/ / “Human Rights Watch” təşkilatı Ermənistanın Azərbaycana qarşı kasetli silahlardan istifadə etməsinə dair növbəti hesabat yayıb
“Human Rights Watch” təşkilatı Ermənistanın Azərbaycana qarşı kasetli silahlardan istifadə etməsinə dair növbəti hesabat yayıb
16.12.2020 [09:31]
Hesabatda Ermənistanın və ya Dağlıq Qarabağdakı qondarma rejimin hərbi qüvvələrinin altı həftəlik müharibə dövründə Azərbaycanın yaşayış məntəqələrini dəfələrlə qadağan olunmuş silah-sursatlar vasitəsilə atəşə tutduqları bildirilir
Məlum olduğu kimi, Ermənistan 30 ilə yaxın davam edən təcavüzkar siyasəti nəticəsində ölkəmizə və xalqımıza qarşı çoxsaylı hərbi cinayətlər törədib. Ölkəmizin apardığı 44 günlük Vətən müharibəsində də işğalçı dövlət cinayətkar mahiyyətinə uyğun olaraq dinc insanları, yaşayış məntəqələrini, mülki infrastrukturu hədəfə alıb, qadağan olunmuş silahlar istifadə edib. Bunun nəticəsində mülki şəxslər həlak olub, çox sayda insan isə yaralanıb.
Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. Belə ki, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri hadisə yerlərinə gedərək həmin cinayətlərin canlı şahidi olublar. Eləcə də bir sıra nüfuzlu beynəlxalq kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri də həmin cinayətləri işıqlandıraraq dünya ictimaiyyətinə təqdim ediblər.
Bu məqamda qeyd etmək yerinə düşər ki, beynəlxalq qeyri-hökumət təşkilatı olan “Human Rights Watch” Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə və mülki obyektlərinə qarşı raket hücumları ilə bağlı apardığı araşdırmalara dair növbəti hesabat yayıb. Hesabatda Ermənistanın və ya Dağlıq Qarabağdakı qondarma rejimin hərbi qüvvələrinin altı həftəlik müharibə dövründə Azərbaycanın yaşayış məntəqələrini dəfələrlə qadağan olunmuş silah-sursatlar vasitəsilə atəşə tutduqları bildirilir. Vurğulanır ki, qadağan olunmuş silahların istifadəsi müharibə qanunlarının pozulmasıdır.
Təşkilatın hesabatında o da qeyd edilir ki, “Human Rights Watch”un tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana səfərləri zamanı ölkənin üç rayonunda kasetli silah-sursatdan istifadə olunduğu dörd hücumu sənədləşdiriblər. Bu hücumlar nəticəsində 2-si uşaq olmaqla, ən azı 7 mülki şəxs həlak olub, eyni zamanda, 2-si uşaq olmaqla, 20 mülki şəxs isə yaralanıb.
“Human Rights Watch”un Avropa və Orta Asiya üzrə direktoru Hugh Villiamson bildirib ki, kasetli silahlardan istifadə beynəlxalq sazişlə qadağan olunub. Bu silahların, xüsusilə də mülki əhaliyə qarşı istifadəsi qəbuledilməzdir.
Hesabatda kasetli silahların xüsusiyyətləri barədə də məlumat verilir. Qeyd edilir ki, onlar top, raket və minaatanlar vasitəsilə yerdən və ya təyyarə ilə havadan atıla bilər. Tipik olaraq bu sursatlar havada partlayır və ondan ayrılan bir çox bomba hissəcikləri geniş əraziyə yayılır. Hücum zamanı bölgədəki hər kəs - istər döyüşçülər, istərsə də mülki insanlar ölüm və ya yaralanma riski altında qalırlar. Bundan əlavə, kasetli sursatlar tez-tez ilkin təsir nəticəsində partlaya bilmir və onlar minalar kimi təhlükə mənbəyi olaraq qalır.
Hesabatda bu ilin oktyabr ayında Bərdə şəhərinə atılan və 21 mülki şəxsin ölümünə, 70 nəfərin yaralanmasına səbəb olan kasetli silah hücumu da sənədləşdirilib. Noyabr ayının birinci yarısında Azərbaycana araşdırma səfəri zamanı “Human Rights Watch” Ermənistan silahlı qüvvələri tərəfindən biri Bərdə, ikisi Goranboy, biri Tərtər rayonunda olmaqla dörd kasetli silah hücumu sənədləşdirib. Kasetli silahlar mülki və hərbi obyektləri ayıra bilmədiyi üçün onların istifadəsi müharibə qanunlarını pozur.
Bildirilir ki, təşkilatın nümayəndələri noyabrın 27-də Yerevanda Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi ilə görüşüblər. Nazirliyin rəsmisi Ermənistan ordusunun hərbi arsenalında kasetli silah-sursatların olmasını təkzib edib. Beynəlxalq Strateji Araşdırmalar İnstitutu tərəfindən dərc edilən illik “Hərbi Balans-2020” daxil olmaqla, bir sıra beynəlxalq nəşrlər Ermənistanın “Toçka-U” və “İsgəndər” ballistik raketlərinə, “Smerç” və Çin istehsalı olan “WM-80” çoxlüləli raket atıcılarına sahib olduğunu və bunların hamısının kasetli bombalar ata biləcəyini deyirlər. “Human Rights Watch” Dağlıq Qarabağdakı qüvvələrin kasetli silahlara sahib olmadığının fərqindədir. Belə olan halda Ermənistan silahlı qüvvələrinin bu hücumları həyata keçirdiyi və ya Dağlıq Qarabağdakı hərbi qüvvələri bu döyüş sursatları ilə təmin etdiyi ehtimal olunur. Qadağan edilmiş silahlar kimi, kasetli döyüş sursatları heç bir halda heç kim tərəfindən istifadə edilməməli və ya təmin edilməməlidir. Qeyd edək ki, hesabatda kasetli silahların birbaşa hücumuna məruz qalmış azərbaycanlı mülki şəxslərin fikir və müsahibələri də yer alıb.
Göründüyü kimi, Ermənistan artıq öz cinayətlərini gizlədə bilmir və bu cinayətlər beynəlxalq miqyasda geniş şəkildə ifşa olunur. Bütün bunlar, eyni zamanda, hərbi cinayətkarların ədalət mühakiməsindən qaça bilməyəcəyini göstərir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

