Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ölkəmizdə korrupsiyaya qarşı effektiv tədbirlər görülməkdədir

Ölkəmizdə korrupsiyaya qarşı effektiv tədbirlər görülməkdədir

29.01.2011 [09:38]

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev korrupsiyaya qarşı mübarizə sahəsində sistemli və əhatəli tədbirlərin gücləndiriləcəyini bildirib
Korrupsiyaya qarşı mübarizə Azərbaycan hökumətinin başlıca strateji məqsədlərindən biridir. Bu sahədə ciddi tədbirlərin görülməsinə hüquqi baza yaradan mühüm qanunlar qəbul edilib, Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və Fəaliyyət Planı təsdiq edilib, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi və digər müvafiq qurumlar yaradılıb. ümumiyyətlə, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizənin aparılması üçün konkret istiqamətlər müəyyənləşib, aidiyyəti dövlət orqanları qarşısında mühüm vəzifələr qoyulub.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,  Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyev bildirib ki, ölkəmizdə korrupsiyaya qarşı son illər effektiv tədbirlər görülüb. Komissiyanın müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq aidiyyəti orqanlar tərəfindən həyata keçirilən sistemli və əhatəli tədbirlər sayəsində müxtəlif qurumların nümayəndələrinin iqtisadiyyatın bir sıra sahələrinə və özəl sektora süni müdaxilə hallarının qarşısı alınıb. Amma buna baxmayaraq, Prezident Administrasiyasına və Komissiyaya müraciətlərin daxil olması bu sahədəki problemlərin mövcudluğunu göstərir və onların araşdırılaraq həlli üçün qısa müddətdə təcili tədbirlərin görülməsi zəruridir. Cənab Ramiz Mehdiyevin fikrincə, indiyədək görülmüş mühüm işlərlə yanaşı, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün səyləri daha da artırmaq vacibdir.
Xatırladaq ki, qeyd olunan sahədə sərt və ardıcıl tədbirlərin görülməsinə baxmayaraq, bəzi dövlət strukturlarının nümayəndələri iqtisadi idarəetmə sektorunda neqativ hallara rəvac verən əməllərə yol verirlər. Bu şəxslər əsasən iqtisadiyyatın bir sıra bölmələrində inhisarçılığın baş verməsinə, süni qiymət artımlarına, vergidən yayınma hallarına, dövlət vəsaitlərinin səmərəsiz xərclənməsinə zəmin yaratmağa çalışırlar. Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bu məsələyə toxunub və həmin halların baş verməsinə səbəbkar olan şəxslərə qəti xəbərdarlıq edib: “Biz xüsusilə istehlak bazarına nəzarətimizi gücləndirməliyik. Bu sahədə böyük işlər görülüb və davam etdirilməlidir. Qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməliyik, azad rəqabəti təmin etməliyik, inhisarçılıq meyillərinin qarşısını almalıyıq. Lazımsız yoxlamalar aparılmamalıdır, xüsusilə hüquq-mühafizə orqanları tərəfindən lazımsız yoxlamalara son qoyulmalıdır ki, ölkədə sahibkarlığı daha da sürətlə inkişaf etdirək, buna daha böyük təkan verək”.
Göründüyü kimi, dövlət başçısı tərəfindən azad sahibkarlığa, özəl sektora ən böyük siyasi dəstək verilib və bu tendensiya rüşvətxorluğa qarşı ən sərt, amansız mübarizə tədbirlərinin həyata keçirilməsi üçün güclü mexanizm yaradır. Yəni, qeyd olunan neqativ halların qarşısının alınmasında birbaşa dövlət başçısı öz güclü dəstəyini nümayiş etdirməklə bütün aidiyyəti orqanları mübarizə tədbirlərində səfərbər olmağa çağırır. Bu, eyni zamanda,  rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə tədbirlərinin prinsipial xarakter daşıdığını və dövlət siyasətinin ən prioritet sahələrindən birini təşkil etdiyini təsdiqləyir.
Məlum olduğu kimi, rüşvətxorluq elementləri əsasən iqtisadi və sosial bölmədəki fəaliyyət sahələrinə bəzi məmurların müdaxiləsi və çirkin yollarla qazanc əldə etmək niyyətlərinin ifadəsi kimi səciyyələndirilə bilər. Belə ki, dövlətin yönəltdiyi vəsaitləri səmərəsiz xərcləmək, sahibkarların fəaliyyətinə mane olaraq əsassız yoxlamalar vasitəsilə onlardan pul tələb etmək, qiymətləri süni şəkildə artırmaq, inhisarçılığa rəvac verməklə məqsədli şəkildə gəlirlər əldə etmək, vergidən yayınmaq, büdcəyə daxil olan vəsaitləri mənimsəmək və digər bu kimi hallar korrupsiyanın əlamətləri sayıla bilər. Bu neqativ faktorlar isə, ilk növbədə, sürətli iqtisadi və sosial inkişafın tempinə müəyyən mənfi təsirlər göstərir, davamlı islahatlara kölgə salır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyevin fikrincə, bu cür halların baş verməsinə qəti şəkildə yol vermək olmaz. Bu, həm də dövlət başçısının qarşıya qoyduğu prinsipial məsələlərdir: “ölkə başçısı hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir. Prezidentin fikrincə, ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalı və hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət və hesabat sistemi yaradılmalıdır”.
Cənab Ramiz Mehdiyev hesab edir ki, ölkəmizin iqtisadi və sosial inkişafına maneə yaradan bu kimi halların qarşısının alınması üçün davamlı tədbirlərin daha geniş miqyas alması olduqca vacibdir. çünki dövlətimizin başçısı iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısının alınması, azad rəqabət mühitinin təmin edilməsi, vergidən yayınma hallarına qarşı effektiv tədbirlərin görülməsi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verilməməsi, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoyulması və digər zəruri işlərin gücləndirilməsini başlıca tələblər kimi qarşıya qoyub. Buna görə də, hər bir kəs bu sahədə fəal olmalıdır.
ELBRUS CƏFƏRLİ
Paylaş:
Baxılıb: 932 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30