“Nikkei”, “Fiqaro”, “Fox News” – fərqli media orqanlarının eyni sualları…
26.10.2020 [16:28]
Azərbaycan ordusu hərb meydanında müzəffər şəkildə irəliləyir, öz xilaskarlıq missiyasını başarı ilə həyata keçirir. Ardıcıl olaraq, yeni zirvələr, yeni kənd, qəsəbə və şəhərlərimiz azad edilir. Diplomatlarımız xarici həmkarları ilə sıx-sıx danışır, görüşür – onlar da diplomatik-siyasi cəbhənin əsgərləridir; Vətənə xidmətdə keçən ömür ömürlərin ən yaxşısıdır. Özəlliklə, Azərbaycan Böyük Vətən Müharibəsi illərində hər kəsin "mən nə etdim?", "nə töhfə verdim?", "rolum nə oldu?" kimi sualları öz-özünə verməsi lazımdır. Hər kəsin edə biləcəyi nəsə vardır; ən azı, ən azı, "Ən vətənpərvər insan öz işini yaxşı görən insandır" düsturunca davranmaq lazımdır.
Bəli, hərbçilərimiz ön cəbhədə, diplomatlarımız diplomatik-siyasi cəbhədə mübarizə aparır. Hər iki cəbhədə mübarizə aparan Azərbaycan oğullarının ilham aldığı, örnək götürdüyü və inandığı ən birinci insan Ali Baş Komandanımızdır. Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycanda Böyük Vətən Müharibəsinin (yaxud müharibənin həlledici fazasının) başladığı 27 sentyabrdan sonra ard-arda verdiyi hadisə müsahibələr əsgər və diplomatlarımızın mübarizəsinin tərcümanıdır. Dövlət başçısının nüfuzlu xarici media orqanlarına verdiyi müsahibələr, yalnız bugün üçün deyil, gələcəkdə də müraciət ediləcək bir salnamədir –Ermənsitan-Azərbaycan elan olunmamış müharibəsinə, 2020-ci ilin payızında yaşananlara və qələbəmizə dair mötəbər fikir axtaranlar o müsahibələri birər-birər incələyəcəkdir.
PrezidentinYaponiyanın "Nikkei", Fransanın "Fiqaro" qəzetlərinə və Amerikanın "Fox News" televiziya kanalına yeni müsahibələrinə dair qənaətlərimizi bölüşməmişdən öncə, başqa bir ölkənin nüfuzlu qəzetinin baş redaktorunun fikirlərinə qısaca diqqət edək. – "Nezavisimaya Qazeta"nın sahibi və baş redaktoru Konstantin Remçukov Azərbaycan Prezidentinin son müsahibələrini əsas gətirərək deyib ki, (Ermənistanla müqayisədə) Azərbaycanın mövqeyi daha aydın və başa düşüləndir: "Son həftə ərzində mən gördüm ki, Azərbaycanın bu müharibədəki hədəfləri daha aydındır. Öncəki həftələrdə mənə elə gəlirdi ki, bu, iki ölkə arasında periodik olaraq Dağlıq Qarabağ ətrafında baş verən növbəti gərginlikdir. Ancaq bu həftə özəlliklə də Azərbaycan Prezidenti İlham Əliyevin televiziya çıxışları və müsahibələrindən sonra anladım ki, bu, Azərbaycanın öz ərazilərini azad etmək uğrunda savaşıdır. Hansı ki, həmin ərazilər 30 il qanunsuz olaraq işğal altında saxlanılıb. … Bununla da, bir növ münaqişə ilə bağlı təsəvvür dəyişir. Bu müharibə Azərbaycan öz ərazilərini tam azad edənə qədər davam edəcək. O ərazilər ki, Azərbaycan qanunsuz olaraq Ermənistan tərəfindən işğal edildiyini bildirir".
