Müxalifətlə bağlı verdiyimiz proqnozlar real hadisələrə çevrilməkdədir
11.11.2010 [13:21]
Hələ parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasından əvvəl dəfələrlə dərc etdiyimiz yazılarda müxalifətin mövcud məğlub durumu haqqında ictimaiyyəti məlumatlandırmışdıq. Əlbəttə ki, bu vəziyyətə uyğun olaraq, təhlillər apardıqdan sonra siyasi prosesdə biabırçı şəkildə məğlub olaraq, xalq tərəfindən növbəti dəfə siyasi meydanın kənarına atılacaq müxalifətin gələcək addımları haqqında da proqnozlar vermişdik. Artıq seçkilər başa çatıb və müxalifətlə bağlı verdiyimiz proqnozlar real hadisələrə çevrilməyə başlayıb...
Budəfəki seçkilər də xalqın iradəsini əks etdirdi
Artıq hər kəsə aydındır ki, 2010-cu il noyabrın 7-də Azərbaycan Milli Məclisinə seçkilər beynəlxalq standartlara uyğun, demokratik, şəffaf, ədalətli, seçici fəallığı şəraitində keçirildi. Beynəlxalq müşahidəçilər seçicilərin yüksək fəallığı, seçki prosesinin qanunauyğun və yüksək səviyyəli təşkili, Mərkəzi Seçki Komissiyasının, “Seçkilər” İnformasiya Mərkəzinin, dairə və məntəqə komissiyalarının fəaliyyəti barədə müsbət fikirlər bildirdi, seçki prosesinin beynəlxalq standartlara uyğun təşkil olunduğunu, heç bir qanun pozuntusuna rast gəlinmədiyini xüsusi qeyd etdilər. Seçki prosesini izləyən müşahidə missiyaları keçirdikləri mətbuat konfranslarında seçkilərin demokratik və beynəlxalq standartlara uyğun keçirildiyini təsdiq etdilər.
Məsələn, ATƏT, AŞPA və Avropa Parlamentinin Azərbaycanda seçkiləri müşahidə etmiş missiyalarının birgə mətbuat konfransında ATƏT-in qısamüddətli missiyasının rəhbəri Volfhanq Qrossruk bildirdi ki, bir sıra seçki məntəqələrində səsvermə prosesində problemlər qeydə alınsa da, müsbət məqamlar kimi seçkinin dinc atmosferdə keçməsini, bütün siyasi partiyaların prosesdə iştirakını, MSK-nın iclaslarının açıq olmasını, namizədlərə 4 dəqiqəlik efir vaxtının verilməsini və milli azlıqların da prosesdə təmsil olunmasını göstərmək olar. ATƏT-in müşahidə missiyası hakimiyyətin ədalətli seçki prosesinin təmin edilməsi istiqamətində səylərini xüsusi qeyd etdi. ötən seçkilərlə müqayisədə bu seçkilərdə sakit mühitin olduğu, insidentlərin olmaması müsbət hal kimi səciyyələndirildi. Eyni zamanda, müşahidə missiyası Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin yüksək texniki hazırlığının təmin edilməsini müsbət hal kimi qeyd etdilər.
AŞPA müşahidə missiyasının rəhbəri Poll Vill bəyan etdi ki, seçkilər beynəlxalq standartlara və ATƏT standartlarına tam uyğun keçirildi.
Avropalılar bildirdilər ki, seçkilər sakit şəraitdə keçdi, seçki prosesinin texniki təminatı yüksək səviyyədə oldu. Bütün bunlar Azərbaycanın demokratik ölkə kimi inkişaf etdiyini deməyə əsas verir. Onlar, eyni zamanda, seçkilərdə zorakılıq hallarının mövcud olmadığını qeyd etdilər.
MDB-nin və Birliyin Parlamentlərarası Assambleyasının müşahidə missiyalarının üzvləri isə birgə mətbuat konfransında parlament seçkilərinin Azərbaycanın seçki qanunvericiliyinə uyğun, yüksək səviyyədə keçirildiyini bildirdilər. Onlar da seçkilərin demokratik, şəffaf və yüksək səviyyədə keçirildiyini bəyan etdilər, hətta seçki komissiyalarının üzvləri və yerli müşahidəçilər arasında qadınların sayının çox olmasını yüksək qiymətləndirdilər.
Avropa Seçkiləri Müşahidə Akademiyasının (ASMA) Azərbaycanda parlament seçkilərini müşahidə etmiş missiyasının üzvləri də keçirdikləri mətbuat konfransında dedilər ki, Azərbaycanda keçirilmiş parlament seçkilərində səsvermə prosesi mütəşəkkil, beynəlxalq standartlara uyğun təşkil olundu. Belçika parlamentinin üzvü Detxe Alain müşahidə missiyasının yekun mövqeyini açıqlayaraq bildirdi ki, seçki məntəqələrinə giriş azad oldu, seçici fəallığı müşahidə edildi, hətta bəzi məntəqələrdə seçicilərin növbəsi yarandı.
