Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / General-polkovnik Məhərrəm Əliyev “Twitter”də paylaşımlar edib

General-polkovnik Məhərrəm Əliyev “Twitter”də paylaşımlar edib

22.10.2020 [09:30]

Azərbaycan Respublikası Prezidentinin hərbi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev “Twitter” sosial şəbəkəsindəki hesabında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi uğurlar və qələbələrdən bəhs edən paylaşım edib.
Qazanılan qələbə və zəfərlərin təməlində Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyəti və dönməz iradəsinin dayandığını vurğulayan general-polkovnik qeyd edib ki, üçrəngli bayrağımızın Şuşada və Xankəndində dalğalanacağı gün yaxındadır.
“Üçrəngli bayrağımızı işğaldan azad edilən ərazilərimizdə qürurla yüksəldən qəhrəman hərbçilərimiz zəfər yürüşlərini əzmlə davam etdirirlər. Düşmən xofdadır, qorxudadır və döyüş meydanından qaçır. Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!”, - paylaşımını edən Prezidentin hərbi məsələlər üzrə köməkçisi digər paylaşımında yazıb: “Azərbaycanın rəşadətli Ordusunun Qarabağ cəbhəsində qazandığı qələbələri cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, sarsılmaz iradəsinin nəticəsidir!!!”.

Paylaş:
Baxılıb: 366 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31