ali Baş Komandanın rəhbərliyi ilə müsəlləh əsgərik
Əsli Kazımova: Bu gün hər birimiz ölkə Prezidentinin, Ali Baş Komandanın rəhbərliyi ilə müsəlləh əsgərik
08.10.2020 [09:27]
“Azərbaycan bu gün öz torpaqlarının işğaldan azad edilməsi istiqamətində Vətən müharibəsi aparır. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciətində bir daha qətiyyətlə bildirdi ki, Azərbaycan heç bir halda mənasız danışıqlarda iştirak etməyəcək. Bu gün ərazi bütövlüyümüzün təmini uğrunda gedən mübarizəmizə ikili standartlardan yanaşan bir sıra dövlətlər və təşkilatlar anlamalıdırlar ki, biz hər zaman sülhün tərəfdarı olmuşuq. Azərbaycan inkişafın bütün komponentlərində Ermənistanı qabaqlasa da, biz müharibə istəməmişik. Amma görünən bu idi ki, erməni tərəfi təxribatlardan əl çəkmək niyyətində deyil, yeni torpaq işğalı haqda düşünür. Buna cavab olaraq, Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi üçün əks-həmlə əməliyyatları aparmaqdadır”.
Bunu qəzetimizə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri Əsli Kazımova deyib.
Ə.Kazımova bildirib ki, Azərbaycan ictimaiyyəti yaşından, sosial statusundan və siyasi mənsubiyyətindən asılı olmayaraq Vətən müharibəsinin qələbə ilə nəticələnməsinə səfərbər olub. Onun sözlərinə görə, bu gün ölkəmizdə milli birlik, həmrəylik hökm sürür və bütün gücümüzü cəbhədə döyüşən əsgərin ruh yüksəkliyinin təmin olunmasına yönəltməliyik: “Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların dövlətin, xalqın və Ali Baş Komandanın yanında yer alması bir daha Azərbaycan xalqının əzmini, Vətən sevgisini nümayiş etdirir. Siyasi qüvvələr birmənalı şəkildə bu gün istər hərbi müstəvidə, istərsə də siyasi müstəvidə Azərbaycanın haqq işi uğrunda mübarizə aparır. Vətən məsələsində, Qarabağın azadlığı məsələsində heç bir siyasi fikir ayrılığı ola bilməz”.
Partiya sədri bildirib ki, oktyabrın 3-də Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiyalarla keçirdiyi görüşdə bu məqam bir daha xüsusi vurğulandı: “Azərbaycan ictimaiyyəti bilməlidir ki, belə çətin zamanlarda hər kəs dövlətin rifahı və gələcəyi üçün bütün siyasi düşüncəsini kənara qoyaraq bir yerdə olmalıdır və bir yerdədir. Bu gün hər birimiz ölkə Prezidentinin, Ali Baş Komandanın rəhbərliyi ilə müsəlləh əsgərik. İnanırıq ki, yaxın zamanda Azərbaycan bütün işğal altındakı torpaqlarını azad edəcək, həmin torpaqlarda üçrəngli bayrağımız dalğalanacaq. Bu gün Azərbaycan işğalçı Ermənistandan fərqli olaraq mülki əhaliyə qarşı zorakılıq etmir, müharibə apardığı halda beynəlxalq konvensiyalara riayət edir. Sadəcə regionda sülh və əminamanlığın təmin olunması üçün Azərbaycan öz torpaqlarını terrorçulardan təmizləyir. Bu birmənalı olaraq Azərbaycanın hüququdur və bu hüququ Azərbaycanın əlindən kimsə ala bilməz!”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22