TürkPA müşahidə missiyasının üzvləri də Azərbaycanda seçkilərin demokratik, azad, şəffaf və beynəlxalq normalara uyğun keçirildiyini diqqətə çatdırdılar.
GUAM-ın müşahidə missiyası isə öz rəyində bildirdi ki, Azərbaycanda parlament seçkiləri beynəlxalq standartlara, o cümlədən, ATƏT və Avropa Şurası qarşısında götürülən öhdəliklərə uyğun keçdi.
Yeri gəlmişkən, xarici mətbuat orqanları da Azərbaycanda keçirilən parlament seçkilərinə böyük diqqət göstərdi, televiziya kanalları, mətbuatda, internetdə verilən materiallarda seçki prosesi yüksək qiymətləndirildi. Hətta müxalifətin tez-tez istinad etdiyi KİV-lər də parlament seçkilərini yüksək dəyərləndirdilər.
7 noyabr parlament seçkiləri bir sıra yeni uğurlarla da yadda qaldı
Demokratik inkişaf yolunu tutan Azərbaycan bu yolda bütün mümkün vasitələrdən istifadə etməklə, özünün doğru yolda olduğunu dəfələrlə sübut edib. Demokratiyanın əsas ünsürlərinin hansı səviyyədə inkişaf etdiyini isə seçki prosesində daha aydın sezmək olur. Azərbaycan iqtidarı da hər dəfə seçkilərin daha şəffaf və ədalətli keçməsi üçün bütün siyasi qüvvələrə qanuni resurslardan istifadə üçün bərabər imkanlar yaradır. Eyni zamanda, seçki qanunvericiliyinin daha da təkmilləşdirilməsi, cəmiyyətin bütün təbəqələrinin siyasi proseslərdə aktiv iştirakının təmin edilməsi Azərbaycanın demokratik dəyərlərin oturuşmasında nə dəqər maraqlı olduğunu aydın şəkildə göstərir. Beləliklə də, hər bir seçki ölkəmizin demokratik inkişaf tarixinə uğurlu məqam kimi daxil olur.
Budəfəki seçkilər də Azərbaycanın həyatında uğurlu bir məqam kimi yadda qaldı və demokratik zəfər günü kimi dəyərləndirildi. Hökumətin demokratik seçilərin keçirilməsində maraqlı olduğunu bu dəfə də müşahidə etdik. Hətta uğurlar o dərəcə gözəgörünəndir ki, yuxarıda da qeyd etdiyimiz kimi, bunu avropalı müşahidəçilər belə bəyan etdilər.
Belə ki, əvvəlki seçkilərlə müqayisədə budəfəki seçkiqabağı proses və seçki günü çox sakit şəraitdə keçirildi və zorakılığa yol verilmədi. Həmçinin, əvvəlki seçkilərlə müqayisədə bütün siyasi partiyalar seçkilərdə iştirak etdilər və parlamentdə 40 min seçicini təmsil etmək üçün 11 partiyanın nümayəndələri təmsilçilik hüququ qazandı.
Bununla yanaşı, bütün müxalifət üzvləri MSK-da öz yerlərini tutdular. MSK tez-tez açıq görüşlər keçirdi, bütün tələbləri qanun çərçivəsində nəzərdə tutulmuş vaxta kimi yerinə yetirdi və bütün qaydalara qabaqcadan yaxşı əməl etdi. Eyni zamanda, MSK bütün namizədlərə İTV-də 4 dəqiqəlik efir vaxtı ayırmağı da qərara aldı, qeydiyyatları ləğv olunmuş 172 namizədlərdən 43-nün qeydiyyatı yenidən bərpa edildi.
Budəfəki parlament seçkilərində çox yüksək sayda beynəlxalq və yerli müşahidəçilər qeydə alındı. Xüsusi olaraq qeyd edilməlidir ki, beynəlxalq müşahidəçilər MSK ilə əməkdaşlıqdan çox razı qaldılar.
Xüsusi məqam kimi onu da qeyd edək ki, Azərbaycan dünyanın o ölkələrindəndir ki, burada etnik azlıqlar bütün siyasi proseslərdə mütəşəkkillik nümayiş etdirirlər. Hətta seçkili siyasi proseslərdə belə onların nümayəndələri passiv seçici qismində iştirak edərək təmsilçilik hüququ qazanırlar. Budəfəki parlament seçkilərində də bu xüsusi hal özünü qabarıq şəkildə büruzə verdi. Yəni, milli azlıq nümayəndələri bütün əsas siyasi partiyalarda təmsil olundular.
