/ / Azərbaycanın daha qüdrətli bir ölkəyə çevrilməsini təmin etmək Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir
Azərbaycanın daha qüdrətli bir ölkəyə çevrilməsini təmin etmək Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir
07.12.2010 [09:26]
Sürətli tərəqqi yolunda inamla və möhtəşəm nailiyyətlərə imza atmaqla irəliləyən müasir Azərbaycan qısa zaman kəsiyində böyük inkişaf mərhələsi keçib, əldə etdiyi sosial-iqtisadi uğurlarla dünya miqyasında lider mövqeyə yüksəlib. Yerləşdiyi regionda iqtisadi və siyasi cəhətdən aparıcı dövlət olan Azərbaycan dünya birliyinə fəal inteqrasiya istiqamətində mühüm addımlar atıb, beynəlxalq hüququn tam müstəqil və mövqeyi mütləq şəkildə nəzərə alınan subyektinə çevrilib. Qazanılmış uğurlar və bugünkü Azərbaycan reallıqları ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının nə dərəcədə mükəmməl xarakter daşıdığını, onun yeni çalarlarla daha da zənginləşdirilərək dövrün tələblərinə uyğun formada Prezident İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirildiyini bariz şəkildə sübuta yetirib.
Həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticələrindən biri olaraq, Azərbaycan planlı təsərrüfat sistemindən yeni ictimai-iqtisadi formasiyaya keçid prosesini uğurla başa vurub, müasir bazar iqtisadiyyatı şəraitində yüksək tərəqqi tempinə malik olan bir ölkəyə çevrilib. İqtisadi sahədə keçid dövrünü arxada qoyan və bununla öz tərəqqisində tamamilə yeni bir mərhələ açan Azərbaycan iqtisadiyyatının inkişaf modelinin elmi-nəzəri əsaslarının işlənib hazırlanması, bu istiqamətdə geniş tədqiqat işlərinin aparılması isə günün vacib tələblərindən biridir.
İdeya və ön sözün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyev olan “İnkişafın Azərbaycan modeli” kitabı bu istiqamətdə atılan ilk addımlardan biri kimi səciyyələndirilməlidir. Kitabın redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, Əməkdar jurnalist Bəxtiyar Sadıqovdur.
“Azərbaycan” qəzetinin gərgin araşdırma və zəhməti nəticəsində yeni çapdan çıxmış silsilə məqalələr toplusundan ibarət olan kitab iqtisadi sahədə keçid dövrünün strateji istiqamətlərini, milli inkişaf strategiyasının əsas nəticələrini müfəssəl şəkildə əks etdirir. Ensiklopedik səciyyəyə malik kitab faktoloji baxımdan zəngin xarakterlidir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf olunan, “Oskar” nəşriyyat-poliqrafiya mərkəzində nəfis tərtibatda, yüksək zövqlə hazırlanan kitab ön söz və üç fəsildən ibarətdir. Burada son 17 ildə Azərbaycanda elmi əsaslarla hazırlanıb həyata keçirilən sosial-iqtisadi siyasət, reallaşdırılan islahatlar milli inkişaf modelini səciyyələndirən məsələlər kimi önə çəkilir. 1994-2009-cu illərdə iqtisadi sahədə keçid dövrünü təmin edən əsas sosial-iqtisadi hadisələrə, Ulu öndər Heydər Əliyev və Onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən verilən Sərəncam və fərmanlara, təsdiq olunan dövlət proqramlarına, digər qanunvericilik aktlarına nəzər salınır, əldə olunan nailiyyətlərin xronologiyasına diqqət yetirilir. İqtisadi keçid dövrünü başa vuran Azərbaycanda əvvəlki sosial-iqtisadi münasibətlərin, institutların bazar iqtisadiyyatına uyğun olaraq transformasiyası, islah olunması, yenilərinin formalaşması prosesinə nəzər salınır.
Sürətlə qloballaşmaqda olan dünyada həlli getdikcə daha böyük zərurətə çevrilən enerji təhlükəsizliyində Azərbaycanın rolu, yeni neft strategiyası, neft-qaz gəlirlərindən məqsədyönlü istifadə, dünya iqtisadiyyatına çevik inteqrasiya məsələləri təhlil edilir, tarixi-faktoloji əsasda oxucuların diqqətinə çatdırılır.
