/ / Azərbaycan dövlətinin son 17 ildə diplomatik, iqtisadi, hərbi və digər sahələrdə atdığı zəruri addımlar ölkəmizin Vətən müharibəsində parlaq qələbəsini təmin edib
Azərbaycan dövlətinin son 17 ildə diplomatik, iqtisadi, hərbi və digər sahələrdə atdığı zəruri addımlar ölkəmizin Vətən müharibəsində parlaq qələbəsini təmin edib
27.11.2020 [08:43]
Prezident İlham Əliyev: Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Suqovuşan, Xocavənd rayonunun böyük hissəsi döyüş meydanında işğaldan azad olunandan sonra düşmən diz çökdü və bu gün diz üstədir
Noyabrın 20-də və 25-də Azərbaycan xalqı yeni xoş müjdələrə - Ağdamın və Kəlbəcərin işğaldan azad edilməsinə sevinib. Bu günlərdə biz hamımız taleyüklü anlar yaşayırıq. Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və Silahlı Qüvvələrimizin şücaəti sayəsində tariximizin daha bir şanlı səhifəsi yazılır. Azərbaycan Vətən müharibəsində böyük qələbə qazanaraq ərazi bütövlüyünü tam təmin edib. Hazırda Vətən müharibəsində işğaldan təmizlənən bütün ərazilərimizdə Azərbaycanın şanlı bayrağı dalğalanır. Xəbər verildiyi kimi, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar. Dövlətimizin başçısı Ağdamda da Azərbaycanın üçrəngli bayrağını qaldırıb. Eyni zamanda, Prezident İlham Əliyev noyabrın 25-də Kəlbəcərin işğaldan azad olunması ilə əlaqədar xalqa müraciət edib və Öz təbriklərini çatdırıb. Dövlətimizin başçısı Ağdam məscidinin qarşısındakı çıxışında Vətən müharibəsində qazandığımız böyük qələbədən qürur hissi ilə söhbət açaraq vurğulayıb ki, biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. “Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan son 17 ildə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini təmin etmək üçün möhkəm hüquqi baza formalaşdırmağa nail olub
Sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində düşmən üzərində qazanılan parlaq qələbə xalqımızın böyük qürur mənbəyidir. Biz bu qələbənin təmin olunmasına addım-addım yaxınlaşmışıq. Xatırlatmaq yerinə düşər ki, son 17 ildə Prezident İlham Əliyev Öz çıxışlarında həmişə diqqəti o məqama yönəldirdi ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq, ölkənin ərazi bütövlüyünü təmin etmək üçün biz hər cəhətdən güclü olmalıyıq. Bugünkü reallıqlar, Vətən müharibəsinin qələbə ilə başa çatması bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilir. Məhz Onun rəhbərliyi ilə Azərbaycanın son 17 ildə müxtəlif istiqamətlərdə atdığı zəruri addımlar, diplomatik, iqtisadi, hərbi, mənəvi-psixoloji və digər sahələrdə görülən işlər Vətən müharibəsində parlaq qələbəmizi təmin edib.
İlk növbədə, diplomatik müstəvidə aparılan ardıcıl və məqsədyönlü siyasətin önəmini qeyd etmək istərdik. Məlum olduğu kimi, Ermənistanın ərazilərimizi işğal altına aldığı ötən əsrin doxsanıncı illərinin əvvəllərində beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti barədə zəruri informasiyalara malik deyildi. Belə bir vəziyyətdə erməni lobbisi güclü təbliğat işi aparır və dünyanı erməni yalanlarına inandırmağa çalışırdı. Prezident İlham Əliyev ABŞ Konqresinin zamanında qəbul etdiyi 907-ci düzəlişi xatırladıb. Azərbaycan torpaqları işğal altına düşdüyü halda, Amerika Konqresi Azərbaycanı təcavüzkar kimi tanıyıb və ölkəmizi humanitar yardımdan məhrum edib. O vaxt erməni lobbisi buna məhz respublikamız barədə “qara piar” aparmaqla nail olmuşdu. Azərbaycan diplomatiyası isə sadəcə olaraq, onların qarşısında adekvat addım ata bilməmişdir.
