Azərbaycanın geosiyasət elminə layiqli töhfə
06.10.2010 [09:28]
...Dövlətlərin, xalqların və bütövlükdə bəşər cəmiyyətinin taleyi necə olacaq, beynəlxalq münasibətlər hansı istiqamətdə cərəyan edəcək, bütöv dünyanı, ayrı-ayrı geostrateji regionları, ölkələri, hansı tale gözləyir, getdikcə qloballaşan, lakin regional, etnik, dini, milli münaqişələrin sayının artdığı planetimizdə vəziyyət necə olacaq? Bütün bu suallar özünün obyektiv və əhatəli elmi cavabını gözləyir.
Qədim dövrlərdən bəri bu suallar bəşəriyyəti, alim və siyasətçiləri düşündürüb, müxtəlif ideya və nəzəriyyələrin yaranmasına səbəb olub, nəhayət, XIX-XX əsrlərin astanasında geosiyasət elminin meydana gəlməsinə səbəb olub, yeni siyasi reallıqların dərk edilməsi ilə nəticələnib.
Professor Əli Həsənov yeni əsərində qarşısına, əlbəttə, yuxarıda sadaladığımız suallara cavab vermək vəzifəsi qoymayıb. Kitaba yazdığı “Giriş”də alimin özü də bunu etiraf edir.
Yeni kitab geosiyasət sahəsində Azərbaycan dilində işıq üzü görmüş ilk dərslikdir. Burada geosiyasətin elm sahəsi kimi meydana gəlməsi, əsas anlayışların yaranması, formalaşması və inkişafının tarixşünaslığına nəzər salınır, onun nəzəri mənbələri, qanunauyğunluqları, obyekt və predmeti, kateqoriyaları, aktorları ilə bağlı klassik geosiyasət xadimlərinin, müasir tədqiqatçıların baxışları təhlil olunur, müxtəlif dövrləri, fərqli geosiyasi məktəbləri təmsil edən siyasətşünasların elmi nəzəriyyələri araşdırılır, qarşılıqlı şəkildə müqayisə olunur. Əsərdə, həmçinin, orta əsrlərdən başlayaraq müasir dövrə qədər dünyada cərəyan edən əsas geosiyasi hadisələr, planetin geosiyasi xarakteristikası, geosiyasi güc mərkəzləri və onlar arasındakı münasibətlər, qloballaşan dünyada geosiyasi məsələlərə yeni baxışlar, milli dövlət maraqları uğrunda mübarizə, yeni dünya nizamı, bəşəriyyəti təhdid və məşğul edən əsas iqtisadi, siyasi, enerji təhlükəsizliyi, qlobal nəqliyyat-kommunikasiya, ticarət, xammal, beynəlxalq daşımalar kimi məsələlərin mövcud vəziyyəti, perspektivləri haqqında ətraflı məlumat verilir, oxucunun geosiyasi biliklərini, təsəvvür və anlayışlarını dərinləşdirən materiallar təqdim olunur.
Kitab 9 fəsildən ibarətdir.
“Geosiyasətin ilkin mənbələri və inkişaf tarixi: qədim və orta əsrlər dövrünün geosiyasi ideya və nəzəriyyələrinin tarixşünaslığı” fəslində planetin XIX əsrəqədərki ilkin geosiyasi ideya və mənbələrinin qısa tarixşünaslığına ekskurs edilir, qədim çin və Hindistanın, yunanların və romalıların geosiyasi təlimləri, ərəb dünyasının qədim geosiyasi konsepsiyaları araşdırılır.
“Klassik geosiyasət: XIX əsrin ikinci-XX əsrin birinci yarısında Qərb geosiyasi məktəblərinin əsas ideya və nəzəriyyələri” fəslində kontinental Avropa, ingilis-amerikan klassik geosiyasət məktəbinin yaranması, xarakteristikası, əsas nəzəriyyələri haqqında ətraflı məlumat verilir.
“İkinci dünya müharibəsi dövründə əsas iştirakçı dövlətlərin geosiyasi konsepsiyaları və hədəfləri” fəsli Almaniya, Yaponiya, SSRİ, Böyük Britaniya və ABŞ-ın geosiyasətinə, “XX əsrin ikinci yarısı və müasir dövrdə Qərb ölkələrinin geosiyasəti” fəsli isə Avropa kontinental və ingilis-amerikan Atlantik geosiyasətinin xarakteristikasına, əsas konsepsiya və nəzəriyyələrinə həsr olunub.
“Rusiya geosiyasət məktəbi: formalaşması, nəzəri mənbələri, xarakterik xüsusiyyətləri və əsas konsepsiyaları” fəsli, adından göründüyü kimi, Rusiya geosiyasət məktəbindən bəhs edir. Burada Rusiyanın orta əsr və yeni dövr geosiyasi nəzəriyyələri və cərəyanları təhlil olunur.
“Türklərin geosiyasi baxışları və nəzəriyyələri” fəslində Osmanlı türklərinin geosiyasi baxışları, Atatürkün geosiyasi düşüncələri, dövlətin “soyuq müharibə” dövründəki geosiyasi hədəfləri və nəzəriyyələri, müasir dövrdə geosiyasi nəzəriyyələri və cərəyanları, “Geosiyasət elminin yaranması və inkişafı” fəslində geosiyasət anlayışı, geosiyasətin obyekti və predmeti, kateqoriyaları, əsas qanunları, funksiyaları, metodoloji paradiqmaları, tədqiqat metodları, aktorları, geosiyasətdə məkan təsəvvürü və məkan praktikası şərh edilib.
“Dünyanın geosiyasi strukturunun formalaşması: geosiyasi dövrlər və modellər” fəslində dünyanın geosiyasi strukturunun formalaşması xüsusiyyətləri, dünya sisteminin təsnifatı, bu strukturun dövrləri və xarakterik xüsusiyyətlərinə diqqət yetirilir, “Müasir dünya sistemi və onun geosiyasi reallıqları” fəslində müasir dünya sisteminin xarakteristikası verilir, yeni geosiyasi meyillər sadalanır, dünyanın iqtisadi həyatının qloballaşmasından, dövlətlərin geoiqtisadi maraqlarından, dünya siyasi məkanının qloballaşmasından və suveren dövlətlərin hüquqlarından danışılır, dünya informasiya məkanının qloballaşmasından, panideya mübarizəsindən söz açılır.
Azərbaycan geosiyasət elminə layiqli töhfə olan kitabda hər fəslin sonunda verilmiş təkrar və məşğələ sualları tələbələrə mövzuları daha dərindən mənimsəməyə kömək edəcək.
Dərslikdə qısa geosiyasi lüğət, istifadə olunmuş ümumi ədəbiyyat və informasiya resursları barədə məlumat var, ingilis və rus dillərində xülasələr verilib.
“Aypara-3” nəşriyyatında çap olunmuş kitabın elmi redaktorları tarix elmləri doktoru, mərhum Seyfəddin Qəndilov və tarix elmləri doktoru Musa Qasımlıdır.
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

