/ / Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları ölkənin ərazi bütövlüyünü tam təmin etmək məqsədi daşıyır
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları ölkənin ərazi bütövlüyünü tam təmin etmək məqsədi daşıyır
30.10.2020 [09:14]
Prezident İlham Əliyev: Biz Ermənistan tərəfindən onların yüksək rəhbərliyinin şəxsində öhdəlik almalıyıq ki, qoşunları işğal olunmuş ərazilərdən çıxaracaqlar
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təsbit edir. Hazırda Azərbaycan bu hüquqa əsaslanaraq Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində havadarlarının köməyi ilə işğal etdiyi torpaqlarımızda əks-hücum əməliyyatları həyata keçirir. Silahlı Qüvvələrimizin düşmənin sentyabrın 27-də törətdiyi növbəti genişmiqyaslı hərbi təxribata cavab olaraq başladığı əks-hücum əməliyyatları mülki əhalini qorumaq və ölkəmizin ərazi bütövlüyünü, suverenliyini təmin etmək məqsədi daşıyır. Qeyd edək ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllini tapması Azərbaycan dövləti və xalqı üçün ümummilli məsələdir. Müzəffər Azərbaycan Ordusunun son bir ay ərzində uğurla həyata keçirdiyi əks-hücum əməliyyatları üç onillik ərzində davam edən münaqişənin həllində yeni mərhələ açıb. Artıq diktə edən tərəf Azərbaycandır və münaqişənin həllinə yeni reallıqlar kontekstindən yanaşmaq lazımdır. Prezident İlham Əliyev oktyabrın 28-də Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində Dağlıq Qarabağ probleminin həlli perspektivləri ilə bağlı fikirlərini ifadə edərək bildirib ki, hərbi-siyasi nizamlama yeganə mümkün yoldur. İşğal altında olan bütün ərazilər azad olunmalı, Ermənistan ordusunu geri çəkməli və zəbt etdiyi torpaqlardan çıxmalıdır, ondan sonra siyasi nizamlama prosesinə keçmək mümkündür. “Biz Ermənistan tərəfindən onların yüksək rəhbərliyinin şəxsində öhdəlik almalıyıq ki, qoşunları işğal olunmuş ərazilərdən çıxaracaqlar”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Silahlı Qüvvələrimizin uğurlarının əsasında Prezident İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində apardığı məqsədyönlü siyasət dayanır
Sirr deyil ki, Ermənistan sentyabrın 27-də cəbhə xəttində bu dəfə daha genişmiqyaslı təxribatlar törətməklə üç onillik ərzində davam etdirdiyi işğalçılıq siyasətini kuliminasiya nöqtəsinə çatdırdı. İşğalçı dövlət, onun təhrikedici baş naziri cəzalandırılmalı idi və hazırda Azərbaycan bunu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni tarix yazan müzəffər Ordusunun gücü ilə edir. Silahlı Qüvvələrimiz öz torpağımızda vuruşur, öz torpağımızda şəhidlər verir. Bu amil Ordumuzun şəxsi heyətinə döyüş meydanlarına daha inamla atılmaq üçün əlavə güc verir, əsgərlərimizi, zabitlərimizi yenilməz edir. Artıq bir sıra strateji yüksəkliklər, Suqovuşan, Hadrut qəsəbələri, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, çoxlu sayda kəndlərimiz işğaldan azad edilib. Zəngilanın Ağbənd qəsəbəsinin işğalçılardan təmizlənməsi ilə Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi mühüm tarixi hadisə, ölkənin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması istiqamətində növbəti strateji qələbədir.
Eyni zamanda, Ermənistan hərbi əməliyyatlarda çox sayda hərbçi və texnika itkisinə məruz qalıb. Məhv edilmiş hərbi texnikanın statistikası canlı itki haqqında da ciddi nəticə çıxarmağa əsas verir. Silahlı toqquşmanın xarakteri, mürəkkəb relyef və ermənilərin 30 il ərzində qurduqları istehkamlar nəzərə alınarsa, Azərbaycan ordusunun itkiləri minimaldır.
Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə uğurlu əməliyyatlar həyata keçirərək 100-dən çox yaşayış məntəqəsini işğaldan azad etməsinin, düşmənə sarsıdıcı zərbələr vurmasının, şəxsi heyətin peşəkarlığının, döyüş meydanlarında optimal taktikanın və strategiyanın tətbiqinin, dronlardan, yeni texnologiyalardan bəhrələnməklə dünya hərb tarixinə yenilik gətirməsinin əsasında Prezident İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində apardığı məqsədyönlü siyasət dayanır. Müharibə şəraitində yaşayan Azərbaycanda dövlət başçımızın siyasi iradəsinə uyğun olaraq son 17 ildə müasir və güclü ordu quruculuğu, müdafiə sənayesinin inkişaf etdirilməsi davamlı şəkildə diqqət mərkəzində saxlanılıb, Silahlı Qüvvələrimizin silah-sursat təminatı möhkəmləndirilib, şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə müvafiq tədbirlər görülüb. Silahlı Qüvvələrimizin son uğurlarını dəyərləndirən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bu bir ay ərzində azad olundu. “Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır. Həm peşəkarlıq, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası mənəvi döyüş ruhu, əlbəttə ki, Azərbaycan Ordusunun texniki təchizatı da çox cəhətdən bizim uğurumuza kömək edib”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Sual yaranır: bəs müharibə niyə məhz indi başladı? Heç şübhəsiz, müharibənin başlamasının bütün məsuliyyəti işğalçı dövlətin hazırkı hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. İşğalçı dövlət danışıqlar prosesini faktiki olaraq pozdu, Nikol Paşinyan öz hərəkətləri, bəyanatları ilə təhqirlərə yol verdi. Onun açıqlamaları bir-birini tamamilə qarşılıqlı istisna edən qeyri-adekvatlıq palitrasıdır. Ermənistanın indiki rəhbərliyi danışıqlar prosesini mümkünsüz etdi və münaqişənin hərb yolu ilə həllindən başqa çıxış yolu qoymadı.
