/ / Sərdar Cəlaloğlu: Ən müxtəlif ideologiyaya malik olan partiyaların Dağlıq Qarabağ məsələsində vahid mövqedən çıxış etməsi bütün dünyaya bir mesajdır
Sərdar Cəlaloğlu: Ən müxtəlif ideologiyaya malik olan partiyaların Dağlıq Qarabağ məsələsində vahid mövqedən çıxış etməsi bütün dünyaya bir mesajdır
08.10.2020 [09:28]
“Hesab edirəm ki, indiki məqamda bütün siyasi qüvvələr hər bir məsələyə işğal altında olan torpaqlarımızın azad edilməsi kontekstindən yanaşmalıdır. Çünki hərbi strategiyanın tərkibinə daxil olan elementlərdən biri döyüş ruhunun yüksək olması məsələsidir. Düzdür, döyüşdə sərkərdələrin istedadı, qabiliyyəti, əsgərlərin cəsarəti də vacibdir. Amma onlardan öndə gələn və vacib olan mənəvi-psixoloji cəhətdən ordunun döyüş ruhunun yüksək olmasıdır. Çünki əsgərlər həmin ruh yüksəkliyini orduya daşıyaraq qələbənin əsasını qoymuş olurlar. Orduda xidmət edənlərin xalqın içindən çıxan övladlarımız olduğunu nəzərə aldıqda, ilk növbədə, xalqın birliyi və həmrəyliyinin mühüm amil olduğu ortaya çıxır”.
Bu fikirləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
ADP sədrinin sözlərinə görə, ölkəmizdəki siyasi qüvvələrin, o cümlədən müxalifət partiyalarının indiki məqamda əsas vəzifəsi cəmiyyətdə qələbəyə inamın daha da gücləndirilməsi olmalıdır: “Bu məqsədə nail olmaq strateji cəhətdən, yəni qələbənin təmin olunması baxımından olduqca önəmlidir. Ona görə ki, xalqda birlik və həmrəyliyin, gələcəyə inamın yüksək olması zəfəri daha da yaxınlaşdıracaq. Bu mənada, əksər siyasi partiyaların birlik və həmrəylik nümayiş etdirməsi, vahid mövqedən çıxış etməsi Azərbaycan xalqının mənəvi gücünü qat-qat artırmış olur. Digər tərəfdən, bildiyimiz kimi, siyasi partiyaların hər biri müxtəlif, ayrı-ayrı ideologiyaların daşıyıcılarıdır. Ən müxtəlif ideologiyaya malik olan partiyaların Dağlıq Qarabağ məsələsində vahid mövqedən çıxış etməsi bütün dünyaya, beynəlxalq ictimaiyyətə bir mesajdır. Bütün dünyaya elan edilib ki, Vətən müharibəsi aparılan ölkədə fərqli mövqeyə yer yoxdur”.
“İndiyə qədər Dağlıq Qarabağ münaqişəsinin müharibə və ya sülh yolu ilə həll edilməsi məsələsində iqtidarla müxalifət arasında fərqli mövqedən çıxışların şahidi olsaq da, Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarından sonra nümayiş etdirilən həmrəylik və 50 siyasi partiyanın təmsilçilərinin iştirak etdiyi videokonfrans formatında keçirilən son tədbir məsələnin yalnız bir həll yolu olduğunu ortaya qoydu. Azərbaycanın siyasi qüvvələri bütün dünyaya elan etdi ki, Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmədiyi üçün problem yalnız müharibə yolu ilə həll edilməlidir. Bu gün haqlı olduğumuzu bütün dünyaya sübut etmək üçün siyasi qüvvələrin birmənalı şəkildə dövlətin yanında olması çox vacibdir”, - deyə S.Cəlaloğlu bildirib.
Partiya sədrinin sözlərinə görə, 50 siyasi partiya rəhbərinin videokonfrans formatında keçirilən son görüşü bir daha ümummilli məsələlərdə iqtidar və müxalifət arasında heç bir fikir ayrılığı olmadığını göstərib: “Azərbaycanda mövcud olan siyasi qüvvələrin vahid mövqedən çıxış etməsi, hakimiyyətə dəstək bəyanatı sübut etdi ki, siyasi partiyaların əksəriyyəti Azərbaycan xalqının, dövlətinin maraqlarına xidmət edir. Təbii ki, bu birliyin, həmrəyliyin əldə edilməsində ilin əvvəlindən aparılan siyasi dialoqun, Azərbaycanda yeni siyasi münasibətlər sisteminin formalaşmasına keçid prosesinin baş tutmasının rolunu da qeyd etmək lazımdır”.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22

