Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bu gün Rusiyada azərbaycanlıların yeni, Rusiya cəmiyyətinə fəal inteqrasiya etməyə çalışan nəsli formalaşır

Bu gün Rusiyada azərbaycanlıların yeni, Rusiya cəmiyyətinə fəal inteqrasiya etməyə çalışan nəsli formalaşır

06.12.2010 [10:11]

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində olub
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində olub. Səfər çərçivəsində L.Əliyeva Rusiyanın Ural Federal Dairəsində -Sverdlovsk, çelyabinsk və Tümen vilayətlərində RAGT-nin regional bölmərinin nümayəndələri ilə görüşüb.
Görüşü Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu Sultan Qasımov açıb. O, Heydər Əliyev Fondunun və onun Rusiyadakı nümayəndəliyinin ikitərəfli humanitar əməkdaşlığın genişlənməsinə yönəlmiş çoxşaxəli fəaliyyəti barədə məlumat verib. Sultan Qasımov Leyla Əliyevanın Yekaterinburqa səfərini bu şəhərin ictimai-siyasi həyatında mühüm hadisə adlandırıb. Diplomat təkcə Moskvada deyil, bütün Rusiyada azərbaycanlı gəncləri sıx birləşdirmiş RAGT-nin genişmiqyaslı fəaliyyətini də qeyd edib.
Sonra S.Qasımov çıxış üçün L.Əliyevaya söz verib. L.Əliyeva RAGT-nin fəaliyyəti, məqsədləri və yaxın perspektiv üçün vəzifələri barədə gənclərə məlumat verib, gənclər təşkilatı tərəfindən həyata keçirilmiş iri aksiyalar və tədbirlər barədə, birlikdə həyata keçirməli olan yeni layihələr haqqında söhbət açıb.
Leyla Əliyeva deyib ki, Yekaterinburq gözəl şəhərdir, burada azərbaycanlı tələbələrin də təhsil aldığı prestijli tədris müəssisələri çoxdur. O deyib: “Burada gənclərlə əlaqədar çox maraqlı hadisələr baş verir, festivallar, konfranslar, konsertlər və digər tədbirlər keçirilir. Əminəm ki, bizim gənclər RAGT-nin dəstəyi ilə müxtəlif mədəni tədbirləri daha fəal həyata keçirəcək və Vətənimizi ləyaqətlə təmsil edə biləcəklər”.
RAGT sədri onu da xatırladıb ki, mayın 22-də RAGT-nin yaradılmasının növbəti ildönümünə həsr edilmiş konfrans keçirilib, həmin tədbirə Moskva və Sankt-Peterburqla bərabər Arxangelsk, Tver, Vladivostok, Yekaterinburq və digər regionlardan da çoxlu tələbələr gəlib. O deyib: “RAGT-nin coğrafiyası daim genişlənir və bu, bizi sevindirir. Rusiyanın bir sıra tədris müəssisələrində azərbaycanlı gənclər klubları fəaliyyət göstərir və RAGT ilə birlikdə çoxlu mədəni tədbirlər - konsertlər, fotosərgilər, konfranslar, seminarlar, Azərbaycan Mədəniyyəti Günləri və Həftələri keçirilir”.
L.Əliyeva “Xocalıya ədalət” adlı beynəlxalq kampaniyanı RAGT tərəfindən Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirilən ən mühüm aksiyalardan biri adlandırıb. Bu Kampaniyanın məqsədi Azərbaycanın bu şəhərinin sakinlərinə qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı haqqındakı həqiqəti dünya ictimaiyyətinə çatdırmaqdır. Onun sözlərinə görə, RAGT gənclərin həyatının bütün sahələrini əhatə etməyə çalışır - idman tədbirləri, xeyriyyə aksiyaları keçirir, tələbələrimizin təhsil almasına kömək edir. RAGT başçısı deyib: “Bu yaxınlarda 18 tələbəyə “RAGT əlaçısı” mükafatı təqdim edilmişdir. ümid edirəm ki, gələn il bu cür tələbələrin sayı daha çox olacaqdır”.