Biz ayrı-ayrı hallarda beynəlxalq təşkilatların, böyük dövlətlərin hansısa işğalçı ölkəyə qarşı çox operativ və çox sərt davrandıqlarının şahidi oluruq. Bəs qonşu dövlətin beynəlxalq birlik tərəfindən tanınan ərazisinin 20 faizini ilhaq edən Ermənistan niyə cəzalardan kənarda qalır? İşğalçı Ermənistana belə selektiv yanaşma nəyin təzahürüdür? Öz növbəsində Ermənistanın vaxtında cəzalandırılmaması, işğalçı dövlətə qarşı sanksiyaların tətbiq edilməməsi təcavüzkarı daha da azğınlaşdırıb. Ermənistana hansı sanksiyalar tətbiq edilə bilərdi? O sanksiyalar ki, Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən qoşunları çıxarmağa məcbur etsin. Məsələn, İraq Küveyti işğal edəndən sonra ona qarşı tətbiq edilmiş sanksiyaları götürmək olar. Dağlıq Qarabağ münaqişəsinin həllində isə belə bir mövqeyə üstünlük verildi ki, təki vəziyyət daha da kəskinləşməsin, gəlin, hər şeyi olduğu kimi saxlayaq. Təbii ki, Azərbaycan belə vəziyyətlə sonsuzadək barışa bilməzdi.
Məlumdur ki, indiyədək Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupu formatında aparılıb. Bu qurum münaqişənin nizamlanması istiqamətində müəyyən cəhdlər göstərsə də, səmərəlilik, nəticəlilik baxımından özünü doğrultmayıb. Əlbəttə, Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Prezident İlham Əliyev münaqişənin həllində bəzi ekspertlər tərəfindən irəli sürülən 2+2 formuluna (Ermənistan - Azərbaycan və Türkiyə - Rusiya) Özünün münasibətini bildirib. Bu xüsusda fikirlərini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Erməni separatizminin və ekstremizminin bizdən ötrü, - təkcə bizdən ötrü deyil, regiondan ötrü, - əsas təhlükə olduğunu nəzərə alsaq, hesab edirəm ki, Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olardı, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirə bilərdi”.
Azərbaycan Ermənistanın mülki əhalini atəşə tutmasına döyüş meydanında cavab verir
Ermənistan terror dövlətidir və öz siyasətində faşizm ideologiyasına əsaslanır. Erməni vandalizmi Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində özünü daha qabarıq şəkildə büruzə verib. Məlum olduğu kimi, torpaqlarımızın 20 faizini zəbt edən erməni vandalları işğal altındakı ərazilərimizdə ağılasığmaz müharibə cinayətləri törədiblər. Onlar işğal etdikləri bütün yaşayış məntəqələrini dağıdıblar. Həmin ərazilərdə mədəniyyət abidələri, məscidlər, inzibati binalar, evlər məhv edilib. Hətta binaların daşları belə sökülərək digər ərazilərə aparılıb.
İşğalçı dövlət terror siyasətini, müharibə cinayətlərini hazırda da davam etdirir. Sentyabrın 27-dən bəri əldə olunmuş üç atəşkəs razılaşması Ermənistan tərəfindən pozulub, Azərbaycanın yaşayış məntəqələri raket atəşinə tutulub, dinc əhali qətlə yetirilib, vətəndaşların mülkiyyətinə, infrastruktura ciddi ziyan yetirilib. Azərbaycanın münaqişə bölgəsindən xeyli uzaqda yerləşən ikinci böyük şəhəri iki dəfə amansız artilleriya atəşinə məruz qalıb. Oktyabrın 27-də Bərdənin Qarayusifli kəndi, 28-də isə Bərdə şəhəri raketlərlə atəşə tutulub və 25 nəfər mülki şəxs həyatını itirib. Bütövlükdə, son bir ay ərzində Ermənistanın hərbi birləşmələrinin şəhər və kəndlərimizi hədəf alması nəticəsində aralarında uşaqlar və qadınlar da olmaqla 100-dək mülki şəxs həyatını itirib, 400-dək vətəndaşımız bu və ya digər dərəcədə xəsarət alıb. Bütün bunlar göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyində əxlaq normaları, şərəf, ləyaqət, heç bir qayda yoxdur. Öz siyasətində humanizm prinsipinə əsaslanan Azərbaycan isə heç vaxt mülki infrastruktura, dinc əhaliyə atəş açmır, düşməndən qisasını döyüş meydanlarında alır. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Mən həmişə demişəm, bu gün də deyirəm, Bərdə şəhərinin vəhşicəsinə bombardman edilməsinə, orada 7 yaşlı qızın həlak olmasına və bir neçə uşağın zərər çəkməsinə baxmayaraq, biz onların tayı deyilik. Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz yeni torpaqların azad edilməsi ilə, bayrağımızı yeni şəhərlərə sancmaqla cavab verəcəyik. Biz şəhərləri, mülki şəxsləri bombalamayacağıq”, - deyə vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07