Daha sonra Remçukov Türkiyənin münaqişədəki hazırkı roluna toxunub. Qeyd edib ki, Ermənistan Türkiyənin Avropa Birliyi ölkələri, Yunanıstanla konfliktləri, eləcə də Yaxın Şərqdə apardığı siyasətə görə tənqid olunmasından istifadə edərək, onu münaqişədə tərəf kimi göstərməklə beynəlxalq sferada dəstək qazanmaq istəyir. – Yəni nüfuzlu rus nəşrinin baş redaktoru Türkiyənin Azərbaycana hərbi dəstəyi və muzdlular göndərməsinə dair yalanların Ermənistan tərəfindən məhz bu məqsədlə yayıldığını düşündüyünü bildirib.
"Mən Sizin bir çox müsahibələrinizi dinləmişəm. Siz müsahibələrdə regionun üzləşdiyi mürəkkəb məsələləri təfərrüatı ilə və səlis izah edirsiz.
…Cənab Prezident, bu uzun müsahibəyə görə çox sağ olun. Əminəm ki, bu, nəinki təkcə məni, Amerika ictimaiyyətini də məlumatlandıracaq".– Bu isə ABŞ-ın "Fox News" televiziya kanalının müxbirinin sözüdür.Təbii ki, "Fox News" jurnalisti də (eynilə yapon və fransız jurnalisti kimi) Türkiyə barədə sual verməsə, olmazdı…
Deməli, "Nezavisimaya Qazeta" baş redaktorunun, "Fox News" əməkdaşının da vurğuladığı kimi, Azərbaycan Prezidentinin müsahibələri beynəlxalq ictimai fikri qidalandırır, streotipləri dəyişir, həqiqətləri tirajlayır. – Birmənalı şəkildə deyə bilərik ki, Prezidentin xarici media orqanlarına müsahibələri günümüzün ən ciddi ictimai-siyasi hadisələrindəndir.
Yapon, fransız qəzetləri və Amerika televiziya kanalına müsahibələr bir daha göstərdi ki, jurnalistlərin ön cəbhədə yaşananlardan savayı, Türkiyə haqqında da sual vermədən keçinə bilmirlər. Açığı, Türkiyə haqqında sualların intensivliyi, israrı bir neçə məqamla şərtlənir:
– birincisi, "yenilməz erməni ordusu" mifinin belə sürət və keyfiyyətlə darmadağın edilməsini təkbaşına Azərbaycanın uğuru hesab etməyə çətinlik çəkirlər;
– ikincisi, türk SİHA-larının xariqələr yaratması bir çoxlarının tükünə birə salıb;
–üçüncüsü, Türkiyə Cümhurbaşqanı, TBMM başqanı, Türkiyə Xarici işlər naziri, Türkiyə Müdafiə naziri və başqalarının gündəliyində Qarabağın, Azərbaycanın 1 nömrəli mövzu olması, Azərbaycana dəstəyi gur səslə və dəfələrlə bəyan etmələri birilərinin yuxusuna haram qatıb;
–dördüncüsü, Azərbaycan Prezidentinin Türkiyə Cümhurbaşqanı haqqında, Türkiyə haqqında dediyi səmimi, qibtə doğuracaq sözlər və bu sözlərin təsbiti olan gerçək əməllər erməniyanlıları razı salmayacaqdı, əlbəttə… Əlbəttə, sayın Mövlud Çavuşoğlunun "Biz "bir millət, iki dövlətik", gərəkirsə, "bir millətin bir dövləti kimi də hərəkət edərik"…" möhtəşəm fikrinin, yalnız söz olmadığını, köz olduğunu, öz olduğunu hər kəs idrak edir...
Beləliklə, kimin və nə məqsədlə sual verməsindən asılı olmayaraq, Türkiyə ilə bağlı Azərbaycanın cavab verə bilməyəcəyi bir məqam yoxdur, əlbəttə. Türkiyə ilə bağlı sualların bir çoxu "ev tapşırığı" təsiri bağışlayır.
