Şneor Seqal: Azərbaycanda xristian mədəni soyqırımı qorxusu əsassızdır
02.12.2020 [09:35]
Nəhayət, döyüşlər dayandı. Müharibə ilə bağlı söz-söhbət isə tonunu dəyişsə də, davam edir. Bu gün medianın diqqəti indiyədək erməni silahlı qüvvələrinin nəzarəti altında olmuş ərazilərdəki kilsələrin, xristian məbədlərinin taleyinə yönəlib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqalın İsveçrənin ən aparıcı informasiya resursu olan “Tribune de Geneve” portalında dərc olunmuş “Azərbaycanda xristian mədəni soyqırımı qorxusu əsassızdır” adlı məqaləsində yer alıb.
Müəllif Azərbaycandakı tolerantlıqdan və çoxmədəniyyətlilikdən bəhs edərək, ölkədə müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin birgə mehriban yaşadığını vurğulayır. Bildirir ki, işğal altında olmuş torpaqların Azərbaycana qaytarılmasından söhbət gedəndə çoxları bu ərazilərdəki xristian abidələrinin məhv olacağından qorxurdu. Bəziləri tələm-tələsik həmin ərazilərdəki erməniləri kilsələrdən xaçı çıxarmağa məcbur etdilər. Hətta “Bloomberg”ə müsahibəsində bir erməni deyib ki, “sonda müsəlmanlara qalmaqdansa evlərimizi partlatmağa və ya yandırmağa üstünlük veririk”.
Şneor Seqal yazır: “Bu qorxu mənə təsir etdi. Çünki müsəlman ölkəsi olan Azərbaycanda dini lider olaraq, eləcə də şəxsi təcrübəmə əsaslanaraq bu hissi anlamaqda çətinlik çəkirəm. Həmin qorxan insanın indiyə qədər hər hansı bir azərbaycanlı ilə rastlaşıb-rastlaşmadığını düşünməyə başladım. Mənim üçün mədəniyyətlərin və dinlərin qovuşuğunda yerləşən Azərbaycan müxtəlif mədəniyyətlərin və dinlərin birgəyaşayışı, qorunması baxımından çox zəngin bir ölkədir, cənnət məkandır”.
Baş ravvin yəhudi təcrübəsini nümunə gətirərək, bir vaxtlar bütün Qafqazda geniş yayılmış, sonradan yalnız bu regionda məhdud sayda yaşayan dağ yəhudilərinin təcrübəsini qeyd edir. Bildirir ki, son onilliklərdəki müharibələr zamanı dünyanın digər ölkələrindən bir çox yəhudilər qaçmaq məcburiyyətində qalsalar da, hücumlar, qətllər və adam oğruluğu hədəfinə çevrilsələr də, Azərbaycanda onlar tərəqqi edən bir icma olaraq qalırlar. Təxminən 15 min dağ yəhudisi ümumilikdə 25 min nəfərlə Azərbaycanın ən böyük yəhudi icmasını təşkil edir.
“Azərbaycanda üç fərqli yəhudi qrupu var: dağ yəhudiləri, gürcü yəhudiləri və baş ravvini olduğum askenaz yəhudiləri. Ancaq Azərbaycan elə təkcə bu xalq üçün vətən deyil. Azərbaycan əhalisi sünni və şiə müsəlmanlarından, xristianlığın müxtəlif qollarından ibarətdir. Hazırda azı 30 min erməni Azərbaycanı öz vətəni hesab edir”, - deyə məqalədə qeyd edilir.
Məqalədə Roma papaları II İohan Pavelin və Fransiskin Azərbaycana səfərlərindən, Bakıda Katolik Kilsəsinin tikilməsində də bəhs olunur. Həmçinin qeyd edilir ki, Bakıda sinaqoqlar, kilsələr və məscidlər küçələrdə yan-yana düzülüb və çox yaxşı vəziyyətdə saxlanılır. Bunların qorunub saxlanması Azərbaycan üçün vacibdir.
Xalq həm də mədəniyyət və tarixdir. Azərbaycanda bərabər şəkildə yaşayan digər dinlərin nümayəndələri ilə mütəmadi görüşmək və onlarla əməkdaşlıq etmək təbii haldır. Heç bir din, nə qədər kiçik olsa da, cəmiyyətdən kənarda qalmır. 2002-ci ildə Papa II İohan Pavelin Bakıya səfərindən sonra hökumət Katolik Kilsəsinin inşası üçün torpaq sahəsi ayırdı. 2016-cı ildə eyni kilsədə ibadət edən Papa Fransisk Azərbaycandakı müsəlmanlar, xristianlar və yəhudilər arasındakı möhkəm əlaqələrə heyran qaldığını bildirib. O deyib ki, bu yaxşı münasibətlər dinc yanaşı yaşamaq və dünyada sülh üçün böyük əhəmiyyət daşıyır.
Şneor Seqal yazır ki, bütün bunlar müxtəlif konfessiyalardan olan insanlar arasında səmimi münasibətlərin davam etdirilməsinin, ümumi rifah üçün qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində davranılmasının mümkün olduğunu göstərir.
Məqalədə vurğulanır ki, dini irsi qoruyub saxlamaq kimi Azərbaycan ənənəsi yalnız onun sərhədləri ilə məhdudlaşmır. Bu missiyanı Azərbaycan mədəniyyətini beynəlxalq miqyasda təbliğ edən Heydər Əliyev Fondunun yerinə yetirdiyi diqqətə çatdırılır, fondun dünya miqyasında xristian abidələrinin bərpasına böyük töhfələr verməsindən söz açılır. Vatikanda Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı barelyefin, Romada Müqəddəs Sebastian katakombalarının, Strasburq katedralının bərpasının bunun bariz nümunəsi olduğu vurğulanır. Heydər Əliyev Fondunun yəhudi təşkilatları ilə birlikdə Azərbaycanda yəhudi məktəblərinin inşasında da iştirak etdiyi bildirilir. Müəllif Azərbaycanın nəzarəti altına keçən ərazilərdə xristian abidələrinin məhv olma qorxusunun olmasından təəssüfləndiyini qeyd edir.
Şneor Seqal Qarabağda müsəlman evlərinin və qəbiristanlıqlarının erməni işğalı altında qalaraq tamamilə dağıdıldığını oxuyanda çox kədərləndiyini, bir məscidin təhqir olunması ilə müsəlman dünyasını qəzəbləndirən dəhşətli hadisəni xatırladığını bildirir.
Sonra müəllif Azərbaycan Prezidentinin ölkədəki xristian məbədlərinin qorunacağı ilə bağlı fikrini də xatırladır. “Düşünürəm ki, Azərbaycanın tarixi də bu mövzularla bağlı öz sözünü deyir”, - deyə o qeyd edir.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04