Son 17 ildə Azərbaycan Prezident İlham Əliyevin ardıcıl səyləri sayəsində vəziyyəti dəyişməyə nail olub. Bəhs olunan dövrdə Azərbaycan diplomatik sahədə böyük işlər görüb. Bu istiqamətdə Azərbaycan Prezidentinin fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Dövlətimizin başçısı bütün beynəlxalq təmaslarda, ayrı-ayrı dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərində, müxtəlif tədbirlərdə iştirakı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini, Dağlıq Qarabağ probleminin tarixi və mövcud vəziyyət haqqında həqiqətləri Özünəxas məharətlə diqqətə çatdırıb. Azərbaycan Prezidentinin səyləri nəticəsində ölkəmiz Ermənistanın və havadarlarının yaratdığı mfləri dağıdıb. Bütövlükdə, son 17 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı müvafiq hüquqi baza yaradılıb, o cümlədən BMT, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və s. aparıcı beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul ediblər. Eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunub. Bundan başqa, Azərbaycanın tərəfdar çıxdığı mühüm ikitərəfli və çoxtərəfli sənədlərə respublikamızın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının dəstəklənməsi ilə bağlı müddəalar daxil edilib.
Paralel şəkildə, Ermənistanın və onun havadarlarının müxtəlif təşkilatlarda anti-Azərbaycan xarakterli sənədləri qəbul etdirmək cəhdlərinin qarşısı məharətlə alınıb. Bu yaxınlarda Qoşulmama Hərəkatında birləşən 120 ölkənin birmənalı dəstəyi sayəsində BMT-də Ermənistanın və havadarlarının Azərbaycana qarşı növbəti təxribatının qarşısısına sədd çəkilməsi buna son nümunələrdən biridir. Vurğulamaq yerinə düşər ki, otən ildən başlayaraq respublikamız BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik fəaliyyətini uğurla həyata keçirir. Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmiz beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə hesablanan bir sıra təşəbbüslərlə çıxış edib.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin dünya birliyinin diqqətinə çatdırılması baxımından “Xocalıya ədalət!” kampaniyası da mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, kampaniyanın başladığı vaxtdan bəri 10-dan artıq ölkə Xocalı soyqırımını tanıyıb. Azərbaycanın diplomatik sahədə qazandığı uğurlardan bəhs edən Prezident İlham Əliyev vurğulayıb: “Əgər biz münaqişənin həlli üçün lazımi hüquqi baza yaratmasaydıq, bu gün problemlərlə üzləşə bilərdik. Biz bütün beynəlxalq təşkilatlarda ədaləti, beynəlxalq hüququ tanıyan, əks etdirən qərar və qətnamələr qəbul etdirdik”.
Ötən dövrdə Azərbaycan həmçinin informasiya müharibəsində qələbə qazanıb. Qətiyyətlə deyə bilərik ki, ölkəmiz münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərəni dünya ictimaiyyətinə çatdırmağı bacarıb. 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin dünyanın 30-a yaxın aparıcı media orqanına verdiyi müsahibələr beynəlxalq informasiya məkanında ölkəmizin mövqeyini gücləndirdi, erməni yalanlarının ifşa edilməsində önəmli rol oynadı. Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi ilə əlaqədar xalqa müraciətində ölkəmizin qələbəsinin hərtərəfli səciyyə daşıdığına diqqət çəkərək vurğulayıb: “Deyə bilərəm ki, biz informasiya müharibəsində qələbə qazandıq. Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq”.