Cənab Prezidentin öz sözlərinə müraciət edək:
– Türkiyə indi təkcə Güney Qafqaz regionunda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır;
– Türkiyə Azərbaycan üçün qardaş ölkədir, ən yaxın müttəfiq və dostdur;
– Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir.
– Türkiyə nizamlama prosesində fəal şəkildə iştirak etməlidir. Türkiyənin prosesdə iştirakı ona sabitlik gətirəcək.
Bəli, artıq istəyən də, istəməyən də qəbul edir (etməlidir) ki, Ermənistan-Azərbaycan elan olunmamış müharibəsinin nizamlanması prosesində Türkiyənin fəal iştirakı qaçılmazdır; qardaş ölkənin buna həm hüquqi, həm coğrafi, həm də beynəlxalq nüfuz baxımından, tam haqqı çatır.
Qaldı ki Azərbaycan Silahlı Qüvvələrinin arsenalında neçə türk SİHA-sının olmasınadək dəqiqlik tələb edən jurnalistlərin suallarına…bu planda, cənab Prezidentin "Fiqaro"ya cavabı çox ibrətamizdir: "Biz hərbi avadanlığı bir çox ölkələrdən alırıq. Bizə hərbi avadanlığı ən çox təchiz edən Türkiyə və İsrail deyil. Bu, Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, biz Rusiyadan aldığımız silahlara görə pul ödəyirik. Ermənistan Rusiyadan silahları pulsuz əldə edir. Biz, həmçinin İrandan, Ukraynadan, Belarusdan silah alırıq. Əlbəttə ki, bizim bu gün ordumuza ərazi bütövlüyümüzü bərpa etməyə kömək edən müasir silahları almaq imkanımız var. Bizim ərazi bütövlüyümüz öz tərəfimizdən bərpa olunur. Təbii ki, bizim regionda istənilən ölkə silah alır. Dünyada heç də bütün ölkələr özlərini 100 faiz hərbi avadanlıqla təchiz edə bilmir. Beləliklə, burada qəribə olan bir şey yoxdur. Əlbəttə ki, biz silahlara görə ödəniş edirik, biz yaxşı silahları alırıq və onlar bizə yerində kömək edir. Lakin ərazilər dronlar vasitəsilə işğaldan azad edilmir. Ərazilər əsgərlər, orada öz vəzifəsini yerinə yetirən insanlar tərəfindən azad edilir". Yəni heç kəs iz azdırmağa çalışmaqla bir şeyə nail ola bilməyəcək. Kimlərinsə bizim qardaş ölkəyə qarşı əsilsiz nifrətini yenidən qaynatmağına imkan verə bilmərik. Faktdan başqa fakt yoxdur. Biz nə qardaşımızdan, nə də həqiqətlərimizdən əl çəkəsi deyilik, bunu bizdən gözləməklə havayı vaxt itkisinə yol vermiş olacaqlar.
Qardaş və qonşu Türkiyədən keçək digər qonşumuz Gürcüstana. Azərbaycanın Gürcüstanla mövcud strateji tərəfdaşlığı, iki ölkə hökuməti arasında mükəmməl bağlar, qarşılıqlı səmimi dəstək, dostluq və yaxın qonşuluq, Ermənistanın guya "xristianlığın Qafqazda son qalası" kimi səfsəfəsini sıfırlamaqçün yaxşı dəlildir. Əgər illa da bir "son qala" lazımsa, niyə o, Gürcüstan deyil də, Ermənistan olmalıymış?! Ermənistan bir köksüz, əsilsiz dövlət olduğu üçünmü, bütün qonşularla qeyri-səmimi, problemli davrandığı üçünmü bu "son qala şərəfi"nə layiq görülməlidir?
