/ / Azərbaycanlı jurnalistlərin ermənilərin basdırdığı minanın partlaması nəticəsində həlak olmaları ilə bağlı məlumatlar dünya KİV-lərinin diqqət mərkəzindədir
Azərbaycanlı jurnalistlərin ermənilərin basdırdığı minanın partlaması nəticəsində həlak olmaları ilə bağlı məlumatlar dünya KİV-lərinin diqqət mərkəzindədir
05.06.2021 [08:11]
Kəlbəcər rayonunda Azərbaycan jurnalistlərinin Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olmaları və yaralanmaları ilə bağlı məlumatlar dünyanın aparıcı informasiya agentliklərinin və xəbər resurslarının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, qardaş Türkiyə mediası azərbaycanlı jurnalistlərin Kəlbəcərdə mina partlaması nəticəsində həyatlarını itirməsi ilə bağlı xəbərlərə geniş yer ayırıb. Türkiyənin Anadolu Agentliyi, “Haber Global” televiziya kanalında verilən informasiyalarda deyilir ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi hərbçilərlə yanaşı, dinc insanların, o cümlədən öz xidməti vəzifələrini icra edən media mənsublarının da həyatını təhlükə altına atır.
Bu hadisə ilə bağlı Rusiyanın TASS, Ria Novosti informasiya agentliklərində və BBC-nin Rusiya bölməsində dərc olunan xəbərlərdə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və AzTV-nin operatoru Sirac Abışovun Kəlbəcər rayonu ərazisində mina partlaması nəticəsində həlak olduqları bildirilir, həmçinin sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə bağlı məlumatlar verilir.
Ukrayna kütləvi informasiya vasitələri də Ermənistanın mina xəritələrini verməməsi nəticəsində Kəlbəcərdə iki azərbaycanlı jurnalistin həlak olması ilə nəticələnmiş son hadisəyə xüsusi yer ayırıb. “Ukrinform”, “RBK-Ukraina”, “24tv.ua”, “gordonua.com”, “correspondent.net” kimi media platformaları hadisə ilə bağlı informasiyalar yayıb. Xəbərlərdə bildirilir ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb edir. Ermənistan isə bundan israrla imtina edir.
Kəlbəcərdə baş vermiş mina partlayışı və dinc insanların həlak olması ilə bağlı xəbərlər, həmçinin ərəb mətbuatının da diqqət mərkəzində olub. Bununla bağlı “aljazeera.com” saytında, Misirin “Yeni dünya xəbərləri”, “Aldiplomacy”, Səudiyyə Ərəbistanının “Səda”, “Əl Vətən” informasiya portallarında, “Okaz” qəzetində xəbərlər dərc edilib.
İranın İRNA rəsmi dövlət xəbər agentliyində dərc olunan məlumatda isə bildirilir ki, Ermənistanın yollara basdırdığı mina mülki əhali arasında da itkilərə gətirib çıxarır.
Avstraliyanın “news.com.au”, “australiannewsreview.com”, “adelaidenow.com.au” saytları da Kəlbəcərdə Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində ikisi jurnalist olmaqla üç dinc sakinin həlak olması ilə bağlı materiallar yayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10

