/ / Bu gün bizim dünya mətbuatı ilə müqayisə oluna biləcək yazılı mediamız, elektron KİV-lərimiz və peşəkar jurnalistlərimiz var
Bu gün bizim dünya mətbuatı ilə müqayisə oluna biləcək yazılı mediamız, elektron KİV-lərimiz və peşəkar jurnalistlərimiz var
11.11.2010 [13:36]
Məlumat verildiyi kimi, Azərbaycan Milli Mətbuatının 135 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyev 2010-cu il iyulun 21-də bir qrup mətbuat işçisinin fəxri adlar və “Tərəqqi” medalı ilə təltif olunması barədə sərəncamlar imzalamışdı. Dünən Beynəlxalq Mətbuat Mərkəzində fəxri adların və medalların təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan mediasının zəngin ənənələrinin və tarixinin olduğunu vurğulayaraq, Milli Mətbuatın yaradılmasının 135 illik yubileyinin geniş tədbirlərlə qeyd edildiyini xatırladıb. Bildirib ki, bu tədbirlər çərçivəsində Prezident İlham Əliyev Mətbuat Şurasının binasının açılış mərasimində iştirak edib və Şuranın üzvləri ilə görüşüb, bir qrup mətbuat işçisinin təltif olunması, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncamlar imzalayıb.
Müstəqilliyimizin ilk illərindən bu günədək mətbuatımızın inkişaf mərhələlərinə nəzər salan Ə.Həsənov bildirib ki, 1991-ci illə bugünkü vəziyyəti müqayisə edəndə Azərbaycan mətbuatı ciddi və böyük bir inkişaf yolu keçib: “Bu gün bizim dünya mətbuatı ilə müqayisə oluna biləcək yazılı mediamız, elektron KİV-lərimiz, peşəkar jurnalistlərimiz var. Dünya miqyasında Azərbaycanı təmsil edə biləcək media ictimaiyyətimiz mövcuddur. Bütün bunları götürəndə Azərbaycan mətbuatının inkişafında müstəqillik illərində müşahidə olunan bu dövr tərəqqi və inkişaf dövrü olmuşdur”.
Hər bir ölkədə müstəqil, azad mətbuatın fəaliyyəti və inkişafı üçün qanunvericilik bazasının yaradılmasının, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsinin, jurnalist əxlaqının, mənəviyyatının və peşəkarlığının zəruriliyini bildirən Ə.Həsənov, Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımların əhəmiyyətini vurğulayıb.
Jurnalistikanın unikal peşə, təkrarolunmaz sənət olduğunu deyən Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, jurnalistin fəaliyyətinin nəticəsində cəmiyyət idarə olunur, ictimai mühit və davranış normaları formalaşır: “Ona görə də mətbuat üçün hər bir jurnalistin peşə əxlaqı, mənəviyyatı mühüm rol oynayır. ümummilli lider Heydər Əliyev həmişə jurnalistin peşəkarlığı ilə yanaşı, onun fədakarlığına və əxlaqına xüsusi önəm vermişdir”.
Əli Həsənov deyib ki, milli mətbuatımızın formalaşması və inkişafının ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş konsepsiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir: “Dövlətin mətbuatın inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ötən il KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmış, mətbuatın inkişafı ilə bağlı xüsusi konsepsiya qəbul olunmuşdur”.
Qeyd edilib ki, Azərbaycan dövlətinin bugünkü mətbuat siyasəti üç amal üzərində qurulub: mətbuatın maddi-texniki bazasının gücləndirilməsinin, müstəqil medianın fəaliyyətinin genişləndirilməsinin, jurnalistlərimizin peşəkarlığının və mənəvi-əxlaqi davranışının artırılmasının qayğısına qalmaq.
Prezident İlham Əliyevin mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzaladığı Sərəncamın əhəmiyyətini vurğulayan Əli Həsənov qeyd edib ki, mətbuatımızın inkişafı üçün dövlətin atacağı addımlar bundan sonra da davam edəcək: “Azərbaycan jurnalistikasına, azad sözə, cəmiyyətimizin mənəvi-əxlaqi saflığına, mədəniyyətimizin, dilimizin, ictimai həyat normalarının inkişafına xidmət edən hər bir jurnalist hansı siyasi düşərgəyə mənsub olmasına baxmayaraq, Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunacaqdır”.
Sonra fəxri adların nişan və vəsiqələri, “Tərəqqi” medalı sahiblərinə təqdim olunub.
Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın inkişafına, mətbuat işçilərinin təltif olunmasına, eləcə də, onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə media ictimaiyyəti adından minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