Bəli, Azərbaycanla Gürcüstan birlikdə bölgənin və daha geniş coğrafiyanın inkişafını şərtləndirən önəmli enerji və nəqliyyat layihələri gerçəkləşdirib. Bunların arasında Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzu-rum, TANAP, Bakı-Tiflis-Qars və s. xüsusi önəmə malik layihələri xatırlatmaq yetərlidir. Yetərlidir, deyək ki, Azərbaycan və Türkiyə Gürcüstanda iki ən böyük investor, iki ən böyük vergi ödəyicisidir.
Azərbaycan Gürcüstanda bir çox humanitar və sosial layihələr gerçəkləşdirir.
Gürcüstanın hazırkı hakimiyyəti strateji tərəfdaşlıq, qonşuluq və dostluq münasibətlərinə sadiqlik nümayiş etdirir və bu münasibətlərin inkişafına əməli töhfələr verir. Elə burdaca vurğulayaq ki, əgər Ermənistan əsassız torpaq iddiaları ilə çıxış etməsəydi, işğal siyasəti yürütməsəydi, terrora dəstək verməsəydi, minimum qonşuluq, birgə yaşayış normalarına əməl etsəydi, indi Gürcüstan kimi firavan dolanırdı. Ermənistan həm özünə, həm bütün bölgəyə problemlər yaratmaqdadır və dünyanın dörd yanında aldada bildiklərini də öz problemlərinə, yalanlarına ortaq etmək istəyir. Ermənistan və erməniyanlılar israr edir ki, bəs bizim günahlarımızı, cinayətlərimizi görməyin, deməyin, yazmayın, özünüz də biz nə ittiham səsləndirsək, qəbul edin. Ermənistan dünyanın dörd tərəfindən öz təcavüzkarlığı üçün qeyri-qanuni dəstəklər alsın, öz işğalçılıq praktikasını möhkəmləndirsin, siz isə qanuni dəstəklərdən məhrum olun, qardaş ölkənizlə, müttəfiqlərinizlə, öz torpaqlarınızı azad etmək barədə danışmayın belə…
Siz bircə bu suallara baxın, görün jurnalisti belə düşünürsə, açıq sual verirsə, bunların dövlət adamları bağlı qapılar arxasında nə danışır? – Bu azsaylı misallar belə, ictimai fikri düzgün qidalandırmağa borclu olan media orqanlarının mətbəxindəki pis qoxuları yansıtmağa yetərlidir:
– "Bir çox məlumatlara görə, sentyabrın 27-də – müharibənin bu ən son mərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyən növ diplomatik çərçivə var idi, insanlarda bu münaqişənin həll edilməsi ilə bağlı ideya var idi, lakin Sizin qüvvələr döyüşlərə başladı. Nəyə görə Siz indi hərəkətə keçməyə qərar verdiniz?";
– "Hüquqi müstəvi və reallıqlar var. Dağlıq Qarabağda və regionda reallıq ondan ibarətdir ki, 1980-ci və 1990-cı illərin bütün keşməkeşli yollarından keçdikdən sonra indi ora prinsip etibarilə erməni əhalisindən ibarətdir. Əgər siz oraya daxil olsanız, yenə də erməniləri çıxarıb, azərbaycanlıları geri gətirməlisiniz və yenə məcburi köçkünlər olacaq. Masada diplomatik plan var, Dağlıq Qarabağın müstəqilliyinin saxlanılması, Ermənistanın Dağlıq Qarabağ ətrafında yeddi rayonun geri qaytarması. Siz diplomatiya yolunu nəzərdən keçirirsinizmi?";
– "Nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?";
– "Onlar Gəncəni ona görə bombardman ediblər ki, Gəncədə Türkiyənin bir neçə F-16 qırıcı təyyarəsi var idi və bu F-16 qırıcı təyyarələrdən biri erməni təyyarəsini vurmuşdu. Onlar buna görə Gəncəni bombardman etdiklərini deyirlər";