İqtisadiyyatın dövlət inhisarından çıxarılması və özəlləşdirilməsi, bu əsasda sahibkarlığın, rəqabət mühitinin inkişaf etdirilməsi, qiymətlərin liberallaşdırılması, bazar infrastrukturlarının formalaşdırılması, əhalinin güclü sosial müdafiəsinin yaradılması, fəal investisya siyasəti əsasında iqtisadiyyatın sosial oriyentasiyası və digər bu istiqamətlərdə Azərbaycanın əldə etdiyi nailiyyətlərə nəzər salınır. Bu kontekstdə 1994-2009-cu illər ərzində ölkə rəhbərliyi tərəfindən nümayiş etdirilən uzaqgörənliyə, vaxtında atılan vacib addımlara, imzalanan Fərman və sərəncamlara, təsdiq olunan dövlət proqramlarına diqqət yetirilir.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev kitaba ön sözdə göstərir ki, yeni iqtisadi münasibətlərin qurulması və təşəkkül tapması olduqca çətin bir prosesdir: “Bu, uzun illər boyu davam etmiş və insanların şüurunda və davranışında kök salmış bir sistemin tam transformasiyasını tələb edir. Bunun uğur qazanması ilk növbədə möhkəm siyasi iradə, düşünülmüş iqtisadi siyasət və ciddi islahatların vəhdətini şərtləndirir. Tarixi təcrübə göstərir ki, bir ictimai-iqtisadi formasiyadan digərinə keçid qeyri-sabitliklə, qarşıdurma və iğtişaşlarla səciyyələnir. Məhz bu mərhələdə ölkənin, xalqın taleyində həlledici addımlar atılır, onun inkişaf perspektivləri təyin edilir. Buna görə də siyasi hakimiyyətin qətiyyəti, uzaqgörənliyi önəmli amil kimi nəzərdən keçirilir”.
Kitabda azad bazar münasibətləri şəraitində Azərbaycan iqtisadiyyatının inkişaf tempinin daha mütəhərrik hala gəlməsi üçün qəbul olunan müvafiq dövlət proqramları və onlara əlavələr, paytaxt və regionların tarazlı, davamlı inkişafı, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulması, qeyri-neft sektorunun daha da möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması, infrastrukturun yeniləşdirilməsi sahəsində uğurlar təhlil olunur. Burada Azərbaycanın inzibati-amirlik iqtisadiyyatından bazar iqtisadiyyatına keçidi ehtiva edən dövrün sosial-iqtisadi hadisələri, onların nəticələri müvafiq fəsillər üzrə qruplaşdırılmışdır. Bu mənada kitab Azərbaycanın iqtisadi sahədə keçid dövrünü başa vurmasına yol açan dövlət siyasətinin əsas mahiyyəti, görülən işlər, onların nəticəsində hansı uğurların əldə olunması, bazar iqtisadiyyatı şəraitində qarşıda duran vəzifələrə nəzər salınması baxımından zəruri ədəbiyyatlar siyahısına daxil edilə bilər.
Bu gün ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqam xalqın sosial rifahının yaxşılaşdırılması fonunda Azərbaycanın daha qüdrətli bir ölkəyə çevrilməsini təmin etməkdir və bu, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir. “İnkişafın Azərbaycan modeli” kitabına ön sözdə akademik Ramiz Mehdiyev milli iqtisadi inkişaf modelinin sosialyönümlü mahiyyət daşıdığını diqqətə çatdıraraq yazır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət ölkə vətəndaşlarının maddi rifah halını daha da yüksəldib, sosial infrastrukturun inkişafını, ölkədə yoxsulluğun azaldılmasını, işsizliyin minimuma endirilməsini təmin edib.
ümumiyyətlə, akademik Ramiz Mehdiyevin ideya müəllifliyi ilə ərsəyə gəlmiş “İnkişafın Azərbaycan modeli” kitabı Azərbaycanın son 17 ildə həyata keçirdiyi sosial-iqtisadi siyasətin bütün əsas parametrlərinin, bu istiqamətdə həyata keçirilən islahatların obyektiv tarixi-faktoloji və elmi mənzərəsini yaradır. Yeni nəşrin ensiklopedik səciyyə daşıması təkcə iqtisadçılar, filosof və siyasətşünaslar üçün deyil, ümumən Azərbaycanın keçdiyi yolun ayrı-ayrı mərhələlərini öyrənmək istəyən tədqiqatçılar, bütövlükdə geniş oxucu kütləsi üçün maraqlı mənbə rolunu oynayacaq.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

