BMT sükutunu pozdu
28.04.2022 [10:25]
Baş katib Rusiya ilə Ukrayna arasında sülhə nail ola biləcəkmi?
Pərviz SADAYOĞLU
BMT iki aydan sonra sükutunu pozaraq Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində danışıqlar prosesinə daxil olmaq qərarına gəldi. Qurumun Baş katibi Antoniu Quterreş prezident Putinlə görüşüb.
Görüşlə bağlı ictimaiyyətə geniş məlumat verilməsə də, yekunlarına həsr olunan brifinqdə bəzi məqamlara aydınlıq gətirilib. Belə ki, Quterreş Rusiya hakimiyyətinə Ukraynada humanitar dəhlizlərin təmin edilməsi üçün BMT-Rusiya-Ukrayna formatında təmas qrupu yaratmağı təklif edib. Bundan başqa, Baş katib BMT-nin öz qüvvələrini zərər çəkmiş Mariupol sakinlərinə kömək etmək üçün səfərbər etməyə, eləcə də hər kəsin şəhərdən çıxarılmasına dəstək verməyə hazır olduğunu bildirib. Rusiya prezidentindən sonra Ukrayna lideri ilə də təmas qurmağı planlaşdıran Quterreş buna qədər Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb. Bu görüşlə bağlı yayılan bəyanatda bildirilir ki, BMT baş katibinin ofisi Türkiyənin münaqişəyə son qoymaq səylərini alqışlayıb.
İndiki məqamda Quterreşin vasitəçilik səyləri nəticə vəd edirmi? Çünki BMT-nin sülh danışıqları üçün zəmin yaratmağa çalışdığı dövrdə hələ də bəzi dövlətlərdən silahlandırma ilə bağlı bəyanatlar səsləndirilməkdədir.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, Rusiya ilə Ukrayna arasında aktiv müharibə davam edir, paralel olaraq isə danışıqlarla bağlı səylər müşahidə olunmaqdadır: “Bu səylərin effektivliyi daha çox Türkiyənin timsalında nəzərə çarpmaqdadır. Xatırladaq ki, müharibənin qızğın dövrünə təsadüf edən İstanbul görüşündə müəyyən nəticələr əldə edilmişdi. Təəssüf ki, digər vasitəçilər, demək olar ki, gözə dəymir. Ortada qəribə bir mənzərə var. Əslində, sülhün bərqərar olması işi ilə ta başından bəri BMT məşğul olmalı idi. Onlar ötən iki ay ərzində sülhə çağırış etməklə kifayətlənməməli, praktiki addımlar atmalı idilər. Bir sözlə, BMT-nin fəaliyyətində vasitəçilik daha çox özünü büruzə verməli idi. Amma biz bunu görmədik. Əksinə, NATO ölkəsi olan Türkiyənin vasitəçiliyi daha effektiv təsir bağışladı. Bu ondan xəbər verir ki, Türkiyə Prezidentinin BMT-də ciddi islahatların həyata keçirilməsi ilə bağlı fikirləri həqiqəti əks etdirir”.
İ.Vəlizadənin fikrincə, aktiv müharibənin getdiyi, günahsız insanların öldürüldüyü bir zamanda BMT susur, prosesə müdaxilə etmək istəmir, əksinə kənardan izləyir. Bu, paradoksal bir vəziyyət yaradır. “BMT vasitəçiliyə çox gec start verib. Digər tərəfdən, hələ də öz səylərində Türkiyəyə arxalanır. Görünür, BMT-nin bu vasitəçiliyə resursu kifayət etmir. Düşünürəm ki, Quterreşin prosesə müdaxilə istəyində əsas məqsəd BMT-nin nüfuzunu xilas etməkdir. Çünki bu danışıqlarda hər hansı bir effekt görmürəm. Aparılan müzakirələrdə, prosesdə hər kəs öz maraqlarından çıxış edir. BMT rəhbərliyini hərəkətə gətirən faktor qurumun imicini bərpa etmək istəyidir. Düzdür, BMT-nin sülhün yaradılmasına təsiri böyük ola bilər. Amma bunun üçün iradə lazımdır. Quterreş təsir imkanlarını daha açıq şəkildə ortaya qoyarsa, müharibənin real qlobal təhlükəsizlik sisteminə nə qədər böyük ziyan vurduğunu göstərməyi bacararsa, nəticə əldə oluna bilər. BMT kimi təşkilatın prosesə qatılması müəyyən mənada təkanverici faktor sayılır. Quterreş tərəflər arasında birbaşa təmasın yaranmasında da rol oynaya bilər”, - deyə o əlavə edib.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

