Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan konstruktiv mövqe nümayiş etdirməyəcəyi təqdirdə, Azərbaycan torpaqlarını öz gücü ilə azad etmək hüququnu özündə saxlayacaq

Ermənistan konstruktiv mövqe nümayiş etdirməyəcəyi təqdirdə, Azərbaycan torpaqlarını öz gücü ilə azad etmək hüququnu özündə saxlayacaq

03.12.2010 [10:07]

“ATƏT-in Astana sammitində Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ciddi cəhdlər göstərildi. Faktiki olaraq böyük dövlətlər mövqelərini ortaya qoydular və bildirdilər ki, bu münaqişənin sülh yolu ilə həlli üçün dövlətlər bir-birinə güzəştə getməlidirlər. Təəssüf ki, biz bunu görmədik, Ermənistan tərəfi mübahisə mövzusu olan məsələləri qabardaraq məsələnin həllindən yayındı”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov verib. O bildirib ki, Astana sammitindən sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinin aktivləşdiriləcəyi gözlənilir: “Biz bu prosesin daha da aktivləşəcəyini gözləyirdik. Cənab Prezident dedi ki, Azərbaycan tərəfinin səbrinin bir həddi var. Bu məsələnin sülh yolu ilə həlli prinsipi qəbul etdirilməyə çalışılır və bu, o zaman mümkündür ki, Ermənistan tərəfi konstruktiv mövqe nümayiş etdirsin. Ermənistan Azərbaycanı münaqişənin sülh yoluna sürükləyib, özü bu yola gəlməyəcəksə, biz torpaqlarımızı azad etmək hüququnu özümüzdə saxlayacağıq. Günün birində beynəlxalq ictimaiyyət Azərbaycanın öz gücü ilə torpaqlarını azad etməsinə təəssüflənməsin”.
Ə.Həsənov bildirib ki, Azərbaycan sammitin protokoluna bir şərtlə imza atıb: “Burada qeyd olunur ki, beynəlxalq birlik məsələnin sülh yolu ilə həllində rolunu gücləndirəcək. Ermənistan əgər buna gəlməyəcəksə, Azərbaycan öz torpaqlarını azad etmək hüququnu özündə saxlayacaq”.

Paylaş:
Baxılıb: 959 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30