/ / Düşmən tərəfindən törədilən bütün hərbi cinayətlər gücsüzlüyün, aşkar məğlubiyyətin təzahürü və sübutudur
Düşmən tərəfindən törədilən bütün hərbi cinayətlər gücsüzlüyün, aşkar məğlubiyyətin təzahürü və sübutudur
07.11.2020 [08:54]
Müzəffər Ali Baş Komandan İlham Əliyevin əzmi, düzgün siyasəti, qətiyyət və strateji idarəetməsi ilə Azərbaycan Ordusu dünya tarixinə zəfər və qalibiyyət salnaməsini həkk etdirir. Artıq bütün dünya ordumuzun yenilməzliyinə, qazandığı nailiyyətlərinə və gücünə bələd olmaqla bərabər, Azərbaycan dövlətinin müharibə şəraitində belə, beynəlxalq hüququn bütün norma və prinsiplərinə sadiq qalmaqla apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində öz tarixi, əzəli-əbədi torpaqlarını işğaldan azad edərək regionda sülhün və ədalətin bərpası üçün əməli işlər gördüyünün şahidi olur. Azərbaycanın bütün sahələrdə dayanıqlı və davamlı inkişafa nail olması aparılan uğurlu hərbi əməliyyatların və qələbəmizin rəhnidir. Cəsarətlə deyə bilərik ki, qalib Azərbaycan Ordusu regionda sülhün və ədalətin təminatçısı olmaq əzmində və gücündədir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin “Düşmən tərəfindən törədilən bütün hərbi cinayətlər gücsüzlüyün, aşkar məğlubiyyətin təzahürü və sübutudur” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Mülki vətəndaşlarımızın beynəlxalq miqyasda qadağan olunmuş raketlərlə hədəfə alınması və dinc əhalinin daim atəş altında saxlanılması Ermənistan rəhbərliyinin riyakar planlarının bir hissəsi idi. Bütün bunlara baxmayaraq, xain hücumlar qarşısında məğrur dayanan, öz Ali Baş Komandanına və ordusuna güvənən Azərbaycan xalqı düşmənin bu planlarını da alt-üst etməkdədir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir.
Müdafiə Nazirliyi tərəfindən əldə edilən kəşfiyyat məlumatlarına əsasən aydın olub ki, Ermənistanın Xocavənd istiqamətinə xeyli miqdarda qadağan olunmuş ağ fosfor tərkibli hərbi sursat gətirərək Şuşa meşələrində yanğınlar törətməsi onların növbəti hərbi cinayət törətmək niyyətinin açıq-aşkar sübutudur. Düşmən döyüş və hərbi əməliyyatlar zamanı ordumuzun uğurlu irəliləyişinin qarşısını almaq məqsədilə ekoloji terror törədərək zəhərli və söndürülməsi mümkün olmayan maddələrdən istifadə edərək meşələri yandırmaqla ətraf mühitin qorunması üzrə beynəlxalq konvensiyaları kobud şəkildə pozur. Ağ fosfor tipli bombalardan istifadə etməklə törədilən yanğınların uzun müddət davam etməsində maraqlı olan riyakar düşmən döyüş meydanında məğlubiyyətini etiraf edir və hərbi cinayətlər törədərək dünyaya öz işğalçı və terrorçu imicini bir daha tanıdır.
Azərbaycan tərəfinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Ermənistan tərəfindən hərbi cinayətlər və dinc əhalinin atəşə tutulması davam edir. Azərbaycan Ordusunun nümayiş etdirdiyi təmkin və mərkəzləşmiş vahid komandanlıq altında idarəetmə sistemi ilə Ermənistan ərazisindən bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi hədəfə alan atəş nöqtələri və döyüş vasitələri adekvat tədbirlər çərçivəsində legitim hərbi hədəflərə çevrilir və çevriləcək.
Biz döyüş meydanında öz gücümüzü göstərməklə yanaşı, humanist və bəşəri dəyərlərə hörmətimizi də nümayiş etdiririk. Azərbaycan Ordusu tərəfindən əsir götürülən hərbi və mülki vətəndaşlara diqqət və həssaslıqla yanaşılır, onların qarşı tərəfə sağlam təhvil verilməsinə səy göstərilir. Ancaq təəssüflər olsun ki, Ermənistan hərbi və siyasi rəhbərliyi ölkədaxili təzyiq və gərginlikdən qorxaraq öz vətəndaşlarına sahib çıxmır və ölkə ictimaiyyətini yanlış məlumatlarla aldadır. Başda Ali Baş Komandanımız olmaqla müharibənin taleyini müəyyən edən, döyüş meydanında əsl şücaət göstərən şanlı Azərbaycan Ordusunun səyləri nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusunun arsenalında yer alan köhnə və istismar müddəti bitmiş silah və hərbi sursatların məhv edilməsi illərlə özlərini və dünyanı aldadaraq yaratmış olduqları “məğlubedilməz erməni ordusu” mifinin real durumunu təsbit edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində qeyd etdiyi kimi: “Müzəffər erməni ordusu” haqqında mif puç oldu, əslində isə belə ordu yox idi. Münaqişənin tarixinə dərindən bələd olanlar çox gözəl bilirlər ki, bizim torpaqlarımız, o cümlədən sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən işğal edilib. Xankəndidə yerləşən bu alaydakı hərbi qulluqçuların məncə 70 faizi erməni mənşəli idi. Yəni bu, şəxsi heyəti ermənilərdən ibarət olan sovet silahları, sovet komandanlığı idi. Onlar həm etnik təmizləmələrdə, həm də soyqırımında fəal rol oynayırdılar”.
Xalqımız şanlı Azərbaycan Ordusunun tam qələbəsini böyük ümid və inamla gözləyir. Hər gün cəbhədən gələn müjdələr Qələbə gününün yaxında olduğuna inam yaradır. Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşən xalqımızın həmrəyliyi və Azərbaycan Ordusunun gücü sayəsində qələbə bizimdir!
Qarabağ Azərbaycandır!
Xəbər lenti
Hamısına baxAnalitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20

