Azərbaycan Respublikası Ali Məhkəməsinin məlumatı
09.12.2010 [09:54]
Azərbaycan Respublikasının Ali Məhkəməsi ilk növbədə bildirir ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, həm kassasiya instansiyası məhkəməsinin, həm də Ali Məhkəmənin Plenumunun hər hansı bir məhkum olunmuş şəxsə təyin edilmiş cəzanın artırılması və ya onun vəziyyətinin başqa cür ağırlaşdırılması haqqında qərar qəbul etmək səlahiyyəti yoxdur. Ali Məhkəmə və onun Plenumu baxdığı bütün işlər üzrə qanunun aliliyi prinsipini rəhbər tutaraq bu tələblərə daim əməl edir, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qanuni, obyektiv və ədalətli qərarların qəbul edilməsinə nail olur.
E.Fətullayevin barəsində Plenum tərəfindən qəbul edilmiş 2010-cu il 11 noyabr tarixli qərarlarla bağlı qeyd edilməlidir ki, birinci qərarla məhkumun haqqında xüsusi ittiham qaydasında iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə həmin işin icraatına xitam verilib. Eyni tarixli ikinci qərarla E.Fətullayevin barəsindəki kassasiya kollegiyasının qərarı yalnız iki ittiham üzrə (Azərbaycan Respublikası CM-in 214.1-ci və 283.2.2-ci maddələri ilə) hissəsi ləğv edilib və bu hissələrdə cinayət işinin icraatına xitam verilib. Həmin iş üzrə E.Fətullayev, həmçinin vergidən yayınma cinayətini törətdiyinə görə də 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bu cinayəti o, Yasamal Rayon Məhkəməsinin 2006-cı il 26 sentyabr tarixli hökmü ilə (həmin hökmlə E.Fətullayevə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir) tətbiq olunmuş şərti məhkumetmə dövründə törətdiyinə görə, Plenum hökmlərin məcmusu qaydasında cəzaların təyin edilməsini tənzimləyən cinayət qanunu normalarına əsaslanaraq (CM-in 67.1-ci maddəsi) məhkumun haqqında birinci hökmlə və sonuncu hökmlə təyin edilmiş cəzaları qismən birləşdirməklə onun üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlayıb. Bu cəzanı tam çəkdiyini, habelə xüsusi ittiham qaydasında iş üzrə icraata xitam verilməsini nəzərə alaraq Plenum baxılmış işlər üzrə E.Fətullayevin həbsdən azad edilməsini qərara alıb.
Göründüyü kimi, E.Fətullayevin barəsindəki cinayət işi üzrə Plenumun qəbul etdiyi 2010-cu il 11 noyabr tarixli qərar Avropa Məhkəməsinin 2010-cu il 22 aprel tarixli qərarında müəyyən edilmiş tələblərə tam uyğun olub və həmin qərarla məhkuma istər vergidən yayınma cinayətinə görə, istərsə də hökmlərin məcmusu üzrə təyin edilmiş cəzaların müddətləri nəinki artırılmayıb, əksinə qəti cəzanın müddəti azaldılıb, bununla da məhkumun vəziyyəti yüngülləşdirilib.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən E.Fətullayevin barəsində qəbul edilmiş qərarlar Avropa Şurası Nazirlər Komitəsinin 2010-cu il 3 dekabr tarixli iclasında müzakirə olunub və həmin qərarlardan Komitənin məmnun qalması haqqında qərar qəbul edilib.
E.Fətullayevin həbsdə saxlanılması onun cəzaçəkmə müəssisəsində törətdiyi başqa cinayətlə əlaqədar olub və həmin cinayətlə bağlı yalnız birinci instansiya məhkəməsi tərəfindən baxılmış iş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müzakirə predmeti olmayıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

