Milli birliyimiz düşmənə qarşı ən təsirli silahımıza çevrilib
31.10.2020 [08:17]
50 siyasi partiyanın Ali Baş Komandanın qətiyyətli siyasətini dəstəkləməsi qələbəni təmin edən mühüm amillərdən biridir
Bu gün döyüş meydanında mühüm nailiyyətlər əldə edən Azərbaycan dövləti düşmənə qarşı aparılan informasiya müharibəsində də açıq üstünlük qazanıb. Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 27-dən indiyə qədər xarici KİV-lərə verdiyi müsahibələrində səslənən faktlar, arqumentlər uzun illərdir ki, beynəlxalq aləmdə formalaşan erməni yalanlarını ifşa edir, Azərbaycanın haqq səsini dünyaya çatdırır, beynəlxalq birliyin ölkəmizin haqq işini dəstəkləməsini şərtləndirir. Təsadüfi deyil ki, artıq insan hüquqlarının müdafiəsi ilə məşğul olan bir sıra tanınmış təşkilat Ermənistanın terrorçu mahiyyətə malik addımlarını pisləyir.
Təbii ki, əldə edilən bu nailiyyətlərin arxasında xalqın öz Prezidentinə inamı, etimadı və sevgisi dayanır. Bu gün bütün sferaları əhatə edən milli birliyimiz düşmənə qarşı ən təsirli silahımıza çevrilib. Ölkəmizdəki xalq-iqtidar birliyi Azərbaycanın düşmən üzərindəki qələbələrinə əlavə stimul verir. Yeri gəlmişkən, bu gün ölkəmizdə siyasi platformada da analoqu olmayan birlik, həmrəylik nümayiş etdirilməkdədir. Belə ki, sentyabrın 27-də erməni təxribatlarının qarşısının alınması istiqamətində başlanan əks-hücum əməliyyatlarına start verilən zamandan Azərbaycanın siyasi palitrasının mütləq hissəsi ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyini, dövlət başçısının apardığı siyasəti birmənalı şəkildə dəstəklədiyini açıqlayıb. Bu fakt Azərbaycan ictimaiyyətinin Dağlıq Qarabağ mübarizəsində birgə olduğunun növbəti parlaq ifadəsinə çevrilib.
Siyasi həmrəylik amili Dağlıq Qarabağın işğaldan azad olunmasında xüsusi əhəmiyyətə malikdir
Vurğulanmalıdır ki, ölkəmizdə son illərdə həyata keçirilən genişmiqyaslı islahatlar kursu siyasi platformada da yeni münasibətlər sisteminin formalaşmasına yol açıb. Belə ki, bu ilin fevralında baş tutan VI çağırış Milli Məclisə seçkilərin ardından yaranan yeni siyasi konfiqurasiya ölkəmizdə siyasi qüvvələr arasında əlaqələrin möhkəmlənməsində əsaslı rol oynayıb. Ölkəmizdə yeni yaranan siyasi konfiqurasiyanın əsasında siyasi dialoq mühitinin formalaşdırılması prosesinə başlanılıb və bu, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtə çevrilib. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə siyasi partiyaların rəhbərlərinin görüşləri istər iqtidar-müxalifət, istərsə də partiyalararası münasibətlərdə yeni mərhələnin yaranmasına rəvac verdi. Məhz bu siyasi birlik bu gün Azərbaycan dövlətinin Dağlıq Qarabağın erməni işğalından azad olunması istiqamətində apardığı əks-hücum əməliyyatlarında siyasi həmrəyliyin güclənməsində xüsusi əhəmiyyətə malik oldu. Sentyabrın 27-də erməni silahlı birləşmələrinin törətdiyi hərbi təxribatla əlaqədar 50 siyasi partiyanın imzaladığı bəyanatda Azərbaycan xalqının və ölkənin siyasi partiyalarının yekdilliklə Prezidentin, Ali Baş Komandanımızın yanında olduğu xüsusi olaraq vurğulandı. Bu birgə bəyanatın milli və siyasi həmrəyliyin parlaq göstəricisi olması isə oktyabrın 3-də keçirilən “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfransda da bildirilib. Xüsusilə bildirilməlidir ki, siyasi partiyaların rəhbərləri bu görüşdə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli və siyasi həmrəyliyə xidmət edən təşəbbüslərini xüsusi vurğulayıblar və bir daha cəbhə xəttində aparılan uğurlu döyüşlərlə bağlı birmənalı olaraq öz dəstəklərini ifadə ediblər.
Oktyabrın 17-də isə Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayaraq Ermənistanın son 30 ildə çox ciddi şəkildə silahlanmasının regional və beynəlxalq təhlükəsizliyi ciddi şəkildə təhdid etdiyini diqqətə çatdırıb. Müraciətdə siyasi partiyalar tərəfindən Ermənistanın şəhər və kəndlərimizi, dinc əhalini hədəfə alması kəskin şəkildə qınanılıb. Sənəddə 50 siyasi partiyanın Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədiyi bir daha bildirilib, Azərbaycan xalqı ilə birlikdə Onun ətrafında sıx birləşdiyi Ermənistanın və dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
AXCP və Müsavat Partiyasının siyasi partiyaların imzaladığı birgə bəyanata qoşulmaması onların niyyətini göstərir
Təəssüfləndirici haldır ki, Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatları görməyən, daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyasi dialoq çağırışına cavab verməyən bəzi qüvvələr dövlətimizin və xalqımızın bu çətin və şərəfli günündə də birlik və bərabərlik kimi milli çağırışlara qoşulmadılar. Hər zaman xalqın və dövlətin milli maraqlarını heçə sayan, öz şəxsi ambisiyalarını Vətənin mənafeyindən üstün tutan radikal müxalifət partiyaları - AXCP və Müsavat Partiyası ümummilli məsələmiz olan Dağlıq Qarabağın erməni işğalından azad edilməsi prosesində özlərini milli həmrəylikdən kənarda qoydular. Vətənimizin düşmən təxribatına tuş gəldiyi, Azərbaycan Ordusunun əks-hücum əməliyyatları ilə işğal altında olan torpaqlarımızı azad etdiyi bir zamanda özünü “müxalifət partiyaları” adlandıran AXCP və Müsavat Partiyasının milli həmrəylik nümayiş etdirə bilməməsi, siyasi partiyaların imzaladığı birgə bəyanatlara qoşulmaması onların səmimi olmadıqlarını və əsl simalarını göstərir. Qeyd edək ki, Azərbaycan hakimiyyətinin siyasi dialoq təklifini də qəbul etməyən bu iki partiya hər zaman Azərbaycanın milli maraqlarına qarşı çıxış edir. Xatırladaq ki, AXCP və “Müsavat” ermənilərin bu ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlar törətdiyi zaman 43 siyasi partiyanın imzaladığı “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair” bəyanatı da imzalamamışdı. Növbəti dəfə bu addımı təkrarlayan AXCP və “Müsavat”ın ümummilli məsələmiz olan erməni təcavüzünün, torpaqlarımızın işğalının ifşasına yönəlmiş bu bəyanatlara qoşulmaması milli birliyə, həmrəyliyə kölgə salmaq cəhdləri, ümummilli mübarizəmizdən yayınmalarıdır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07