– "Türkiyənin müdaxiləsini və Türkiyədən müxalif Suriya döyüşçülərini qəbul etməklə Siz yerli bir münaqişənin regional bir müharibəyə çevrilməsindən qorxmursunuz?";
– "Minsk qrupundan söz düşmüşkən, Türkiyə Minsk qrupunu tənqid edərək ona ağılsız deyir. Siz bununla razılaşardınız?";
– "Sizin münaqişənin sülh yolu ilə nizamlanmasına ümidiniz varmı? Sülh Ermənistan və Azərbaycana nə verə bilər? Çünki Ermənistan dənizə çıxışı olmayan ölkədir, sərhəd burada qapalıdır, Türkiyə tərəfində sərhəd qapalıdır, onların iqtisadiyyatı tənəzzülə uğrayır. Sülh iki ölkəyə nə verə bilər?"…
Bax, dövlət başçısı az qala hər gün bu qədər əsilsiz və yaxud suallı suallara cavab verir, təmkinlə izah edir, doğrulara dəvət edir, həqiqətləri qəbul etdirir… Artıq Qarabağda qatarın çoxdan getdiyini başa düşənlər, necə deyərlər, qaşınmayan yerdən qan çıxartmaqçün başqa suallar verməyə başlayıb, ölkədaxili məsələləri qabartmaq, oradan hansısa ipucu bulmaq niyyətini nümayiş etdirirlər. Bura, iqtidar-müxalifət, korrupsiya və s. kimi Anadolular demiş, hazırda "nə əlaqəsi?" deyəcəyimiz suallar daxildir. Belə sualların sual dövriyyəsinə daxil edilməsinin təsadüfi olmadığını başqa bir təvafüq məqam da sübut edir: işğalçı orduya, işğalçılara, Xocalı suçlularına qarşı mərhəmətlilər, Azərbaycan dövlətinin, şəxsən dövlət başçısının müzəffər yürüyüşünə öz ağıllarınca kölgə salmaq istəkli "milli çatlaq"larımızın adda-budda səsi duyulmağa başlayıb. Çox açıq şəkildə deməliyik: dövlət başçısının, bu iqtidarın tarixi qələbə qazanmasını sinirə bilmirlər! Bununla da, tarixin qara ləkəsini öz üzərlərinə götürmüş olurlar. Çünki ya bu müzəffər irəliləyişi qəbul etməli, buna sevinməlisən ya da işğalın davamında maraqlısan.
Yoxsa, bəziləri özünü sevinirmiş kimi göstərə-göstərə, bir müddət maskalanmaq, iraq olsun, müəyyən vaxtdan sonra ordumuzun yenilgisinimi, yaxud atəşkəsli ləngimələrimi gözləyib, bununla əsl içüzlərini göstərmək, dövlətin, dövlət başçısının üzərinə ənənəvi üsul və metodlarla gəlmək qara niyyətindəymişlər..? Deyəsən, qara niyyətləri, planları pozulur və ona görə də, daha maskalanmaqdan bezir və acıqlanırlar. Ay, sizi "milli Soros cocuqları". Dovşan yesin sizi. Yenə Anadolular demiş, güləyim, bari…
***
Gəlin fikirlərimizi cənab Prezidentə verilmiş suallı suallardan birinə möhtəşəm və qürurverici cavabla yekunlaşdıraq:
"Nikkei":
– Dağlıq Qarabağı geri qaytarandan sonra Siz "Madrid prinsipləri"ndə qeyd olunduğu kimi, onların öz müqəddəratını təyinetmə hüququna hörmət edəcəksinizmi və referenduma razılıq verəcəksinizmi?
– Xeyr, əlbəttə ki, xeyr. Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr, nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks-təsir verən yanaşmadır. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt! –
Bu, cavabların ən gözəlidir.
Bu, tam bir müəyyənlikdir.
Bu, dosta da, düşmənə də ismarıcdır.
Bu, ən çətin situasiyalarda belə dəyişməyən Azərbaycan səmimiyyətidir.
Bu, Prezident qətiyyətidir.
Bu, Azərbaycan dövlətçilik ləyaqətinin ifadəsidir!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

