/ / Naxçıvanda "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda sessiya keçirilib
Naxçıvanda "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda sessiya keçirilib
25.09.2010 [10:08]
Rayon İcra hakimiyyətləri başçılarının və dairə seçki komissiyaları sədrlərinin iştirak etdikləri tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel deyib ki, Azərbaycanın seçki keçirmək təcrübəsi artıq formalaşıb. 2008-ci ilin oktyabr ayının 15-də ölkəmizdə keçirilən prezident seçkilərini misal göstərən səfir qeyd edib ki, həmin seçkilər zamanı dövlət və yerli icra orqanları tərəfindən seçki prosesinə və onun nəticələrinə ciddi təsir edəcək müdaxiləyə yol verilməyib. Eyni zamanda, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu 2008-ci ilin prezident seçkilərinin demokratik və şəffaf keçirildiyini bəyan edib. Bu təcrübədən çıxış edərək demək olar ki, qarşıdan gələn parlament seçkiləri də şəffaf keçiriləcək. çünki bunun üçün Azərbaycanda təkmilləşdirilmiş qanunlar var.
ATƏT-in rəsmisi regionlarda təşkil edilən məlumat sessiyalarının əhəmiyyətini yüksək qiymətləndirib və noyabr ayının 7-də keçiriləcək seçkilərin də şəffaf, ədalətli və demokratik keçiriləcəyinə, namizədlərin öz mövqelərini azad ifadə etməsinə qarşı hər hansı inzibati əməl, zorakılıq və hədə-qorxu tətbiq etmək hallarının qeydə alınmayacağına bir daha əminliyini ifadə edib.
Əli Bilge Cankorel Naxçıvanda rəsmi şəxslərlə, siyasi partiya və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşlər keçirdiyini bildirib, Muxtar Respublikada parlament seçkilərinin ədalətli və şəffaf keçirilməsi üçün lazımi tədbirlərin görüldüyünü qeyd edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə müstəqil dövlət quruculuğunun əsası qoyulub, qanunvericilik fəaliyyətinin təməlini təşkil edən Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunub, insanların hüquq və azadlıqlarının müdafiəsi, firavan yaşayışları təmin edilib. Azərbaycanda azad, ədalətli və demokratik seçkilərin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Bu siyasət respublikamızda uğurla davam etdirilir. Hər bir vətəndaşımızın heç bir ayrı-seçkilik və əsassız məhdudiyyətlər olmadan ümumi və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə keçirilən seçkilərdə səs vermək, seçilmək hüququnu təmin edən qanunvericilik bazası daha da təkmilləşdirilir. Bu istiqamətdə müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir, onların seçki təcrübəsi öyrənilir.
Naxçıvan Muxtar Respublikası seçicilərinin də fəal və passiv seçki hüquqları Azərbaycan Respublikası Seçki Məcəlləsinə və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununa əsasən həyata keçirilir.
Həm Azərbaycan Respublikası Seçki Məcəlləsində, həm də Ali Məclisə seçkilər haqqında Qanunda hər bir qurumun vəzifələri və hüquqları müəyyən olunub, seçkilərə qanunsuz müdaxilənin yolverilməzliyi barədə müddəalar təsdiqini tapıb. Bu müddəalara əsaslanaraq yerli icra hakimiyyəti orqanları seçki proseslərinə qarışmadan dairə ərazisində vətəndaşların öz iradələrini azad şəkildə, heç bir maneə olmadan ifadə etmələrini, demokratik, ədalətli seçkilərin keçirilməsi üçün normal şəraitin yaradılmasını təmin edirlər. İcra hakimiyyəti orqanları seçici siyahılarının dəqiqləşdirilməsində, seçkiqabağı təşviqatın aparılması üçün müvafiq yerlərin ayrılmasında, seçkilər zamanı asayişin qorunmasında seçki komissiyalarına yardım göstərirlər. Həmçinin, Muxtar Respublikada dairə seçki komissiyaları üçün yeni binalar inşa edilib, bu binalarla bərabər, məntəqələrə də ayrılmış yerlər avadanlıq və texniki vasitələrlə təmin olunaraq komissiya üzvlərinin fəaliyyətlərinə normal şərait yaradılıb.
Yaradılmış iş şəraiti ilə bərabər, dairə və məntəqə seçki komissiyalarının üzvlərinin təcrübələrinin daha da artırılması, seçkilərin qanunun tələbləri səviyyəsində keçirilməsi və nöqsanların qarşısının alınması məqsədi ilə maarifləndirmə tədbirləri həyata keçirilir. Seçkilərə qanunsuz müdaxilələrin qarşısının alınması ilə əlaqədar keçirilən tədbirlərdə seçki komissiyaları ilə birgə aidiyyəti icra hakimiyyəti orqanlarının nümayəndələri də iştirak edirlər.
