30 il “yumulmuş gözlər” açılır...
02.03.2022 [10:42]
Taleh AĞAVERDİYEV
Artıq bir həftəyə yaxındır ki, bütün dünyanın diqqəti Ukraynadakı hadisələrə yönəlib. Ukraynadakı müharibə dünya mediasının böyük əksəriyyətinin, ekspert icmalarının və sadə vətəndaşların əsas müzakirə mövzularından biridir. Bir ölkənin qoşunlarının digər ölkənin ərazisinə soxulması dünyanı hiddətləndirdi.
ABŞ, Aİ, Yaponiya, Avstraliya və bir çox başqa ölkələr Ukrayna ilə həmrəy olduqlarını bildiriblər. Sonuncu dəfə dünya belə həmrəyliyi Əl-Qaidənin 2001-ci il sentyabrın 11-də Amerikaya hücumundan sonra nümayiş etdirmişdi. Ukraynada hərbi əməliyyatların başlamasından sonra Rusiya və onun iqtisadiyyatının müxtəlif sahələrinə qarşı dövlət borcu və investisiyalara, ixrac və idxala, hava nəqliyyatına, banklara, media və internetə, vizalara və diplomatik münasibətlərə toxunan görünməmiş sanksiyalar tətbiq edilib, idman tədbirləri ləğv edildi və təxirə salındı, iş əlaqələri kəsildi. Rusiya vətəndaşları üçün hava yolu ilə dünyanı gəzmək imkanı faktiki olaraq bağlandı, personal sanksiyalar 100-ə yaxın rusiyalı fiziki şəxsi əhatə edir.
Eyni zamanda, Ukrayna ordusuna dəstək üçün bank hesablarına dünyanın hər yerindən vəsait daxil olur, bir sıra ölkələr açıq şəkildə Ukraynaya silah və hərbi texnika göndərir, müxtəlif şəhərlərdə “Müharibəyə yox!” şüarı ilə etirazlar keçirilir. Dünyanın müxtəlif ölkələrindən olan fikir liderləri sosial şəbəkələrdə çıxış edərək, Ukraynada baş verən bütün bu cəhənnəm və dəhşəti kollektiv səylərlə dayandırmaq üçün insanları öz ölkələrinin hökumətlərinə təzyiq göstərməyə çağırırlar.
Dünya ölkələrinin Ukraynadakı hadisələrə reaksiyası və tətbiq edilən sanksiyalar fonunda ədalətli sual yaranır - 30 ilə yaxın Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlamış Ermənistana qarşı niyə bunların heç biri edilməyib?! Ermənistan 30 ilə yaxın, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı, lakin dünya birliyi onların yerinə yetirilməsini təmin etmək üçün Ermənistan tərəfinə təzyiq göstərmək üçün qətiyyən heç nə etməyib.
Ermənilər etnik təmizləmələr aparanda, Xocalıda soyqırım törədəndə, Azərbaycanın mədəni və dini irsini vəhşicəsinə dağıdanda dünya ictimaiyyəti susdu. Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan və mülki azərbaycanlılara qarşı dəhşətli cinayətlər törədən digər şəxslərə qarşı heç bir personal sanksiyalar tədbiq edilməyib. Bu illər ərzində heç kim erməni məmurlarının və oliqarxlarının aktivlərini dondurmayıb, işğalçı ölkənin iqtisadiyyatının azsayılı sahələrinə qarşı heç kim sanksiyalar tətbiq etməyib. Bütün bu illər ərzində Ermənistanın təcavüzkar siyasətini pisləyən etiraz aksiyaları olmayıb. Üstəlik, işğal olunmuş Azərbaycan torpaqlarında Qərb şirkətləri bizneslə məşğul olur, separatçıların ciblərini doldururdular. Sanksiya tətbiq etmək, orada bizneslə məşğul olmağı qadağan etmək heç kimin ağlına belə gəlmirdi.
Aviaşirkətlər bu ölkəyə və ölkədən uçuşlara qadağa qoymayıb, əksinə, müxtəlif amerikalı və avropalı rəsmilər, jurnalistlər mütəmadi olaraq Azərbaycanın o vaxt işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər edib, Qarabağ separatçıları ilə görüşlər keçiriblər. Hətta Avropa Parlamentində heç bir ölkə tərəfindən tanınmayan qondarma “DQR” ilə əməkdaşlıq qrupu var idi. Fransa prezidentliyinə namizəd olan Valeri Pekressin son nümunəsində gördüyümüz kimi, avropalı siyasətçilər hələ də Qarabağ separatçıları ilə gizli görüşlər keçirməkdə və onlara dəstək ifadə etməkdə davam edirlər.
Təxminən 30 il ərzində heç bir sanksiya tədbiq edilmədi. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycan şəhərlərini - Gəncə, Tərtər, Bərdəni raket atəşinə tutanda, ermənilər Mingəçevir SES-in bəndini dağıtmağa cəhd edəndə, Azərbaycana uçan təyyarələri vurmaqla hədə-qorxu gələndə, ABŞ, Avropa ölkələri, müxtəlif ölkələrin ziyalıları, mediası susmağa davam etdi.
Məhz budur “ikili standartlar”. Bir çox ölkələr bütün bu illər ərzində Azərbaycan uşaqlarının necə qətlə yetirildiyini, azərbaycanlı ana və ataların göz yaşı tökməsini səssizcə seyr edərək ermənilərə sadiq olduqlarını nümayiş etdirdilər.
Lakin Qarabağda nümayiş etdirdikləri laqeydlik onlara baha başa gəldi. Təcavüzə heç bir reaksiyanın olmaması onun cəzasız qalacağı barədə təəssürat yaratmışdı. Millətindən, ölkəsindən, yaşayış yerindən asılı olmayaraq kədər, qəm-qüssə hər kəs üçün eynidir. Lakin Qərb siyasətçiləri yalnız indi, Ukrayna müharibəsi genişmiqyaslı böhrana təkan verəndə və onların ölkələri də analoji təhlükə ilə üzləşəndə “başqalarının dərdini anlamağa” başladılar.
Xəbər lenti
Hamısına baxSiyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25