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri razılıq hissi ilə qeyd edib ki, RAGT-nin saytı fəal işləyir, bu yaxınlarda sayt yeniləşdirilib. L.Əliyeva bildirib ki, tezliklə RAGT televiziyası yaradılacaq. O, gəncləri özlərinin çəkdiyi, Rusiyanın müxtəlif regionlarındakı oğlan və qızların bir-birini daha yaxşı tanımasına  kömək edə biləcək videosüjetləri həmin telekanala göndərməyə çağırıb. O deyib: “Bununla bərabər, tezliklə RAGT jurnalının ikinci nömrəsi çapdan çıxacaqdır. Biz bu nömrədə gənclər üçün ən maraqlı mövzuları işıqlandırmağa çalışmışıq. Əgər kiminsə maraqlı məqalələri varsa, onları bizə göndərin, biz ən yaxşılarını hökmən jurnalda dərc edəcəyik”.
RAGT sədri çıxışının sonunda deyib: “Mən böyük inamla deyə bilərəm ki, bu illər ərzində bizim birgə səylərimiz, təşəbbüskarlıq və Vətənə sevgimiz sayəsində RAGT çox işlər görməyə, böyük uğurlar qazanmağa nail olmuşdur. Lakin qarşıda görüləsi işlər, layihələr çoxdur və mən əminəm ki, biz birlikdə çox yaxşı işlər görə, Vətənimizi layiqincə təmsil edə bilərik”.
L.Əliyeva görüşün bütün iştirakçılarına və təşkilatın təəssübkeşlərinə fəallıq və dəstəyə görə təşəkkürünü bildirib.
Sonra RAGT-nin Sverdlovsk vilayəti üzrə regional bölməsinin sədri, RAGT İdarə Heyəti Şurasının üzvü Vüsal Vəliyev regional gənclər təşkilatının fəaliyyəti barədə məlumat verərək qeyd edib ki, RAGT-nin yaradılması təkcə Sverdlovsk vilayətində deyil, bütün Rusiyada azərbaycanlı gənclər hərəkatının təşkilatlanmasına böyük təkan verib. Onun sözlərinə görə, bu gün Rusiyada azərbaycanlıların yeni, Rusiya cəmiyyətinə fəal inteqrasiya etməyə çalışan nəsli formalaşır.
RAGT-nin çelyabinsk və Tümen vilayətləri üzrə regional bölmələrinin rəhbərləri, müxtəlif ali məktəblərin tələbələri öz çıxışlarında gənclər təşkilatlarının aktual problemlərinə toxunub, perspektiv planlar barədə danışıblar. Onlar Leyla Əliyevaya Azərbaycan gənclərinə göstərdiyi qayğı və diqqətə görə, eləcə də, RAGT rəhbəri tərəfindən bu təşkilatın Sverdlovsk regional bölməsinə hədiyyə edilmiş milli geyimlərə görə təşəkkür ediblər. Görüş iştirakçıları RAGT sədrini əmin ediblər ki, bizim gənclər bundan sonra da RAGT-nin və Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin bütün tədbirlərində fəal iştirak edəcəklər. RAGT-nin Sverdlovsk bölməsinin üzvü olan gənclər adından Leyla Əliyevaya xatirə hədiyyəsi təqdim edilib.
Ural Federal Dairəsinin Azərbaycanlı Gənclər Təşkilatının fəaliyyətinə həsr olunmuş slayd-şou nümayiş etdirilib.
Sonra Leyla Əliyeva görülmüş işlər və yaxın gələcək üçün perspektiv planlar barədə gənclərin çoxsaylı suallarına cavab verib.
Görüşdə Rusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Şahin Şıxlınski iştirak edib.
Elə həmin gün Leyla Əliyeva Sverdlovsk vilayəti Qanunvericilik məclisinin nümayəndələr palatasının sədri Lyudmila Babuşkina ilə görüşüb. Görüşdə humanitar əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Paylaş:
Baxılıb: 935 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30