Tərəqqi, yüksək rifah və dinamik inkişaf strategiyasının müəllifi...
08.12.2010 [10:12]
Dünya sivilizasiyasına görkəmli şəxsiyyətlər bəxş etmiş xalqlar böyük xalqlardır. Müdrik insan təkcə öz xalqı üçün deyil, bütün dünya xalqlarının rifahı, xoş gələcəyi naminə böyük işlər, misilsiz xidmətlər göstərir. Məhz belə böyük xalqlardan biri Azərbaycan xalqı, qüdrətli şəxsiyyətlərdən biri isə siyasi səriştəsi, idarəçilik qabiliyyəti, xarizması və hadisələrə unikal yanaşması, liderlik keyfiyyətləri ilə seçilən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. XX əsrdə Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi nadir şəxsiyyətlərdən biri, dünya şöhrətli siyasətçi, təcrübəli dövlət başçısı Heydər Əliyevin bənzərsiz ömür yolu, gərgin ictimai-siyasi fəaliyyəti müasir tariximizdə mühüm və şərəfli mərhələ təşkil edir.
Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın yüksək inkişafı, xalqın sosial tərəqqisi üçün çalışıb, əvəzolunmaz xidmətlər göstərib. Onun hakimiyyətinin hələ birinci mərhələsində, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə respublikamızın güclü iqtisadiyyatının təməli qoyulub, bugünkü müstəqil Azərbaycanın yüksək iqtisadi inkişafına baza yaradan fundamental strategiya müəyyən olunub. Hələ 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial siyasət nəticəsində respublika iqtisadiyyatının bütün sahələrində yüksək inkişaf meyilləri əldə olunub. Məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar sayəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrilib. Respublikada aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikilib, yollar salınıb.
Azərbaycan xalqının ümummilli liderinin gərgin və qətiyyətli əməyi nəticəsində respublikamızın ötən əsrin 70-ci illərində hərtərəfli inkişafı üçün kompleks islahatlar həyata keçirildi. 1960-cı illərdə keçmiş ittifaq respublikaları içərisində inkişaf göstəricilərinə görə ən aşağı yerlərdən birini tutan Azərbaycan qısa müddət ərzində müqayisəolunmaz dərəcədə dəyişməyə başladı. İqtisadi, sosial, humanitar, səhiyyə, elm, təhsil və digər sahələrdə inkişaf, tərəqqi müşahidə olundu. ölkə iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanın keçmiş müttəfiq respublikaları sırasında ən ön yerlərdən birini tutmasına səbəb oldu. Beləliklə, Ulu öndər Heydər Əliyevin gərgin əməyi və fəaliyyəti sayəsində həmin dövrün Azərbaycanının və vətəndaşlarının inkişafı ilə yanaşı, həm də gələcək müstəqil Azərbaycanının, sonrakı nəsillərin xoşbəxt və firavan həyatının möhkəm təməlləri qoyuldu.
ümummilli liderin Azərbaycanın inkişafı üçün əvəzolunmaz xidmətləri Onun hakimiyyətinin ikinci dövründə, 1993-2003-cü illərdə daha böyük olub. Ən əsası odur ki, Ulu öndər müstəqil Azərbaycan dövlətinin memarıdır. çox təəssüf ki, 1993-cü ilə kimi hakimiyyətdə olan qüvvələr yenicə müstəqillik qazanmış ölkəmizin varlığını təhlükə altına salmışdı. Həmin dövrdə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda demokratik dövlət quruculuğunun təmin edilməsi və liberal bazar iqtisadiyyatının formalaşdırılması obyektiv zərurətə çevrilsə də, siyasi rəhbərliyin səriştəsizliyi nəticəsində islahatların həyata keçirilməsi mümkün olmayıb. Keçmiş iqtidarın səriştəsiz fəaliyyəti Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınmasına və ölkəmizin sosial-iqtisadi həyatında xaosun yaranmasına səbəb olmuşdu. Xarici və daxili qüvvələrin Azərbaycanı parçalamaq və dövlət kimi dünya xəritəsindən silmək planları demək olar ki, həyata keçmək üzrə idi. Bir sözlə, respublikamız məhv olmaq təhlükəsi ilə üz-üzə idi. Belə bir ağır vəziyyətdə doğma Azərbaycanı məhv olmaqdan xilas etmək, ayağa qaldırmaq, müstəqil dövlət kimi suverenliyini möhkəmləndirmək yalnız Ulu öndər Heydər Əliyev kimi nəhəng siyasi xadimin hakimiyyətə gəlməsi sayəsində mümkün ola bilərdi. Xalqın yeganə ümid yeri dünya siyasətinin dahisi olan Heydər Əliyev idi.
ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdı və Azərbaycanın başının üstünü almış təhlükə sovuşdu. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün qətiyyətli addımlar atıldı. Ulu öndər Heydər Əliyevin gərgin və əvəzolunmaz fəaliyyəti nəticəsində ölkəmizdə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı.
Ulu öndər sosial-iqtisadi islahatları paralel şəkildə və insanların sosial rifahının yüksəldilməsinə xidmət etməsini əsas prinsip hesab edərək mükəmməl islahatlar həyata keçirməyə nail oldu. Heydər Əliyev yenicə müstəqillik qazanmış ölkənin bazar iqtisadiyyatı prinsipləri əsasında yüksək inkişafına nail olmaq üçün həmin dövrün bütün sosial-iqtisadi-ictimai və siyasi amillərini nəzərə alaraq mühüm addımlar atdı. Makroiqtisadi stabilliyin qorunub saxlanılması, iqtisadi idarəetmə sistemində institusional dəyişikliklərin başa çatdırılması, inflyasiyanın aşağı salınması və əhalinin gəlirlərinin artmasına yönələn sosial siyasətin dərinləşdirilməsi, büdcənin sosial və investisiya yönümlülüyünün gücləndirilməsi, sosial meyilli iqtisadiyyatın formalaşması, işsizliyin aradan qaldırılması və digər amillər həmin dövr üçün iqtisadi siyasətin başlıca hədəflərini təşkil edirdi.
Respublikamızda ötən müddətdə idarəetmə sisteminin yeniləşməsi, struktur islahatlarının aparılması, iqtisadiyyatda funksional iqtisadi mexanizmlərin tətbiq olunması, dövlət qurumlarında islahatların həyata keçirilməsi, bazar iqtisadiyyatı ilə bağlı hüquqi-normativ bazanın yaradılması sahəsində ciddi uğurlara imza atıldı. Eyni zamanda, planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı. Qısa müddət ərzində çoxmülkiyyətli bazar iqtisadiyyatına malik olmaq üçün Azərbaycan hökuməti dövlətə məxsus müəssisələrin özəlləşdirilməsi, azad sahibkarlığın inkişaf etdirilməsi, bazarın infrastrukturunun bütün seqmentlərinin formalaşması, maliyyə sektoruna nəzarətin gücləndirilməsi, yeni vergi-gömrük rejiminin yaradılması və təkmilləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı mühüm islahatlar həyata keçirildi. Dövlətin tabeçiliyində olan torpaq mülkiyyəti kəndlilərə verildi ki, bu sahədə respublikamız MDB-də ilk islahat aparan ölkə hesab olunur. Digər sahələrdə də özəlləşdirmənin həyata keçirilməsi özəl bölmənin çəkisinin iqtisadiyyatda əhəmiyyətli dərəcədə artmasına səbəb oldu.
Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatlarının həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin bütün komponentləri təmin edildi və güclü sahibkarlıq sinfi formalaşdı. İqtisadiyyatda liberallaşmanın təmin olunması xarici sərmayəçilərin investisiya qoyuluşları üçün münbit şərait yaratdı və ölkəmizə investisiya qoymaq istəyən əcnəbilərin hökumətə təklifləri artmağa başladı. Beləliklə, siyasi və iqtisadi sabitlik bərqərar oldu, Azərbaycanın dinamik inkişafı üçün münbit zəmin formalaşdı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.
ümummilli lider Heydər Əliyev respublikamızın neft-qaz və digər enerji resursları ilə təmin olunmasını, bu ehtiyatların dünya bazarlarına nəqli yolu ilə ölkəmizin iqtisadi və siyasi təhlükəsizliyinin möhkəmlənməsini, eləcə də, ölkəmizin regionda mövqeyinin güclənməsini başlıca strateji istiqamətlərdən hesab edirdi. Ulu öndərin hazırladığı enerji konsepsiyası respublikamızda bütün iqtisadi sahələrin inkişafı üçün əhəmiyyətli zəmin yaratdı, eyni zamanda, əhalinin infrastruktur və kommunal xidmət növləri ilə təminatında həlledici rol oynadı. Respublikamızın müstəqilliyinin əsaslarının möhkəmlənməsində strateji əhəmiyyət daşıyan və Azərbaycanın regionda söz sahibinə çevrilməsinə səbəb olan “Əsrin müqaviləsi”nin imzalanması da məhz Heydər Əliyevin siyasi qətiyyətinin nəticəsi idi.
1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı və bununla da ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. “Əsrin müqaviləsi”nin imzalamasının ardınca 1997-ci ilin noyabrında “çıraq” yatağından ilk ixrac neftinin hasilatına başlandı. Neft resurslarının Qərb bazarlarına nəqlinə başlanması Azərbaycanın iqtisadiyyatının möhkəmlənməsinə gətirib çıxardı. Həmin dövrdə Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi ölkəyə valyuta axınlarının daxil olması üçün yol açmış oldu.
