/ / Fərəc Quliyev: Ermənistan kimi ölkəyə müasir silahların verilməsinin neqativ nəticələrini 44 günlük müharibə dövründə gördük
Fərəc Quliyev: Ermənistan kimi ölkəyə müasir silahların verilməsinin neqativ nəticələrini 44 günlük müharibə dövründə gördük
07.04.2021 [09:03]
“İşğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirilən minatəmizləmə tədbirləri zamanı böyük dağıdıcı gücə malik “İsgəndər-M” raketinin qalıqlarının tapılması olduqca ciddi faktdır”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.
Partiya sədrinin sözlərinə görə, Azərbaycan ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması faktını təkzib etmək absurddur: “Məlum olduğu kimi, Rusiya Ermənistana “İsgəndər-M” raketinin sadələşdirilmiş variantı olan və 280 km məsafəyədək uçan “İsgəndər-E” raket kompleksi verib. Onunla müqayisədə daha çox dağıdıcı qüvvəyə malik başlığı olan və 500 km-dək məsafə qət edə bilən “İsgəndər-M” raket kompleksi isə satışda yoxdur. Əgər Rusiya Ermənistana “İsgəndər-M” raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılması necə izah oluna bilər? Bu halda, müharibədən öncə və döyüşlər zamanı Ermənistana silahların qeyri-qanuni ötürülməsi, habelə bu prosesdə erməniəsilli Rusiya vətəndaşlarının iştirakı barədə yayılan məlumatları bir daha yada salmalı oluruq. Onu da qeyd edim ki, raket qalıqları tapılmayana qədər Azərbaycan tərəfi kifayət qədər təmkin nümayiş etdirib. İndiki vəziyyətdə dövlətimiz bu məsələyə aydınlıq gətirilməsində israrlı olacaq”.
F.Quliyev deyib ki, Ermənistan kimi ölkəyə müasir silahların verilməsinin neqativ nəticələrini biz 44 günlük müharibə dövründə gördük: “Vətən müharibəsi zamanı Ermənistanın Gəncə, Bərdə, Tərtər şəhərlərini böyük dağıdıcı qüvvəyə malik raketlərlə atəşə tutması faktı ortadadır. Buna görə qarşı tərəf bütün hərbi cinayətlərə cavab verməlidir. Ermənistan tərəfindən qadağan olunmuş silahlardan, o cümlədən fosforlu, kasetli bombalardan istifadə olunması bu dövlətin silahsızlaşdırılması məqsədilə Azərbaycan tərəfinin silahlardan istifadəyə nəzarət edən beynəlxalq qurumlar qarşısında məsələ qaldırması üçün əsas verir”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51

