Parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilib
12.11.2010 [09:53]
Seçkilərin keçirildiyi şərait, nəticələrin obyektivliyi hər bir ölkədə demokratiyanın hansı səviyyədə inkişaf etdiyini göstərən mühüm faktorlardandır. Gənc müstəqil dövlət olan Azərbaycanda baş tutan növbəti seçki isə ölkəmizin demokratik prinsiplərin, ənənələrin bərqərar olması yönündə böyük uğurlar əldə etdiyini bir daha təsdiqlədi. Belə ki, noyabrın 7-də Milli Məclisə keçirilən seçki şəffaflığı və rəqabətliliyi ilə beynəlxalq müşahidəçilərin diqqətini cəlb edib. Əslində, seçkilərin ədalətli keçiriləcəyi qabaqcadan heç kimdə şübhə doğurmurdu. çünki dövlət bütün namizədlərin seçkiqabağı kampaniyanı sərbəst və aktiv şəkildə həyata keçirməsi üçün hər bir şəraiti yaratmışdı. Xatırladaq ki, bütün müxalifət partiyalarının prosesdə iştirak etməsi, siyasi mövqeyindən asılı olmayaraq bütün namizədlərə bərabər şəraitin yaradılması, eləcə də, hər bir namizədə pulsuz efir vaxtından istifadə hüququnun verilməsi və digər çoxsaylı amillər seçkinin obyektiv keçirilməsi üçün lazım olan ilkin şəraiti yaratmışdı. Seçki öncəsi mühiti müşahidə edən müxtəlif beynəlxalq təşkilatlar da yaradılmış şəraitdən razı qaldıqlarını bildirmişdilər.
Beləliklə, gözlənildiyi kimi, seçkilər yüksək səviyyədə keçirildi. Bunu Avropa Parlamenti, AŞPA, ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatların seçkilərin obyektiv keçirilməsi ilə bağlı yaydıqları rəsmi bəyanatlar da təsdiq edir. Belə ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Ketrin Eşton Azərbaycanda parlament seçkiləri ilə bağlı bəyanatla çıxış edərək bildirib ki, parlament seçkiləri dinc şəraitdə keçib, bütün müxalifət partiyaları siyasi proseslərdə iştirak edib. Bəyanatda, həmçinin, bildirilir ki, Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır: “Biz siyasi islahatların bundan sonra da həyata keçirilməsinə, bu prosesin, həmçinin, Şərq Tərəfdaşlığı çərçivəsində aparılmasına dəstəyimizi davam etdirməyə hazırıq”.
Müstəqil Dövlətlər Birliyi və MDB Parlamentlərarası Assambleyası Müşahidə Missiyaları üzvlərinin seçkinin gedişatı ilə bağlı açıqlamaları da avropalı diplomatların bəyanatları ilə üst-üstə düşür. MDB müşahidə missiyasının rəsmi açıqlamasında qeyd olunur ki, Azərbaycanda parlament seçkiləri ölkənin seçki qanunvericiliyinə uyğun, yüksək səviyyədə keçirilib.
Doğrudur, bəzi qüvvələr hər zaman olduğu kimi, bu dəfə də seçkilərin nəticələrinə kölgə salmağa çalışır, əksər dairələrdə Yeni Azərbaycan Partiyasından olan namizədlərin qalib gəlməsini həzm edə bilmir. Lakin Azərbaycan xalqı öz seçimini çoxdan edib və bütün seçkilərdə YAP-ın qalib gəlməsi xalqın bu partiyaya və onun nümayəndələrinə olan inamından irəli gəlir. YAP namizədlərinin bu seçkilərdə də qalib gəlməsi bəzi müxalifət partiyalarının iddia etdiyi kimi seçki saxtakarlığına deyil, xalqa, ölkəyə xidmət əsasında formalaşan ümumxalq rəğbəti və etimadına söykənir.
Elə AŞPA müşahidə missiyasının rəhbəri Pol Vill də AŞPA-nın, ATƏT-in, ATƏT Parlament Assambleyasının və Avropa Parlamentinin Azərbaycanda seçkiləri müşahidə etmiş missiyalarının birgə mətbuat konfransında çıxışında bunu əsaslandırıb. P.Vill bildirib ki, Yeni Azərbaycan Partiyası seçki kampaniyasını ictimai marağa səbəb ola biləcək şəkildə keçirib. AŞPA nümayəndəsinin sözlərinə görə, hakim partiyanın namizədləri təbliğatlarını əsasən seçicilərlə görüş, müzakirələr aparmaq prinsipi ilə həyata keçiriblər. O, həmçinin, əlavə edib ki, heç bir müxalifət partiyası və yaxud blokunun qeydiyyata alınmış namizədlərinin sayı 60-dan yuxarı olmadığı üçün, yalnız iqtidar partiyası İctimai TV və dövlət tərəfindən maliyyələşdirilən qəzetlərdən təbliğat üçün istifadə etmək hüququ qazanıb. Onun sözlərinə görə, hakim partiyanın pulsuz efir vaxtından istifadə etməsinin balanslaşdırılması rəqabətin göstəricisidir. P.Vill YAP namizədlərindən fərqli olaraq müxalifət namizədlərinin təbliğat kampaniyasında passivliyini və yaradılan şəraitdən tam yararlanmadığını da bildirib: “Hakim partiyanın namizədləri mediada geniş təbliğat işi aparsa da, müxalifət namizədləri bu istiqamətdə passivliyi ilə seçilirdi. Halbuki bütün namizədlərə bərabər şərait yaradılmışdı”.
Sonda, qeyd edək ki, 7 noyabr seçkiləri ilə Azərbaycan demokratik dövlətçilik yolunda inamla irəlilədiyini bir daha sübut edib və bu seçki ölkəmizdə demokratiyanın növbəti qələbəsi kimi dəyərləndirilməlidir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

