/ / Sabir Hacıyev: Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün əks-hücum əməliyyatı həyata keçirməsi cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradıb
Sabir Hacıyev: Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün əks-hücum əməliyyatı həyata keçirməsi cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradıb
08.10.2020 [09:31]
“Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı uğurla davam edir. Qısa müddət ərzində Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbə vurması, bəzi yaşayış məskənlərinin və Cəbrayıl şəhərinin işğaldan azad edilməsi xalqımızda böyük ruh yüksəkliyi yaradıb”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Vətəndaş Birliyi Partiyasının sədri, millət vəkili Sabir Hacıyev deyib.
Partiya sədrinin sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın azad edilməsi uğrunda yürütdüyü siyasətə 50 partiyanın tam dəstək nümayiş etdirməsi ölkəmizdə mövcud olan siyasi birliyin və həmrəyliyin bariz nümunəsidir: “Əslində, ümummilli maraqlarımız da məhz bunu tələb edir. Çünki işğal edilmiş ərazilərimizin azad olunması yönündə 30 ilə yaxındır ki, aparılan danışıqlar dalana dirənmişdi, heç bir nəticə yox idi. Buna görə də sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribatının qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması barədə qərar cəmiyyətimiz, o cümlədən əksər siyasi partiyalar tərəfindən təqdir olunur”.
“Ümummilli məsələlərdə bütün siyasi partiyaların həmrəylik və birlik nümayiş etdirməsində ilin əvvəlindən başlayan siyasi dialoqun dərinləşdirilməsi prosesinin rolunu xüsusi qeyd etmək lazımdır”, - deyə S.Hacıyev əlavə edib.
Partiya sədri deyib ki, düşmənin təxribatına qarşı Azərbaycan xalqının həmrəylik nümayiş etdirməsi də dövlətin öz gücünü göstərməsi üçün şərait yaradıb: “Dövlətimiz qələbənin təmin olunması naminə bütün gücünü Vətən müharibəsi üçün səfərbər edib. Biz öz torpaqlarımızın işğaldan azad olunması uğrunda savaşırıq. Dövlət başçısının da dediyi kimi, biz tarixi ədaləti bərpa edirik! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Bu gün öz üzərinə düşən borcu şərəflə yerinə yetirən Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoymaq üçün döyüşür. Əgər Ermənistan sülh istəyirsə, o zaman bizim torpaqlarımızdan dərhal çıxmalıdır”.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22