Qadın namizədlərin sayı isə bundan əvvəlki parlament seçkiləri ilə müqayisədə 10 faizdən 13 faizə qalxdı.
Bir sözlə, seçkiləri yüksək səviyyədə keçirməklə (bəzi seçki məntəqələrində yeni texnologiyaların tətbiqi sayəsində səsvermə prosesini canlı olaraq internet vasitəsilə də izləmə imkanının yaradılması, seçicilərə səsvermədə birbaşa və ya dolayı təsir faktlarının qeydə alınmaması və seçki komissiyalarının işinə müdaxilələrin olmaması, “exit-poll” keçirilməsinə şəraitin yaradılması) Azərbaycan dövləti demokratik seçkilərin keçirilməsi ilə bağlı beynəlxalq öhdəliklərə riayət etdiyini, eləcə də, seçki prosesində bütün iştirakçıların seçki hüquq və azadlıqlarının təmin olunduğunu təsdiq etdi.
Beləliklə də, beynəlxalq müşahidəçilərin də rəylərinə əsasən deyə bilərik ki, 7 noyabr parlament seçkiləri bir daha Azərbaycanın demokratik inkişaf yolunda düzgün istiqamətdə olduğunu sübut etdi.
“Müxalifət məğlub olubsa, demək ki, seçkilər saxtakarlıqla keçirildi” - siyasi reallıqdan və rasional düşüncədən kənar rəy
Göründüyü kimi, 7 noyabr parlament seçkilərinin beynəlxalq seçki standartlarına uyğun keçirilməsi haqqında həm yerli, həm beynəlxalq təşkilatların, həm də xarici KİV-lərin rəyi müsbətdir. Amma nədənsə, öz ampluasında qalan, yenidən psixologiyasına və təbiətinə uyğun hərəkətlər edən, fikirlər səsləndirən müxalifət siyasi şou düzənləməkdədir.
Xatırladaq ki, ATƏT, AŞPA və Avropa Parlamentinin Azərbaycanda seçkiləri müşahidə etmiş missiyalarının birgə mətbuat konfransında müxalifət namizədlərinin böyük əksəriyyətinin seçilməməsinə müşahidəçilərin münasibətini soruşan jurnalistə O.Qlover “Demokratiya güclü müxalifət tələb edir. Lakin onları kimin seçdiyini biz müəyyənləşdirmirik. Onları seçicilər seçir, müxalifət nümayəndələrini seçib seçməmək onlardan asılıdır” cavabını verdi.
Bəli, bu həqiqətdir və görünür artıq Qərb də Azərbaycanda özünü müxalifət kimi qələmə verənləri həqiqi siyasi qüvvələr tək qəbul etmir. Bunu, eyni zamanda, müxalifət nümayəndələri də sezirlər. Lakin onlar müxtəlif vasitələrdən istifadə edərək, siyasi səhnədə kamikadzeyə çevrilmək istəmirlər. Müxalifət gələcək seçkilərə qədər yaşamaq, xarici dairələrin maddi yardımlarını əldə etmək və anti-Azərbaycan qüvvələrin işinə yarınmaq üçün bütün resurslarını işə salıb. Bu gün onlar siyasi etikadan və düşüncədən kənar rəy (müxalifət məğlub olubsa, demək ki, seçkilər saxtakarlıqla keçirildi) ətrafında toplaşıblar.
Ona görə də, sosial bazası olmayan, zəif elektorata malik müxalifət partiyaları, onların seçici səsi qazana bilməyən namizədləri süni şəkildə qalmaqal yaratmaqla, faktları təhrif etməklə seçkilərin guya saxtalaşdırıldığı barədə ictimai rəy formalaşdırmağa cəhd göstərir, müxalifət mətbuatı heç bir əsası olmayan qərəzli xəbərlər, dezinformasiya yayırlar.
Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi və ictimaiyyətə açıqladığı faktlar müxalifətin məqsədyönlü dezinformasiya siyasətini ifşa etdi. İctimaiyyət bir daha əmin oldu ki, müxalifət süni şəkildə şou düzəltməklə beynəlxalq və ictimai rəyi Azərbaycana qarşı yönəltmək və bu yolla layiq olmadığı dividendlər əldə etmək niyyəti güdür. Lakin xalqın da Vətənə, insanlara xidmət edənləri, parlamentdə onları təmsil etməyə layiq olanları seçməsi müxalifətə tərs sillə oldu.
Ona görə də, əminliklə demək olar ki, müxalifətin qurduğu bu “oyunlar” və saldığı səs-küy, sadəcə olaraq, siyasi şoudan başqa bir şey deyil. Müəyyən müddətdən sonra müxalifət yenidən siyasi səhnənin küncünə çəkiləcək və növbəti dəfə keçiriləcək seçkilərdə hansı üzlə iştirak edəcəklərini düşünəcək.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42

