Heydər Əliyev ideyaları həmişəyaşardır...
07.12.2010 [09:24]
Daxili və xarici düşmənlərin ölkəni parçalamaq planları artıq yavaş-yavaş öz işini görməkdə idi. Bir tərəfdən, Ermənistanın və onun havadarlarının ölkəmizə qarşı elan olunmamış müharibəsi, digər tərəfdən, hakimiyyətdə olan qüvvələrin təhriki ilə separatizmə rəvac verilməsi ölkədə vətəndaş qarşıdurması yaratmışdı. ölkəni fəlakətdən, yaranmış bu ağır vəziyyətdən ancaq Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin qətiyyəti və iradəsi xilas edə bilərdi. Məhz Onun ən çətin şəraitdə düzgün olan yeganə yolu seçmək bacarığı nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən qurtula, müstəqil dövlətçiliyini qoruyub saxlaya bilərdi.
Ona görə də, belə bir ağır zamanda xalqımız öz xilaskarının-Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması, ölkəni bu fəlakətdən qurtarması üçün Naxçıvana üz tutdu. Hər zaman millətinin, dövlətinin inkişafı üçün çalışmış Ulu öndər Heydər Əliyev yenidən bu ağır məsuliyyəti öz çiyinlərinə götürdü.
Xalqın israrlı tələbi ilə Bakıya gələn Ulu öndər Heydər Əliyev Ali Sovetin sədri kimi fəaliyyətə başladığı ilk aylarda atdığı müdrik addımlar sayəsində qısa müddət ərzində vətəndaş müharibəsi və ölkəmizin parçalanmaq təhlükəsinin qarşısını aldı, hakimiyyəti qeyri-qanuni ələ keçirməyə cəhd göstərən cinayətkar qüvvələr xalqın dəstəyi ilə zərərsizləşdirildi. ümummilli liderimizin müdrikliyi, dünyada gedən proseslərə dərindən bələd olması, hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək səriştəsi öz bəhrəsini verdi və Bakıya gəlişindən bir neçə ay sonra ölkədə siyasi sabitlik yaradıldı. Bu isə hüquqi dövlət quruculuğu sahəsində atılması vacib olan ilk addımlardan idi. çünki ölkənin gələcək hüquqi inkişafı məhz sabitliyə əsaslanırdı.
Müstəqil Azərbaycanın ilk milli Konstitusiyası hüquqi dövlət quruculuğunun yeni mərhələsinin başlanğıcıdır
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hüquqi dövlət quruculuğu inkişaf yolunu bəyan etsə də, bu məramın həyata keçirilməsi ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Milli Konstitusiyanın qəbul olunması ilə reallaşdı. ümummilli liderimiz Heydər Əliyev milli Konstitusiyanın layihəsinin hazırlanmasını gündəlik nəzarətdə saxladı. Konstitusiyada yer alan müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunması, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi müddəalar dövlətin xarici-daxili siyasətinin prioritetini təşkil edirdi.
Ulu öndər Heydər Əliyev insan hüquq və azadlıqlarının genişləndirilməsi, demokratik dövlət quruculuğunun inkişafı istiqamətində qanun bazasını yaratmaqla dövlətin hüquqi əsasını qoydu. Bu gün Azərbaycan Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqları ilə yanaşı, xalq hakimiyyəti və dövlətin əsasları, dövlət hakimiyyətinin qolları, yerli özünüidarəetmə orqanları, hüquq və qanun ilə əlaqədar olan ictimai münasibətlərin nizamlanması da əhatəli şəkildə təsbit edilib.
Azərbaycanda demokratik inkişaf dönməzdir, əbədidir...
ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən əsas diqqətini həm də Azərbaycanın Avropa məkanına inteqrasiyasının gücləndirilməsinə yönəltmişdi. Məhz ölkəmizin Avropa Şurasına qəbul olunması bu istiqamətdə atılan böyük addımlardan biri idi. Görülən çoxşaxəli işlər qısa müddət ərzində öz bəhrəsini verdi. 1996-cı ilin iyununda Azərbaycana Avropa Şurasında “xüsusi qonaq” statusu verildi. “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 20 yanvar tarixli Sərəncamı, “Birləşmiş Millətlər Təşkilatının ümumdünya insan hüquqları bəyannaməsinin 50 illiyinin keçirilməsi haqqında” 1998-ci il 16 aprel tarixli Sərəncamı, “İnsan hüquqlarının müdafiəsinə dair dövlət proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli Sərəncamı Azərbaycanın bu yolla inamlı irəliləyişi idi. Sonrakı dövrlərdə Azərbaycan beynəlxalq təşkilatlar ilə yaxından əməkdaşlıq proqramları həyata keçirməyə başladı. Ulu öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində nail olduğumuz bu nəticələr Azərbaycanın demokratik inkişaf prosesinə dönməz xarakter verdi, azadlığın və qanunçuluğun möhkəm təminatını yaratdı və 2001-ci il yanvarın 25-də Azərbaycanın Avropa Şurası üzvlüyünə qəbul olunmasını şərtləndirdi.
Müstəqilliyimizdən ötən müddət ərzində Azərbaycan Respublikasının keçdiyi inkişaf yolunun təhlili göstərir ki, artıq Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələnin təməli qoyulub, yüksək iqtisadi artım üçün əsaslı zəmin yaradılıb. Azərbaycan Respublikasının demokratik inkişaf yolu ilə inamla irəliləməsi üçün ölkəmizdə zəruri olan təsisatlar və hüquqi baza formalaşıb. Azərbaycanın Silahlı Qüvvələri qüdrətli bir orduya çevrilib. Sosial iqtisadi və dövlət quruculuğu sahələrində, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda qazanılmış uğurlarla yanaşı, digər mühüm nailiyyətlər də ölkəmizdə müstəqilliyin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan dövlətçiliyi möhkəmlənməkdə, gündən-günə güclənməkdədir. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət artıq qurulub. ölkəmiz intensiv inkişaf dövrünü yaşayır.
Dahi rəhbərimiz Heydər Əliyevin rəhbərliyi və fəal iştirakı ilə görülən işlər, əldə olunan nəticələr müstəqilliyimizin dönməz, sarsılmaz və əbədi olacağına dəlalət edir. Bu, Azərbaycan xalqının ən müqəddəs arzusudur.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf yolu uğurla davam və inkişaf etdirilir
Azərbaycan tarixində xalqımızın birliyinin təmin olunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, ərazi toxunulmazlığımızın təmin edilməsi, insanların rifahının yaxşılaşdırılması uğrunda ardıcıl, məqsədyönlü tədbirlər görən və uğurlu, dayanıqlı nəticələrə nail olan dövlətimizi öz tükənməz sərvətlərinin sahibi edən ən müdrik və ən cəsarətli rəhbər ümummilli liderimiz Heydər Əliyev olub.
Sevindirici haldır ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin böyük səriştəsi hesabına uzaqgörənliklə işləyib hazırladığı inkişaf xətti bu gün Onun siyasi varisi, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə qısa müddət ərzində Azərbaycanın dövlət büdcəsi bir neçə dəfə artırıldı, ölkəmizdə ordu quruculuğu və digər sahələrdə yüksək inkişaf əldə olundu.
2003-cü il dekabr ayının 12-i hər zaman xalqımız üçün üzüntü və kədərli bir tarix olacaq. çünki bu tarixdə Ulu öndərimiz Heydər Əliyev fiziki olaraq aramızdan ayrıldı. Bununla belə, Heydər Əliyev ideyaları, Heydər Əliyev siyasi məktəbi və inkişaf yolu bu gün də Azərbaycan xalqının inkişafının əsasını təşkil edir. Bu baxımdan Azərbaycan xalqı hər zaman öz ümummilli liderini xoş xatirələrlə xatırlayacaq.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

