/ / Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman Azərbaycan vətəndaşının mənafeyi durur
Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman Azərbaycan vətəndaşının mənafeyi durur
16.12.2020 [09:50]
Vətən müharibəsində mülki şəxslərə və onların mülkiyyətinə dəymiş ziyanın aradan qaldırılması Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Hələ müharibənin aktiv fazası başa çatmamış bu istiqamətdə müvafiq addımlar atılmağa başlandı və evləri erməni vandalları tərəfindən yararsız hala salınan vətəndaşlarımızın müvəqqəti məskunlaşdırılması və zəruri məişət ehtiyaclarının qarşılanması ilə bağlı operativ tədbirlər həyata keçirildi. Sonrakı mərhələdə isə yaranmış problemin birdəfəlik həlli ilə bağlı qərarlar qəbul edildi. Bununla bağlı Prezident İlham Əliyev tərəfindən noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalandı.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu AZƏRTAC-a açıqlamasında bildirib ki, Sərəncama əsasən Azərbaycan Respublikası Baş nazirinin rəhbərliyi ilə Dövlət Komissiyası yaradıldı və dərhal Sərəncamın icrası ilə bağlı aidiyyəti üzrə 11 işçi qrupu yaradıldı. Beləliklə, 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq addımlar atıldı. İlkin qiymətləndirmələr başa çatdıqdan dərhal sonra Prezident İlham Əliyevin növbəti Sərəncamı ilə problemin aradan qaldırılması üçün tədbirlər görüldü. Bu Sərəncama görə, təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınıb. Maliyyələşməni nəzərdə tutulan maddi yardım yaşayış evlərin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödəniləcək.
Deputat qeyd edib ki, bu, şəffaflığı təmin etməklə yanaşı, zərəçəkənlərin ayrılan yardımı qısa müddətdə və maneəsiz almasına kömək edəcək. Yardımın miqdarı isə dəymiş zərərə adekvat olmaqla həm də şəxsi ziyanı da əhatə edəcək: “Belə ki, evləri dağıdılmış və ya qəzalı vəziyyətə salınmış mülki əhali məişət əşyalarına görə 6000 manat və əlavə olaraq hər bir ailə üzvü şəxsi əşyalarına görə 1500 manat maddi yardım alacaq. Qismən ziyan dəymiş evlər üzrə isə ailə üzvlərin sayından asılı olmayaraq, hər bir ailəyə 1000 manat maddi yardım veriləcək. Növbəti mərhələdə isə mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə məxsus dağıdılmış və ya qəzalı vəziyyətə salınmış, qismən ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin təmir-bərpası işlərinin, həmçinin nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə başlanılacaq. Göründüyü kimi, zərərçəkmiş vətəndaşlarımıza dəyən ziyan ayrı-ayrı komponentlər üzrə xüsusi diqqətlə qiymətləndirilib və bundan sonrakı mərhələdə də vəziyyətə uyğun olaraq növbəti addımlar atılacaq. Bütün bunlar bir daha Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaşın mənafeyinin öndə olduğunu göstərir”.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

