Ermənistanda ictimai-siyasi narazılıq şiddətlənir
31.10.2020 [08:22]
İşğalçı ölkədə ziddiyyətlər kəskinləşib və tam xaos hökm sürür
Məlum olduğu kimi, Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında tab gətirə bilməyən təcavüzkar Ermənistanın silahlı qüvvələri məğlubiyyətə uğrayaraq acınacaqlı vəziyyətə düşüb. İşğalçı dövlətin hərbi-siyasi rəhbərliyi vəziyyətdən çıxış yolunu bəzi güc strukturlarının rəhbərlərini vəzifədən uzaqlaşdırmaqda və uğursuzluqların günahkarları kimi onları cəzalandırmaqda görür. Üstəlik, ölkədə kütləvi fərarilik və etirazlar baş alıb gedir. Çünki Ermənistan əhalisi, təkcə ordunun acı məğlubiyyəti, ölkədəki hərc-mərclik, özbaşınalığa deyil, həm də gündən-günə ağırlaşan sosial-iqtisadi duruma görə hakimiyyətdən narazıdır.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Mahir Abbaszadənin sözlərinə görə, Ermənistan əhalisinə “güclü ordu” barədə illərdir, təlqin edilən mif dağılmaqdadır: “Ermənistanın işğalçı ordusunda canlı qüvvə çatışmır. İnsanlar evlərindən silah gücünə hərbi komissarlıqlara aparılır, oradan isə birbaşa Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara cəlb edilir. Ermənistan vətəndaşları başqa ölkənin ərazisində döyüşmək istəmirlər. Bu proses könüllü əsaslarla deyil, zorla həyata keçirildiyi üçün ölkədə fərarilik baş alıb gedir. Fərarilik, əmrə tabe olmamaq kimi halların qarşısının alınması üçün Ermənistan hakimiyyəti cəzaları sərtləşdirir. Belə ki, cinayət məcəlləsinə edilən yeni əlavə və dəyişikliklərə əsasən, həqiqi hərbi xidmətdən, təlimlərdə iştirakdan və səfərbərlikdən imtina edənləri 12 ilə qədər, fərarilik və döyüş tapşırıqlarını yerinə yetirməkdən imtina edənləri isə 15 ilədək həbs cəzası gözləyir. Qeyd edim ki, cəzaların sərtləşdirilməsi də fərariliyin, qarşılıqlı ittihamların, ziddiyyətlərin qarşısını ala bilmir”.
Deputat deyib ki, Ermənistanın güc strukturlarında ciddi kadr dəyişiklikləri ölkədə vəziyyətin ürəkaçan olmadığını göstərir: “Son 1 ay ərzində artıq Ermənistanın güc strukturlarında, o cümlədən təhlükəsizlik orqanlarında yüksək vəzifə tutan 4 məmur işdən qovulub. Belə ki, Təhlükəsizlik Xidmətinin (TX) direktoru Argişti Kərəmyan, TX-nin Sərhəd Qoşunlarının (SQ) komandanı Vaqinak Sarkisyanın, SQ-nin qərargah rəisi Qagik Tevosyan və TX-nin Əks-kəşfiyyat İdarəsinin rəisi Ohannes Karumyan vəzifəsindən uzaqlaşdırılıb. Ən maraqlısı odur ki, onların əksəriyyəti dövlətə xəyanətdə ittiham edilir. Təhlükəsizlik orqanlarının kadrları ilə bağlı bu faktlar Ermənistanın mövcud rəhbərliyində, o cümlədən güc strukturlarında vəziyyətin acınacaqlı olduğunu göstərir”.
“SƏS” Media qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyevin sözlərinə görə, Ermənistanda hakimiyyətdaxili qüvvələr, klanlar arasında qarşıdurma və ziddiyyətlər o qədər kəskinləşib ki, ölkədə tam xaos hökm sürür. Onun sözlərinə görə, Ermənistanda vəziyyətin ağırlaşması, təkcə sadalanan amillərdən ibarət deyil: “Sosial-iqtisadi vəziyyətin olduqca ağır olduğu Ermənistanda həm də əsgər anaları ciddi narazılıq edir. Dağlıq Qarabağda öldürülən əsgərlərin valideynləri etiraz aksiyasına başlayıblar. Erməni ailələri artıq günlərdir ki, sosial şəbəkələrdə övladlarının fotosunu yayaraq, itkin kimi qeydə alınan əsgərlərin tapılmasını tələb edirlər. Ermənistanda insanlar, təkcə ordunun acı məğlubiyyətindən, ölkədəki hərc-mərclik və özbaşınalıqdan deyil, həm də gündən-günə ağırlaşan sosial-iqtisadi durumdan ciddi narazıdırlar. Hazırda Ermənistanda ərzaq da daxil olmaqla, əksər məhsulların qiymətində artım müşahidə olunur ki, bu da onsuz da ciddi sıxıntılar içərisində olan sıravi insanların vəziyyətini daha da ağırlaşdırır. Bu faktların özü artıq Ermənistanın daxilində çox ciddi problemlərdən xəbər verir”.
B.Quliyev onu da əlavə edib ki, bu gün ermənilər anlayırlar ki, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən çıxarılması onların təhlükəsizliyinin yeganə qarantıdır: “Erməni cəmiyyəti N.Paşinyan iqtidarının girovluğunda qalmaq istəmir. Üstəlik, Azərbaycan iqtisadi və hərbi baxımdan Ermənistandan xeyli güclüdür. Ermənistan hər nə qədər xaricdən muzdlular, terrorçular cəlb etsə də, cəmi 30 günə Azərbaycan Ordusu qarşısında məğlub duruma düşüb”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