Müzəffər Ordumuzun uğurlu hərbi əməliyyatları sayəsində Ermənistan kapitulyasiyaya məcbur edildi
Son 17 ildə müharibə şəraitində yaşayan Azərbaycanda güclü, nizami, müasir ordu quruculuğu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edib. Bəhs olunan dövrdə hərbi xərclər hər il büdcə xərcləri arasında birinci yerdə dayanıb. Respublikamızın hərbi xərcləri Ermənistanın ümumi dövlət büdcəsini üstələyib. Azərbaycan bütün mümkün üsullardan istifadə edərək zəruri silah-sursatı, texnikanı almağa müvəffəq olub və ordunun döyüş potensialı ardıcıl şəkildə gücləndirilib. Ötən dövrdə orduda nizam-intizam gücləndirilib, şəxsi heyətin müasir peşəkarlıq standartlarına uyğun hazırlanması prioritet təşkil edib. Eyni zamanda, Azərbaycan hərbçilərinin sosial müdafiəsi davamlı şəkildə gücləndirilib, onların mənzil-məişət problemləri həllini tapıb. Hərbçilərin xidmət şəraiti ən müasir standartlara uyğun yenidən qurulub, yeni kazarmalar tikilib, Prezident İlham Əliyev müntəzəm qaydada hərbçilərin sosial müdafiəsini və xidmət şəraitinin yaxşılaşdırılmasını Öz şəxsi nəzarətində saxlayıb.
Qısa müddətdə Azərbaycanda güclü müdafiə sənayesinin qurulması da böyük nailiyyətdir. Bu gün Silahlı Qüvvələrimizin silah-sursat təminatında milli müdafiə sənayemizdə buraxılan məhsullar da yer alır.
Bu gün həm silah-sursat təchizatı, həm də şəxsi heyətin peşəkarlığı baxımından dünyanın 50 ən güclü ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələri işğalçı Ermənistanın hərbi birləşmələrinin sentyabrın 27-də cəbhə xəttində törətdiyi növbəti təxribata cavab olaraq başladığı əks-hücum əməliyyatını 44 gün ərzində inamla davam etdirərək məntiqi sonluqla - düşmənin döyüş meydanında tam süqutu ilə yekunlaşdırdı. Şuşanın azad edilməsi uğrunda Silahlı Qüvvələrimizin şəxsi heyətinin göstərdiyi qeyri-adi qəhrəmanlıq nümunələri tarixdə əbədi qalmağa layiqdir. Yüngül silahlarla silahlanan əsgər və zabitlərimiz dərələrdən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdilər. Qarabağın tacı olan Şuşa işğaldan azad olundu.
Bir sözlə, Vətən övladları döyüş meydanında böyük rəşadət və inanılmaz şücaət nümayiş etdirdilər. Uğurlu hərbi əməliyyatlar sayısində torpaqların böyük hissəsi geri qaytarıldı və Ermənistan kapitulyasiyaya məcbur edildi. Yuxarıda bəhs olunan çıxışında Vətən müharibəsində böyük qələbəni dəyərləndirən Prezident İlham Əliyev “Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Suqovuşan, Xocavənd rayonunun böyük hissəsi döyüş meydanında işğaldan azad olunandan sonra düşmən diz çökdü və bu gün diz üstədir”, - deyə vurğulayıb.
İşğalçının aqibəti bax belə kapitulyasiyadır, rəzillikdir. Həm də Azərbaycan Ordusu Vətən müharibəsində yalnız N.Paşinyana dərs vermədi. Ondan əvvəl işğalçı dövlətə rəhbərlik etmiş Koçaryan,Sarkisyan da öz paylarını aldılar, zamanında onların qurduqları və öyündükləri ordu tar-mar oldu. Məlumdur ki, bu iki şəxsin əli Azərbaycan xalqının qanına batıb. Xocalı soyqırımında, digər müharibə cinayətlərində onların böyük günahı var. Onlar məhz müharibə cinayətləri törətməklə işğalçı ölkədə populyarlıq qazanıblar, müxtəlif medallar alıblar, dırnaqarası qəhrəmanlara çevriliblər, hakimiyyətə gəliblər və hakimiyyətlərini də məhz belə çirkin yolla uzunömürlü etməyə çalşıblar. Bəs indi harada gizləniblər onlar, niyə səsləri çıxmır? Ermənistanın bu saxta qəhrəmanları döşlərinə taxdıqları dəmir-dümürləri zibil yeşiyinə atmalıdırlar. Bundan sonra onlar qalan miskin həyatlarını məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqlar. Koçaryan və Sarkisyan zamanında Ermənistanda törətdikləri cinayətlərə görə həm də erməni xalqının böyük nifrətini qazanıblar. Hətta ağır məğlubiyyətdən sonra belə erməni xalqı onların yenidən hakimiyyətə qayıtmasını istəmir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

