Anar Məmmədov: Fransa separatizmə dəstək verir
27.11.2020 [09:09]
“ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Fransa İkinci Qarabağ müharibəsi başlayandan bəri neytral mövqe nümayiş etdirmək əvəzinə, işğalçı Ermənistanın maraqlarından çıxış edir və əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür. Bu isə birbaşa həmsədr ölkə kimi qeyri-obyektiv və birtərəfli vasitəçilik missiyasının bariz nümunəsidir. Bununla da Fransa bir daha işğalçılığa və separatizmə dəstək verir”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Anar Məmmədov bildirib ki, bir qrup ermənipərəst, anti-türk və anti-Azərbaycan əhval-ruhiyyəli senator tərəfindən təklif edilən və Fransa Senatında qəbul edilən “Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı qətnamə birbaşa Azərbaycan Respublikasının beynəlxalq səviyyədə, o cümlədən elə Fransa Respublikasının özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir. Fransa Senatında qəbul edilən qətnamə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin heçə sayılmasıdır. Çünki bu 4 qətnamənin qəbul edilməsinə Fransa da səs verib və bu artıq Senatın öz-özünü inkar mənası verir.
Millət vəkilinin sözlərinə görə, baş verən hadisələr fonunda bu sənəd Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir: “Yenə də Fransadakı erməni lobbisi bütün səylərini Dağlıq Qarabağdakı məğlubiyyəti ermənilərin xeyrinə təqdim etməyə səfərbər edərək, hər cür vasitələrə əl atır, erməni lobbisinin təsir dairəsində olan siyasətçilərin, parlament nümayəndələrinin vasitəsilə öz iddialarını gerçəkləşdirməyə çalışır. Görünür, Fransada belə təşəbbüslərlə çıxış edənlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində atılan addımları açıq şəkildə sabotaj etməyə çalışır, başqa sözlə Rusiya və Türkiyənin irəli sürdükləri təşəbbüsləri, münaqişənin həlli ilə bağlı atdıqları addımların praktiki nəticələrə səbəb olmasını həzm edə bilmirlər. Həmsədr ölkə olaraq münaqişə tərəflərinə yanaşmada Fransanın tərəfsizliyini və qərəzsiz mövqeyini qoruması onun məsuliyyətidir. Lakin əfsuslar olsun ki, son zamanlar Fransa-Türkiyə “cəbhəsi”ndə yaşanan gərginliklər Fransanın Dağlıq Qarabağ məsələsi ilə bağlı verdiyi qərarlarında da bariz şəkildə hiss olunur. Bunlara baxmayaraq, Fransanın Senatı tərəfindən belə qərəzli mövqe ortaya qoyulması qəbuledilməzdir və bu gün separatizmə açıq dəstəyini davam etdirənlər, ilk növbədə, dönüb öz tarixlərinə nəzər salıb Azərbaycanda görmək istədiklərini öz ölkələrində tətbiq etməlidirlər”.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