Azər Zeynalov Naxçıvanda keçirilən “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyasının bu tədbirlərin davamı olduğunu və qarşıdan gələn parlament seçkilərinin ədalətli və şəffaf keçirilməsində əhəmiyyətini qeyd edib.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov çıxış edərək noyabrın 7-də Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçiriləcək seçkilərə hazırlıqla bağlı geniş məlumat verib. Qeyd olunub ki, 1993-cü ildən bəri Azərbaycanda 4-cü prezident, 3-ü parlament və 3-ü bələdiyyə seçkisi olmaqla 10 seçki keçirilmişdir. Seçkilərarası vaxt intervalı o qədər böyük olmasa da, hər seçkidən-seçkiyə ölkəmizdə demokratik ənənələr daha da möhkəmlənib, vətəndaşların siyasi şüuru, seçki mədəniyyəti daha da yüksəlib. Təbii ki, Azərbaycan hakimiyyətinin ölkədə demokratiyanın inkişafı ilə bağlı qətiyyətli və ardıcıl siyasəti olmasaydı, demokratik seçkilərdən də söz açmaq mümkün olmazdı. Azərbaycanda keçirilən seçkilərin demokratikliyinin təmin edilməsi üçün ölkə rəhbərliyinin güclü siyasi iradəsi ilə yanaşı, demokratik seçki qanunvericiliyi də mövcuddur.
Azərbaycan rəhbərliyinin siyasi iradəsinə uyğun olaraq, müasir standartlara cavab verən seçki qanunvericiliyinin formalaşdırılması məqsədi ilə Azərbaycan hökuməti ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə yaxından əməkdaşlıq edir. Avropa Şurasının üzvü olduqdan sonra Azərbaycanın bu qurumla əməkdaşlığı daha da genişləndirilib və prosesə Avropa Şurasının Venesiya Komissiyası da cəlb edilib. Azərbaycanda seçki qanunvericiliyi haqqında danışarkən, ən çox diqqətçəkən məqam ondan ibarətdir ki, ölkəmizdə seçki qanunları zamanın tələblərinə uyğun yeniləşdirilir, qarşıya çıxan bütün çağırışlara cavab verir. Təsadüfi deyildir ki, ölkəmiz inkişaf etdikcə, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası sürətləndikcə qanunvericilikdə də dəyişikliklər aparılır. ölkəmizdə bütün seçki hərəkətlərinin tənzimləndiyi Seçki Məcəlləsi 2003-cü ildə qəbul olunub. ötən müddət ərzində sənəd üzərində edilmiş müəyyən dəyişikliklər seçkilərin daha ədalətli və demokratik keçirilməsinə xidmət edir.
M.Qasımov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasında sabit vətəndaş cəmiyyətinin, mütərəqqi inkişafın əsasını təşkil edən seçki prosesinin şəffaflığının təmin olunması, azad seçkinin keçirilməsi üçün bir sıra işlər görülüb, seçki prosesində ilkin mərhələ kimi seçici siyahılarının dəqiqləşdirilməsi prosesi 7 seçki dairəsi və onları əhatə edən 292 seçki məntəqəsi üzrə başa çatdırılıb, vahid seçici siyahısı təsdiq olunub. Hazırkı siyahıya əsasən, muxtar respublikada seçicilərin sayı 244671 nəfərdir. Bu proses seçki gününə 25 gün qalanadək davam edəcək, həmin müddətdən sonra isə vətəndaşlar seçici siyahılarına məntəqə seçki komissiyalarına şəxsən müraciət etməklə daxil ediləcəklər. Bununla da fəal seçki hüququ olan hər bir vətəndaşımızın seçkilərdə iştirakı təmin ediləcək.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında keçirilmiş bütün seçkilərə Seçki Məcəlləsinin 87.6-cı və 98-ci maddələrinə müvafiq olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən öz səlahiyyətləri daxilində daim diqqət yetirilib və seçki komissiyalarının normal fəaliyyət göstərmələri üçün lazımi şərait yaradılıb. Belə diqqət və qayğıya əyani sübut kimi Muxtar Respublikada fəaliyyət göstərən dairə seçki komissiyaları üçün nəzərdə tutulub, müasir memarlıq üslubunda tikilmiş inzibati binaları göstərmək olar. Dairə seçki komissiyaları üzvlərinin normal fəaliyyət göstərmələri üçün inşa olunmuş binaların iş otaqları bütün lazımi inventar və avadanlıqla təmin olunub. Dairə seçki komissiyaları rabitə vasitələri və sürətli internet xətti ilə təmin edilib.
