/ / Allahverdi Haxverdiyev: Hər bir Qubadlı sakini bu qələbənin memarı cənab Prezidentimizə dərin minnətdarlıq edir
Allahverdi Haxverdiyev: Hər bir Qubadlı sakini bu qələbənin memarı cənab Prezidentimizə dərin minnətdarlıq edir
28.10.2020 [08:51]
“Ən yeni tarixinin şərəfli, qələbə dolu günlərini yaşayan xalqımız 30 ilə yaxındır ki, ədalətin bərpasını, doğma ata-baba yurdlarına qayıdacağı günləri gözləyirdi. Bu gün artıq yetişib. Ümummilli Liderimiz Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycanın Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin səyi, qətiyyəti, iradəsi, uzaqgörən siyasəti və milli liderlik bacarığı öz nəticəsini verir. Artıq işğal altında olan bir sıra şəhərlər, o cümlədən Qubadlı şəhəri erməni işğalından azad edilib. Hər bir Qubadlı sakini bu qələbənin memarı cənab Prezidentimizə dərin minnətdarlıq edir. Biz Qubadlı sakinləri bütün varlığımızla bu qələbə gününün gələcəyinə inanırdıq və əmin idik ki, Prezident İlham Əliyevin apardığı siyasi kurs bizləri öz yurdumuza, torpağımıza qovuşduracaq”.
Bunu Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev deyib. A.Haxverdiyev Azərbaycanın işğal altında olan bütün torpaqlarının azadlığa qovuşmasının hər bir vətəndaşımızın arzusu, istəyi olduğunu bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycan xalqı birmənalı şəkildə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda bir yumruq kimi birləşib. “Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu gün ölkəmizdə ən böyük sərvət Azərbaycan xalqının və ordusunun monolit birliyidir. Bu birlik əbədi və sarsılmazdır. Bu həmrəylik bir daha sübut edir ki, Azərbaycan gəncliyini birləşdirən ən müqəddəs dəyər bizim Vətənimizdir. Bu gün Azərbaycan Ordusu cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini uğurla yerinə yetirir və əzəli Vətən torpaqlarımızı düşməndən xilas edir. Azərbaycan Ordusu sarsılmazdır. Biz Ordumuza inanırıq, güvənirik və torpaqlarımızın hər bir qarışı bizim üçün müqəddəsdir”, - deyə YAP Qubadlı rayon təşkilatının sədri əlavə edib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