Ulu öndər Heydər Əliyevin əzmkarlığı Şərq-Qərb enerji dəhlizinin yaradılmasında da müstəsna rola malikdir. çünki neft müqavilələrinin imzalanması hələ hər şey demək deyildi, neftin dünya bazarına nəqli üçün boru kəmərinin çəkilməsini qətiləşdirmək vacib idi. Ulu öndərin təklif etdiyi Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin çəkilişinə həmin dövrdə mane olaraq ixrac marşrutunun reallaşmasını istəməyənlər var idi. Ulu öndərin qətiyyəti və gərgin fəaliyyəti nəticəsində 1999-cu ilin noyabrında ATƏT-in İstanbul Sammiti çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin və ABŞ-ın dövlət başçısı Bill Klintonun iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası sazişin imzalanması bu məsələnin də həllinə nöqtə qoydu və Azərbaycanın region üçün aparıcı dövlətə çevrilməsini şərtləndirmiş oldu. BTC-nin reallaşması Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində və sabitliyin təminatında əhəmiyyətli faktor rolunu oynamaqla yanaşı, bölgənin təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edən siyasi-iqtisadi hadisə idi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə yol açmaqla bərabər, yeni enerji dəhlizləri üçün açar rolunu oynadı. Beləliklə, BTC Azərbaycana xarici sərmayələrin axınına və investorların ölkəmizə inamının tamamilə möhkəmlənməsinə baza yaratdı.
ümummilli liderin əzmkarlığı və uzaqgörənliyi sayəsində həyata keçirilən neft-qaz layihələri Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin olunmasını möhkəmləndirməklə yanaşı, regionun siyasi-iqtisadi mənzərəsinin dəyişməsinə təkan vermiş oldu. ümumiyyətlə, Heydər Əliyevin neft strategiyasının başlıca hədəfləri respublikamızın iqtisadi inkişafını sürətləndirmək, regionda geostrateji mövqeyini möhkəmləndirmək fəlsəfəsini əhatə etməklə yanaşı, bütün ölkələrlə azad, bərabər prinsiplərə əsaslanan əməkdaşlığın dərinləşdirilməsinə və regionda sülh və təhlükəsizlik dəhlizinin yaradılmasına xidmət edirdi. Dahi siyasətçinin təməlini qoyduğu iqtisadi inkişaf strategiyası Azərbaycanın iqtisadi və siyasi nüfuzunun artmasına, dünya dövlətləri, xarici təşkilatlar, iri investisiya qurumları ilə əlaqələrinin möhkəmlənməsinə impuls verdi.
Bu gün həyata keçirilən enerji layihələri, yeni tranzit marşrutlarının gerçəkləşməsi Ulu öndərin 16 il əvvəl müəyyənləşdirdiyi neft strategiyasının təməl prinsiplərinə əsaslanır. Hazırda həyata keçirilən diversifikasiya siyasətinin, çoxşəbəkəli enerji marşrutları strategiyasının və ümumilikdə, Trans-Avrasiya enerji sisteminin yaradılması siyasətinin bütün elementlərinin bazasında ümummilli lider Heydər Əliyevin ötən əsrin sonlarında hazırladığı enerji konsepsiyasının fundamental əsasları dayanır.
ümummilli lider Heydər Əliyev ötən əsrin əvvəllərində fundamental iqtisadi model hazırlamaqla bugünkü dinamik inkişafın dərin təməllərini qoyub. Ulu öndərin həyata keçirdiyi kompleks və sistemli islahatlar nəticəsində respublikamız 1995-2003-cü illər ərzində yüksək inkişaf yolu keçib və iqtisadiyyatda dinamik artım meyilləri yaranıb. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, xarici ticarət dövriyyəsi 4 dəfə, orta aylıq real əməkhaqqı 5,1 dəfə artıb, inflyasiya səviyyəsi 2-3 faizə endirilib. Bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönələn investisiyaların həcmi 20 milyard dolları ötüb.
Ulu öndərin əsasını qoyduğu inkişaf strategiyası ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb və respublikamızın sonrakı illər üzrə sıçrayışlı inkişafına təkan verib. ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyası Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadi inkişafın yeni mərhələsinə daxil olub. Bu gün Azərbaycanın dünyada inkişaf templərinə malik olan ölkə kimi iqtisadi gücü artmaqda, mövqeyi güclənməkdə, regional inkişaf proqramlarının müəllifi olaraq strateji nüfuzu möhkəmlənməkdədir.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57