M.Qasımov tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, 2005-ci ildən bəri Naxçıvan Muxtar Respublikasında keçirilən seçkiləri müşahidə etmiş beynəlxalq müşahidəçilər tərəfindən yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarının seçkilərin gedişinə qanunsuz müdaxilə etməsi faktları qeydə alınmayıb.
Bildirilib ki, Muxtar Respublikada deputatlığa namizədlər üçün bərabər statusun yaradılması məqsədi ilə də bir sıra tədbirlər həyata keçirilir. Bu günədək namizədliyini irəli sürmüş şəxslərin irəli sürüldükləri seçki dairələrinin ərazilərində imza toplamaları üçün lazım olan bütün şərait yaradılıb. Muxtar Respublikada Milli Məclisə seçkilər üzrə fəaliyyət göstərən 7 seçki dairəsindən bu günədək 18 nəfər namizədliyinin irəli sürülməsi məqsədi ilə müvafiq sənədləri təqdim edib və namizədliklərinin irəli sürülmələri təsdiq olunaraq onlara imza toplamaq üçün imza vərəqələri verilib. Onlardan siyasi partiyalar xətti ilə Yeni Azərbaycan Partiyasından 2 nəfər, “Qarabağ” blokundan 4 nəfər, “AXCP-Müsavat” blokundan 1 nəfər, KXCP-dən 2 nəfər, “İslahat” blokundan 3 nəfər, öz təşəbbüsü ilə isə 6 nəfər namizədliyini irəli sürüb. Bu proses başa çatdıqdan sonra qeydə alınmış namizədlərin seçkiqabağı təşviqatlarını aparmaları və seçiciləri ilə görüşmələri məqsədi ilə rayon və şəhərlərdə açıq və qapalı yerlər müəyyən olunacaq. Namizədlər, həmçinin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi televiziya və qəzetlərdə də öz seçkiqabağı platformalarını açıqlaya biləcəklər. Bununla bərabər, namizədlərin təşviqat materiallarının vurulması üçün hər bir seçki dairəsinin ərazisində, şəhər və rayon mərkəzlərində, insanların gur olduğu yerlərdə təşviqat lövhələri də yerləşdiriləcək.
Seçki komissiyalarının maddi-texniki bazalarının təkmilləşdirilməsi istiqamətində aparılan işlər mütəmadi olaraq davam etdirilir və bu da qarşıdan gələn parlament seçkilərinin azad və ədalətli şəraitdə keçirilməsində böyük rol oynayacaq.
Səsvermə günü seçki prosesinin şəffaflığını təmin etmək üçün muxtar respublikanın hər bir şəhər və rayonu üzrə 25 seçki məntəqəsində veb-kameralar quraşdırılır ki, bu da hər kəs tərəfindən internet vasitəsilə seçki prosesinin gedişini izləməyə imkan verəcək.
M.Qasımov bu il eyni gündə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin keçiriləcəyini nəzərə çarpdırıb. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına uyğun olaraq Ali Məclisə 45 deputat seçilir. Bu baxımdan muxtar respublikanın ərazisində ümumi seçicilərin sayı nəzərə alınmaqla 45 seçki dairəsi yaradılıb. Azərbaycan Respublukası Milli Məclisinə seçkilərlə Naxçıvan MR Ali Məclisinə seçkilər eyni seçki məntəqələrində həyata keçiriləcək. Bu baxımdan seçicilərin həmin məntəqələrdə rahat səsvermələri üçün hər cür şərait yaradılır. Bir sözlə, qarşıdan gələn seçkilərin azad, ədalətli, demokratik və bərabər şəraitdə baş tutması üçün bütün zəruri tədbirlər görülür.
Həm seçicilərimizin fəallığı, həm də seçki komissiyalarının kifayət qədər təcrübəyə malik olması əsas verir deyək ki, Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə qarşıdakı seçkilər ölkəmizin demokratik inkişafı istiqamətində irəliyə doğru atılmış növbəti addım olacaq.
ATƏT-in Bakı ofisinin şöbə rəhbəri xanım Jaklin Korpenterin çıxışından sonra mövzu ətrafında müzakirələr aparılıb, qarşılıqlı suallar cavablandırılıb.
Müzakirələrdə Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karolin Braun da iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

