Sülh prosesində irəliləyişə nail olmaq üçün...
06.05.2022 [10:01]
Brüssel görüşləri mühüm əhəmiyyət daşıyır
Nurlan QƏLƏNDƏRLİ
Beynəlxalq ictimaiyyətin nəzəri Şərqi Avropadakı müharibədə olmaqla yanaşı, həm də postmüharibə dönəminə qədəm qoymuş Cənubi Qafqazdadır. Xüsusilə də, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi bölgənin strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur. Ekspertlər qeyd edirlər ki, yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir.
Bəllidir ki, Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə Brüsseldə görüşü - üçtərəfli görüş zamanı postmünaqişə mərhələsinin reallıqları diqqət mərkəzində oldu. 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq edilməsi üçün humanitar tədbirlərin davam etdirilməsi, sərhədlərin delimitasiya və demarkasiyası ilə əlaqədar konkret addımların atılması, kommunikasiyaların açılması məsələləri geniş müzakirə edildi. Ən əsası, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alındı. Hər iki ölkənin xarici işlər nazirlərinə müvafiq təlimatların verilməsi irəliyə doğru mühüm addım atıldığını - prosesin davam etdiyini göstərirdi. Bununla yanaşı, razılığa gəlinən digər məsələ sərhədlərin dəqiqləşdirilməsi ilə əlaqədar idi. Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratmaq barədə qərarları sərhəddə gərginliyin aradan qaldırılması, delimitasiya və demarkasiya prosesinin maneəsiz və ardıcıl davam etdirilməsi üçün önəmli idi. Bütövlükdə, Azərbaycan Prezidentinin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni formatın - Brüssel sülh gündəliyinin yaranması təmasların intensivləşdirilməsi və nəticəyə yönəlik fəaliyyətin davam etdirilməsi baxımından əhəmiyyətlidir.
Ümumiyyətlə, Azərbaycan siyasi-hüquqi öhdəliklərinə sadiq qalaraq bəyanatları və strateji fəaliyyəti ilə sülh quruculuğuna mühüm töhfələr verir. Bakının mövqeyi konkret, qəti və birmənalıdır. Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır. Xüsusilə də, ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsipləri əsas götürülməlidir. İki dövlət məhz Azərbaycanın təklif və təqdim etdiyi beş baza prinsipi əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V - Zəfər Qurultayında çıxışı zamanı qeyd etdi ki, “yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır və danışıqları çox uzatmaq lazım deyil”.
Hazırda tərəflər sülh müqaviləsinin imzalanması ilə əlaqədar təmasları davam etdirirlər. Xarici işlər nazirləri arasında birbaşa telefon danışıqlarının baş tutması bu baxımdan qeyd edilməlidir. Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında iki görüş keçirilib. Ekspertlər bu məqamları nəzərə alaraq qeyd edirlər ki, prosesdə irəliləyişə nail olmaq mümkündür. Başqa sözlə, sülh prosesində irəliləyişə nail olmaq üçün Brüssel görüşləri mühüm əhəmiyyət daşıyır.
Bütövlükdə, Azərbaycan Prezidentinin dərin strateji diplomatiya siyasəti konkret nəticə və səmərə verir. Regionda etimad quruculuğu naminə əlverişli zəmin formalaşdırılır, sülhə doğru qəti addımlar atılır. Analitiklər vurğulayırlar ki, proses ləng getsə də, davam edir. İrəvanda müəyyən siyasi dairələr müxalifətin etiraz aksiyalarını bəhanə kimi göstərərək Brüssel sülh gündəliyini hədəfə almağa çalışsalar da, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki birincisi, Ermənistan geosiyasi reallıqları dəyişdirmək, prosesi pozmaq gücündə və iqtidarında deyil. İkincisi, bu ölkənin baş naziri sənədlərə imza ataraq siyasi-hüquqi öhdəlik götürüb və bu, hakimiyyətin deyil, dövlətin öhdəliyidir. Bu məsuliyyətdən yayınmaq mümkün deyil. Nəhayət, şərtləri diktə edən qalib Azərbaycanın iradəsi həlledicidir!
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29

