Turqut Ərin yalanları nəyə hesablanıb?
03.12.2010 [10:07]
Son dövrlərdə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində əsaslı addımların atılması, bu addımların qətiliyi və digər tərəfdən ölkəmizin apardığı siyasi kursun böyük dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi, o cümlədən, qardaş Türkiyə Cümhuriyyətinin dönməz mövqedən çıxış edərək Azərbaycanın maraqlarını qoruması bəzi dairələri narahat edir. Məhz bu narahatlıqlar iki qardaş dövlət arasında problemlərin yaranmasını arzulayanları hərəkətə gətirib. Təbii ki, hər hansı nəticənin hasil olmadığı bu fitnələr cəmiyyətimiz tərəfindən heç də inandırıcı qəbul olunmur. Tarixən, sadəcə, iki qonşu səviyyəsində deyil, yaxın qardaşlıq telləri ilə bir-birinə bağlanan bu dövlətləri-Azərbaycanla Türkiyəni bir-birindən ayrı salmağa çalışsalar da, bu fəaliyyət hər zaman boşa çıxıb. Bu dəfə də o mənfur arzuların puça çıxdığı ortadadır.
ötən əsrin son on illiyində Türkiyənin Azərbaycandakı səfirliyində çalışan və çalışdığı dövrdə buraxdığı bir sıra səhvlərə görə işindən uzaqlaşdırılan Turqut Ər illər sonra guya həmin dövrdə baş verən siyasi hadisələrin “təhlilini” apararaq yalanlar və böhtanlarla dolu fikirlərini kitab şəklində dərc etdirib. Yuxarıda qeyd etdiyimiz kimi, bir sıra məlum qüvvələrin maraqlarına xidmət edən bu kitab birbaşa Türkiyə-Azərbaycan münasibətlərinə xələl yetirməyə hesablanıb. Amma bu, yalnız yalan sərsəmləmələrdən ibarət, subyektiv fikirlərin “tarixi fakt” adı altında ictimai rəyə təqdim olunması cəhdindən başqa bir şey deyil.
Nə Türkiyə, nə də Azərbaycan cəmiyyətində ciddi diplomat qismində qəbul olunmayan Turqut Ər ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən siyasi hadisələrin “mənzərəsini” cızmağa çalışan zaman böyükmiqyaslı yalanlara və səhvlərə, o cümlədən, bəlkə də, qəsdən unutqanlıqlara yol verib. Məsələn, 1990-ci ildə Azərbaycanda 20 Yanvar hadisələrinin baş verməsində AXC-Müsavat liderlərinin məsuliyyət daşıması ilə bağlı bir cümlə də yazmayan, bu məsələni “unudan” T.Ər həmin dövrdə Azərbaycanın haqq səsini ucaldan, dünyaya çatdıran Ulu öndər Heydər Əliyevin xidmətlərindən də bəhs açmır. T.Ərin “xalq qəhrəmanı” qismində təqdim etdiyi həmin müxalifət liderlərinin həmin vaxt SSRİ DTK-sı ilə “əməkdaşlığı” niyə bu psevdomilliyyətçi diplomatın yaddaşından çıxıb? Niyə o unudur ki, Qorbaçovun şər maşınının dəstəkçisinə çevrilən həmin “demokratların” səyi ilə yaradılan informasiya blokadası məhz Heydər Əliyev tərəfindən yarıldı. T.Ərin bu faktların üzərindən sükutla keçməsi isə onun əsl niyyətini müəyyənləşdirməyə imkan verən məqamlardandır.
Ya da başqa bir fakta nəzər salaq. T.Ər özü də yaxşı bilir ki, həmin vaxt hətta Türkiyədəki bəzi siyasi dairələr xarici təsirlərin təlimatlarını yerinə yetirərək Azərbaycanın idarəçiliyini ələ keçirməyə cəhdlər göstərirdi. Yenicə müstəqilliyinə qovuşmuş Azərbaycan xalqı isə suverenlik eşqi ilə alovlanırdı. Belə bir zamanda Azərbaycanın SSRİ adlı imperiyanın caynağından qurtulub yenidən başqa bir dövlətin yedəyinə çevrilməsində nə fərq vardı? Bu ehtimalı qətiyyətlə rədd edən və onun reallaşmasına imkan verməyən Azərbaycan xalqı öz dövlətinə, hakimiyyətinə sahib çıxdı. Türkiyədəki həmin marginal qruplar vasitəsilə ölkədə hətta dövlət çevrilişləri planlayanların cavabı isə xalq tərəfindən birmənalı şəkildə verildi. Xalq seçdiyi hakimiyyətinin və öz liderinin sona qədər arxasında dayandı. 1992-ci ildə, 1993-cü ilin birinci yarısında məhz həmin marginal qrupların canişinləri ölkəmizdə belə şayiələr yaymağa çalışırdılar ki, guya Azərbaycan xalqı özü dövlət qurub idarə etmək iqtidarında deyil. Bunun nəticəsi idi ki, hətta bəzi məqamlarda Türkiyə vətəndaşı ölkəmizdə nazir, komitə sədri vəzifəsinə təyin edilirdi.
ümummilli lider Heydər Əliyev məhz bu stereotipə də son qoydu. Xalqı öz hakimiyyətinə qovuşduran Ulu öndərimiz bütün addımları ilə müstəqil siyasət yürütdüyünü isbat etdi. İstər şimal qonşumuz olan Rusiya ilə, istərsə də Qərb dünyası ilə bərabərhüquqlu tərəfdaşlığın əsasını qoyan Ulu öndər Heydər Əliyev balanslaşdırılmış xarici siyasət kursunun uğurlu icrası nəticəsində Azərbaycanı qlobalmiqyaslı siyasi oyunlardan kənarda saxlaya bildi. Məhz, bunun nəticəsi idi ki, sonrakı dövrdə Azərbaycan xalqı öz milli iqtisadi siyasətinin təməlini qoydu, “Əsrin müqaviləsi” imzalandı və ölkəmizin iqtisadi inkişafına start verildi. O baxımdan, Türkiyədəki bəzi qüvvələri idarə edən həmin güc mərkəzlərinin arzularının boşa çıxması, Azərbaycanda xalqın öz hakimiyyətinə yiyə durması, öz seçdiyi liderin arxasınca getməsi niyə T.Əri bu qədər incidib?
Bəli, bu gün Azərbaycanın, Türkiyənin uğurlarına, aparılan birgə siyasətin qətiliyinə xələl gətirmək istəyənlər yalanlarla ürək bulandırmağa çalışsalar da, buna nail ola bilmirlər. çünki 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev müasir, müstəqil, inkişafı hədəfləyən Azərbaycanın əsasını qoyub. Bu əsaslar üzərində bərqərar olan müasir Azərbaycanın inkişafı ölkəmizin yerləşdiyi Cənubi Qafqaz regionunun liderinə çevrilməsinə yol açıb... Avantürist xarici dairələrin göstərişlərini gözübağlı yerinə yetirməyə çalışanlar isə bu liderlikdən həmin dairələrdən daha çox narahat olduqlarını hər addımda büruzə verirlər...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36

