Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakı Ağ Şəhər Layihəsi Kiyev şəhərində keçirilən investisiya sammitində iştirak edib

Bakı Ağ Şəhər Layihəsi Kiyev şəhərində keçirilən investisiya sammitində iştirak edib

07.12.2010 [09:23]

25-26 noyabr 2010 tarixində Ukraynanın paytaxtında keçirilən MDB və Yaxın Şərq ölkələrinin İnvestisiya Sammitində, dünyanın sürətlə inkişaf edən iki regionun perspektivli əməkdaşlıq məsələlərinə baxılıb.Tədbirdə ölkəmizi   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı” haqqında fərmanın icrası çərçivəsində həyata keçirilən və potensial investisiyalar üçün açıq olan Bakı Ağ Şəhər  Layihəsinin nümayəndələri təmsil ediblər. Layihənin təmsilçiləri iştirakçılar qarşısında “Bakı Ağ Şəhər-in İnvestisiya İmkanları” mövzusu ilə çıxış ediblər. Təqdimat zamanı dinləyicilərə Dünya Bankı tərəfindən iqtisadiyyat sahəsində qabaqcıl islahatçı kimi tanınan Azərbaycanın uğurlu iqtisadi inkişafı və  ölkəmizin investisiya imkanları barədə məlumat verilib ki, bu da öz növbəsində sammit iştirakçılarında böyük maraq yaradıb.
Tədbirin təşkilatçıları sırasında Ukrayna Nazirlər Kabineti, Ukrayna Milli Bankı və Ukraynanın İqtisadi İnkişaf Nazirliyi də var idi. Sammit dünyanın 32 ölkəsinin bütün iqtisadi sahələrində fəaliyyət göstərən ən yüksək şirkətlər qruplarının maliyyə-investisiya sahəsində maraqlı olan və təcrübə mübadiləsində iştirak etmək istəyən 400-dən çox rəhbərlərini bir araya toplayıb.

Paylaş:
Baxılıb: 914 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30